Xəbər xətti

13 DEKABR

11:28 Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb

11:25 Bu gün Fədayə Laçının məhkəməsidir

11:20 Röya: “Sizə görə həyasız mənəm”

11:16 “Rusiya Türkiyənin bu əməliyyatına çətin razı olar”

11:13 “Trampa görə amerikalıların qanı axır”

11:10 Fazil Məmmədov və “Şəmkir Aqropark” - Böyük maliyyə fırıldağı

11:07 “Gilan Holding”in 3 şirkəti fəaliyyətini dayandırdı

11:02 Gəncənin deputatları MDB-yə üzv dövlətlərin Forumunda

10:57 9 islam ölkəsi Qüds müzakirəsinə gəlmədi

10:53 Qüdslə bağlı fövqəladə zirvə toplantısı başlayır

10:49 ANAMA Cocuq Mərcanlıda əməliyyatları davam etdirir

10:46 Antidepressantların təhlükəsi

10:41 ABŞ bu il də Qarabağ “meydanı”nı Rusiyaya saxladı

10:36 İnşaat sektorunda çalışanların sayı artıb

10:32 Atəşkəs 136 dəfə pozulub

10:27 Oliqarx Məmişov Kərimova görə hiddətləndi

10:24 2017-ci ili Azərbaycan üçün iqtisadi cəhətdən uğurlu hesab etmək olar?

10:21 Azərbaycan gömrüyündə at oynadan bir “Trans Broker” tarixçəsi - Hardan hara...

10:20 Azərbaycan “Yaxşı ölkələr” siyahısında 89-cu yerdə

10:16 Xəzəryanı dövlət başçılarının sammiti gələn il Astanada keçiriləcək

10:12 Goranboyda yol qəzası: 3 ölü

10:09 Bakı metrosunda kütləvi ixtisarlar

10:04 Liderlər partiyadaxili demokratiyadan danışdılar

9:58 Azərbaycanın xarici ticarət əməliyyatlarında müsbət saldo 5 mlrd. dollara yaxınlaşır

9:54 Bu günə olan məzənnələr – Rəsmi

9:50 “Böyük arzularımın heç birini həyata keçirə bilməmişəm”

9:46 İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb

9:42 Əvvəlcə qadın oldu, sonra sevgili tapdı, indi də ərə gedir

9:38 İslam dünyasını yeni daxili savaşa sürükləyirlər – Təhlil

9:34 DGK bu il büdcəyə 2,4 mlrd. manat köçürüb

9:26 Putindən mühüm Ankara etirafı - Qarabağ Fələstin deyil, ancaq...

9:17 Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox artıb

9:13 Ali Məhkəmənin qarşısında avtobus yandı

9:09 Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verəcək

9:05 Goranboyda yol qəzasında 3 nəfər ölüb

0:44 “Eurovision 2017“nin qalibinin ürəyini dəyişdilər

0:33 ABŞ “Ay proqramı“nı təzələyir - Tramp sərəncam imzalayıb

0:22 Tikinti şirkətlərində müqaviləsiz işlədilən 319 nəfər aşkarlandı

0:01 Bugün bürcünüz nələr vəd edir?

12 DEKABR

23:55 İnstaqramda problem yaranıb –Şəbəkəyə giriş çətinləşib və səhifələr açılmır

23:40 Ana iki övladı ilə birgə faciəvi şəkildə öldü

23:05 “Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir“

22:55 Nigardan Röyaya cavab: “Nə deyibsə, canı sağ olsun“

22:40 Bu dərmanlar sonsuzluq və xərçəng yaradır – Xəbərdarlıq

22:25 “Ardaya heç bir klubdan təklif göndərilməyib” – Menecer

22:18 “Qüdslə bağlı qərardan imtina edin“

22:12 "Türkiyənin davranışı bizi çox narahat edir..."

