Şənbə, 16 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Azərbaycan” Nəşriyyatı “Gündəm Xəbər“lə icarə müqaviləsini ləğv edib


"Azərbaycan" Nəşriyyatı fevralın 6-da "Gündəm Xəbər" qəzetinin redaksiyası ilə icarə müqaviləsini birtərəfli qaydada ləğv edib


Beləliklə, redaksiya qəfildən küçədə qalıb.

2 nin nüsxə tirajla çıxan bu tənqidçi qəzetin təsisçisi və baş redaktoru Şirin Cəfərli Turan-a bildirib ki, o, icarə müqaviləsinə xitam verilməsi haqqında bildiriş almayıb və son anda məlumatlandırılıb.

Redaktorun sözlərinə görə, formal bəhanə nəşriyyata 800 manatlıq borc olub.

"Nəşriyyatda fəaliyyət göstərdiyimiz 8 il ərzində vaxtaşırı borclar yaranırdı, amma biz onları ödəyirdik. Müqaviləni birtərəfli ləğv etmək üçün bəhanəni qəbul edə bilmərik, belə ki, o, siyasi xarakter daşıyır", deyən redaktor qeyd edib ki, nəşriyyatda borcu olan icarəçilər az deyil, onları heç kim küçəyə atmır.

Cəfərlinin fikrincə, müqavilənin ləğv edilməsinə fevralın 5-də "Gündəm Xəbər" qəzetində dərc edilmiş prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına tənqidi məqalə səbəb olub.

Nəşriyyat Prezident Administrasiyasının tabeliyindədir və mənim cəzalandırılmağım haqqında tələb yalnız oradan daxil ola bilərdi, deyə redaktor bildirib.

Şirin Cəfərli müntəzəm olaraq təqiblərə məruz qalır.

Hökumətin nəzarəti altında olan Mətbuat Şurasının İdarə Heyəti onu "qara siyahıya" salıb, o, həbs edilib, şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, cərimə olunub. -0-


pia.az
Etiket:
loading...
-->