21:50 “Putin göstərdi ki, Suriyada hakimiyyət onun əlindədir və Əsəd yerində əyləşəcək”

21:20 Türk deputatlar arasında dava düşdü

21:12 Azərbaycan banklarının ehtiyatları il ərzində azalıb – 15 faiz

20:50 HƏMAS İsrailə qarşı üçüncü İntifadanın başlandığını bəyan edib

20:40 Bakıda daha bir küçə təmirə bağlandı

20:33 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

20:20 Trampın "Qüds qərarı"yla başlanan planda İsraili gücləndirmək nəzərdə tutulub

20:05 Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi

19:55 İranda zəlzələ –Ən azı 18 nəfər yaralanıb

19:34 Beş senator Trampı istefaya çağırdı:“İttihamlar həqiqəti əks etdirir“

19:30 Həştərxan şəhərində Ümummilli lideri Heydər Əliyev anılıb

19:20 Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib

19:18 “Əsəd bir canavardır və Suriyanın gələcəyində onun yeri yoxdur“

19:05 Ağsuda iki uşağı avtomobil vurub

18:55 NATO baş katibinin səlahiyyət müddəti uzadıldı- Bu tarixədək

18:50 Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunur

18:42 Birjada qazın qiyməti kəskin artıb

18:37 Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılır

18:30 Abbas Ələsgərov ordenlə təltif edilib

18:22 “Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir”

18:17 Azadlıq prospektinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

18:12 İlham Əliyev Türkiyəyə səfər edib

18:00 Bakıda kirayə mənzillər bahalaşdı

17:56 Müğənni həbs oluna bilər

17:52 Azərbaycanın avtomobil bazarında qiymətlər sabit qalıb

17:46 “Qəbələ” legioneri ilə yolları ayırır

17:42 “Ermənistan “Şərq Tərəfdaşlığı” proqramında Rusiyanın təmsilçisidir”

17:36 AFFA-da Klublar Komitəsinin iclası keçiriləcək

17:31 Saakaşvilinin xanımı: “Onu Moskva ilə əlaqədə ittiham etmək gülüncdür”

17:28 Nəsimi rayonunda Heydər Əliyev anıldı

17:28 Silahlı Qüvvələrdə QHT və dini qurumların fəaliyyəti qadağan edilir

17:27 Bakıda daha bir küçədə təmirə bağlandı

17:21 Ölkə üzrə pambıq tədarükü 200 min tonu ötüb

17:17 Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

17:16 Politoloq: “Kreml Abbas Abbasovu fəallaşdıra bilər”

17:14 İran prezidenti Azərbaycana rəsmi səfər edəcək

17:13 Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib

17:11 NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadılıb

17:09 İradə İbrahimova: “Röyaləcan, ara sözlərlə gündəmə gəlmə”

17:05 “Ümummilli lider Heydər Əliyev dünya səviyyəli siyasətçi idi”

17:04 Yeni nazir MMC-nin direktor müavininə vəzifə verdi

17:02 Akif Rəhimov şəhid ailəsini necə satın aldı? – Biznesmenin 17 yaşlı oğlunun cinayəti

17:01 Bakıda ana və qızı həbs edildi

16:55 Səyahət üçün 10 yaxşı məkan açıqlandı

16:50 Rusiyanın Avropaya verdiyi qaz kəsildi

16:46 Peskov: “Trampın tvitləri Putinə məruzə olunur”

16:42 Bilyard üzrə 7 qat Azərbaycan çempionu vəfat etdi

16:33 İtaliyada 48 nəfər saxlanıldı

16:27 Ərəstun Oruclu: “Növbəti intiharçı Cahangir Hacıyev olacaq”

16:23 Səfir: ““Qarabağ münaqişəsi “dondurulmuş” deyil”

16:19 İstanbulda 20 mindən çox polis işdən azad edilib

16:15 Çingiz Əsgərov: “Avropa Məhkəməsinin qərarı anlaşılan deyil”

16:11 Ermənistan azərbaycanlı köçkünlərə təzminat ödəyəcək

16:07 Kreml: “Saakaşvilini böyük həyəcanla izləyirik”

16:04 Kreml İtaliyada Azərbaycan qaz borusunun düşmənlərini necə dəstəkləyir?

15:58 XİN rəhbərləri Bakıda görüşəcək

15:58 Deputat: “Putin Ankarada bu şansı əldən verməyəcək”

15:55 Myanma hökuməti 16 məscidi buldozerlə dağıtdırdı

15:50 Pensiyalar nə vaxt veriləcək?

15:46 İlham Əliyev sərəncam imzaladı

15:42 Bakıda 9 min ədəd partlayıcı oyuncaq aşkarlandı

15:37 Məleykə Əsədova məhkəməyə verildi

15:32 “Facebook”un şəxsi fonotekası olacaq

15:28 Daha bir kriptovalyuta sürətlə bahalaşır

15:24 Qaradağda ulu Öndər Heydər Əliyevin anma mərasimi keçirilib

15:19 Konte: ““Barselona”ya qarşı 120 faiz hazır olmalıyıq”

15:15 Azərbaycanda “155” vahid çağrı mərkəzi yaradılır

15:11 İrəvan Dram Teatrında ulu öndər Heydər Əliyevin anım günü keçirilib.

15:06 Avropa Birliyi Putini təkzib etdi

15:01 Məşhur yazıçılar yazanda nə yeyib, nə içirlərmiş?

14:55 Çavuşoğlu: “Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”

14:50 Müğənni Eltonun çayına zəhər qatıblar

14:49 Blokçeyn texnologiyası: Kriptovalyutaların dəyər vahidi necə ölçülür?



SİYASƏT

...

“Ayaz Mütəllibov “Naxçıvan Azərbaycanın kor bağırsağıdır” – deyirdi”

Tarix 23.09.17, 11:44

Font ölçüsü : - / +
bitmap-img6


Artıq Ayaz Mütəllibov da Heydər Əliyevə sədaqətdən danışır


Sabiq Prezident bir neçə ay bundan əvvəl mətbuata açıqlamasında özünü Heydər Əliyevin şagirdi adlandırmış və onun məktəbini keçdiyini bildirərək, demişdi:

“Mən onunla uzun illər bir yerdə çalışmışam, Heydər Əliyev mənə böyük işləri etibar edib. Heydər Əliyev 13 il respublika rəhbəri olduğu dövrdə 8 dəfə məni yüksək vəzifələrə irəli çəkib, mənə vəzifə verib, etimad göstərib. Mən də onun etimadını doğrultmağa çalışmışam”.


Bəs, görəsən, Ayaz Mütəllibovun “etimadı doğrultmaq səyləri” tarixin daş yaddaşında necə qalıb?

Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovun xatirələrində Ayaz Mütəllibov hakimiyyətinin “öz müəlliminə” “sədaqəti”nin izlərinə də rast gəlmək mümkündür.

Yazının III hissəsini Ovqat.com oxucularına təqdim edirik:

(əvvəli: http://ovqat.com/manset/9913-heydr-liyevin-hrbi-slahiyytli-numayndsinin-xatirlri-xusus-dovlt-hmyytl-tapiriq.html)
 

   

H.Əliyev Cəmiyyət üzvlərinə bir teleqramma ünvanladı:

“Möhtərəm bacılar və qardaşlar! Gəncə şəhərində Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaranması qədim Naxçıvan diyarında böyük hörmət və minnətdarlıq hissi ilə qarşılanmışdır. Cəmiyyətin üzvlərinə, Gəncə şəhər sakinlərinə naxçıvanlıların səmimi salamını və dərin məhəbbətini bildiririk. Həmrəylik və yardım üçün minnətdarıq. Gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycanın qədim diyarları - Gəncə və Naxçıvan arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayırıq. Bütün gəncəlilərə can sağlığı, səadət diləyirik!

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Heydər Əliyev”

Ermənilər bütün cəbhə boyu sakitliyi pozmuşdular. Şahbuz rayonuna edilən hücum nəticəsində Nağıyev Həsənlə, Telman Sadıxov yaralanmışdı. Həsən milis əməkdaşı, Telman müəllim isə könüllü idi. H.Əliyev Muxtar Respublika uzrə ən  ağır yaralıları müalicə üçün Türkiyəyə göndərdi. Onların arasında Həsən də var idi. Həkimlər onu həyata qaytara bilsələr də, ayağa qaldıra bilmədilər.  Allah ona uzun ömür,  can sağlığı versin...

Naxçıvan özünün ən ağır günlərini yaşayırdı. İqtisadi böhran bütün sahələrdə hiss olunurdu. Naxçıvan əhalisi isə H.Əliyevin ətrafında  sıx birləşmişdi...

Başqa acı bir xəbər Qarabağdan gəldi. Bir qəhrəman şəhidimizin cənazəsi Naxçıvana gəlirdi. Məlumatı əvvəldən bilsəm də, ailənin əzizlərinə necə çatdırmaqda çətinlik çəkirdim. Naxçıvan şəhidini son mənzilə yola salmağa hazırlaşırdı, böyük bir izdiham var idi. O, Qarabağdan Naxçıvana gələn ilk şəhid idi...

Naxçıvanda elektrik  enerjisi fasilələrlə iki saatdan bir verilirdi. Elektrik enerjisi gələn kimi hamı televizorları açıb, cəbhə xəbərləri ilə maraqlanırdı. Azər də televizoru açmışdı. Ekranda Xocalıda baş vermiş, dünyada heç bir yerdə rast gəlinməyən vəhşiliklərin acı səhnələri nümayiş olunurdu. 25 yaşlı gəncin gözlərində yaş qurumurdu. “Kişi olan kəs evdə oturmaz”- deyib, heç kimlə görüşmədən Bakıya, oradan da döyüş bölgəsinə getmişdi. Ana isə “iş qurmaq”adı ilə yola çıxan oğlunu  səbirsizliklə gözləyirdi.  O vaxtlar məşhur ”QURTULUŞ” batalyonunun tərkibində qısa, lakin şərəfli döyüş yolu keçmiş, şəhidlik zirvəsinə yüksəlmişdi...

Üç il öncə Azərin atası İsmət müəllim rəhmətə getmişdi. Nəinki inşaatçılar, hətta bütün əhali İsmət müəllimi bacarıqlı , işgüzar bir rəhbər, həm də xeyirxah, vətənpərvər  bir insan kimi tanıyırdılar. Azər evin böyük oğlu idi. Ata əvəzi üç bacıya və bir qardaşa xeyir-dua verib, toylarını edəcəkdi. Lakin vətən məhəbbəti onu şəhidlik zirvəsinə yüksəltdi. Ulu öndər H.Əliyev də şəhidin doğmalarına baş sağlığı verməyə gəlmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

H.Əliyev çox narahat idi. Mənə “sabaha un ehtiyatımız  tükənir, xalqımız çörək problemilə üzləşəcək" dedi. Hələ də respublika  rəhbərliyi Naxçıvana ögey münasibət göstərir, Ayaz Mütəllibov isə  “Naxçıvan  Azərbaycanın kor bağırsağıdır, onu kəsib atmaq lazımdır” – deyirdi.

“Mənimlə görüşmək istəyən şəxs Surət Hüseynov idi”

İki saatdan sonra Gəncə şəhər Ali Məclisinin Sədri Çingiz Sadıxovun yanında idim. Vəziyyəti ona bildirdim. Hökumət telefonu ilə nazir Zakir Abdullayeva zəng edib, Gəncənin fondundan 60 t. unu Naxçıvana  verilməsini xahiş  etdi. Axşam saat 18:00-da Bakıda olmalı idim. Çingiz müəllimə  Mahmud Nəbiyevin  vasitəsilə  Sumqayıtdan 2000 m borunun Gəncəyə gətirildiyini bildirdim. Gəncədə Maşınqayırma zavodu fəaliyyət göstərirdi. Gingiz müəllim zavodun direktoru Eldar Qarayevə zəng etdi. Ona dedi ki, Naxçıvana  6 ədəd təxirəsalınmadan  “QRAD” qurğuları hazırlanmalıdı. Üzünü mənə tutub dedi ki, əlavə 2 ədəd qurğu dostum Namiq Həsənova məndən hədiyyədir. Bir saat sonra Maşınqayırma zavodunun direktoru ilə görüşüm oldu. Söhbətimiz iki saata qədər çəkdi. Göndərilmiş borular artıq müvafiq texnoloji ardıcıllıqla emala başlanmışdı...

Bəzi mühüm işləri gecələr görürdüm. Ona görə xidməti avtomobildən istifadə edə bilmirdim. Sürücüm çox yorulurdu. İki nəfər könüllü vətənpərvər mənə kömək edirdi. Onlardan biri- Naxçıvanın Sovetabad (indiki Xətai məhəlləsi) kəndindən olan Yusif 06 Lada jiquli avtomobili, digəri isə Nəcəfli Eldəniz pekap Moskviçi ilə hər  bir çağrişıma təcili  cavab verirdilər. Eldənizə zəng etdim, dedim ki, saat 18:00-da  Bakıda olmalıyıq. Üç saat ərzində unun daşınması, təyyarəyə yüklənməsi məsələlərini həll etdim. TU-154 tipli sərnişin təyyarəsi ilə üç reysə unu Naxçıvana apardım. Gecə saat üçdə  axırıncı 20 t unu boşaıdıb, Bakıya qayıtdım. Eldənizlə Bakı hava limanından ayrılanda saat 04:00 göstərirdi. Gəncə aeroportuna çatanda saat 09:00 idi. Köməkçim Süleyman və əsgərlərimiz Yak-40 yanında məndən təlimat gözləyirdilər. Uçmağa hazırlaşırdıq ki, mühafizə xidmətinin rəisi bir nəfər  könüllü əsgərin mənimlə görüşmək istədiyini bildirdi. Əsgər özünü təqdim etdi-Akif Səfərov. Atası milis podpolkovniki Mirzəmməd müəllim Naxçıvan Daxili İşlər Nazirliyində atamla bərabər işləmiş, dost idilər. Akif Qarabağda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdı. Müalicəsi başa çatmamışdı. Bədəni sarğılı idi. Sonralar Akif bir neçə dəfə əməliyyat olundu. Mən,  döyüş və sinif yoldaşları – İbrahim Əliyev, Canpolad Səfərov, Əli Bağırov, Hikmət Əliyev Akifi heç bir zaman tək burxmadıq. Keçdiyi döyüş yolu bir kitabın mövzusudur. Onu orada tək buraxa bilməzdim. Təyyarədə mərmilərin üzərində Akifi Naxçıvana gətirdim...

 Naxçıvandan Gəncəyə gələn sərnişinlər də bizə təmənnasız köməklik göstərirdilər. Onların arasında elə vətənpərvərlər var idi ki, günlərlə könüllü surətdə aeroporta gəlib təyyarələrin yüklənməsində yaxından iştirak edirdilər. Həmin şəxslərdən Emin Tağızadənin, Ceyhun Abdullayevin, Niyazi Cəfərovun, İlqar Sadiqovun, Abidinin adlarını xüsusilə qeyd etmək istəyirəm.

Gəncəyə qayıdanda şəhər nəqliyyat  prokuroru Əli Ömərovla, akademik Məmmədtağı Cəfərov onları Naxçıvana aparmağımı xahiş etdilər. Əli Ömərov Azərbaycanın xalq deputatı, eyni zamanda parlamentdə  Xocalı istintaq komissiyasının sədri idi. H.Əliyevlə görüşmək  istəyirdilər. Görüşü təşkil etdim. Akademik Məmmədtağı Cəfərovun evini bir həftə sonra avtomat silahdan atəşə tutmuşdular. Evinə gedib  kömək üçün yardımımı təklif etdim, lakin imtina etdi. H.Əliyev prezident seçiləndən sonra Əli Ömərov Azərbaycanın Baş Prokuroru oldu...

Rusların arasında apardığım işlər nəticə vermişdi. Mənimlə dost olub, yardımımdan istifadə etmək istəyirdilər. Təbii ki, müraciət edənləri əliboş buraxmırdım. Gəncədə müvəqqəti olacaqlarını artıq yəqin etmişdilər. İllər boyu topladıqları şəxsi ev əşyalarını Rusiyaya aparmaq istəyirdilər, ancaq bacarmırdılar. Onlara Dərbəndə qədər ev əşyalarını çatdırmaqda yardım edəcəyimi bildirdim. Bir polkovnikin əşyaları  Dərbəndə çatanda çox sevinmişdi. Mənimlə dost olmuşdu. Hər cür əməkdaşlığa hazır idi. Yaxın dostları da ona güvənib ev əşyalarını mənə həvalə etmişdilər. Bu tədbirin həyata keçirilməsində Gəncə AXC şəhər şöbəsinin rəhbərliyinin  imkanlarından istifadə edirdim. Gecə Kəpəz mehmanxanasına gələndə bir nəfərin mənimlə görüşmək istədiyini bildirdilər. Mənimlə görüşmək istəyən şəxs Surət Hüseynov idi. Yevlaxda yun fabrikinin direktoru,  Azərbaycanın Xalq deputatı idi..
 
Təyyarə Naxçıvana rahat eniş etdi. Həmişə olduğu kimi “yükü” sənədləşdirib aktla DMMK-nin nümayəndəsinə təhvil verib, komitəyə getdim. Komitənin sədri Elman Abbasovla (Allah rəhmət eləsin, bir il öncə Bakı şəhərində rəhmətə qovuşdu) görüşdüm. Ona dedim ki, Gəncədə bir nəfər mənimlə görüşmək istəyir, sizin də o görüşdə iştirakınız məqsədəuyğundur. Surət Hüseynovu qiyabi tanıyırdım, onunla maraqlanmışdım, ancaq görüşməmişdim. Ertəsi gün Elman bəylə Gəncəyə uçduq, Hüseyn Əlizadə ilə görüşüb, Surət Hüseynovun evinə getdik. Bizi səmimi qarşıladı. Evdə təmir işləri gedirdi. Həyətdə divara yaxın, təxminən, yüz yeşik 7.62 patronları və 20 ədəd zirehli jilet gözümdən yayınmadı. Surət bəy bizi həyətdəki çardağa dəvət etdi. Qonaqları ona təqdim etdim. Mənim haqqımda məlumatı var idi. Ümumi tanışlıqdan, söhbətdən sonra əsas mətləbə keçdik. Ona Naxçıvandakı  ağır hərbi, iqtisadi vəziyyətdən, Heydər Əliyevin gördüyü əsas işlərdən danışdım, ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu bildirdim. Eyni zamanda Respublika rəhbərliyi tərəfindən heç bir köməklik, yardım  almadığımızı bildirdim. Söhbətimiz qarşılıqlı anlaşma şəraitində keçdi. İstədiyimə nail olmuşdum. Surət Hüseynov Heydər Əliyevə böyük hörmətinin olduğunu, salamlarını ona çatdırmağı xahiş etdi. Bizi yola salarkən 5.45 və 7.62 patronlarına, zirehli  gödəkçələrə ehtiyacımız olduğunu dedim. Həyətdə olan yeşikləri və zirehli gödəkçələri  maşına yüklədib aeroporta yola saldıq. Ayrılarkən ona bir sual verdim: - H.Əliyevi necə tanıyırsınız? Bir anlığa duruxdu. Ondan “Zaman” (Vremya) xəbərlər proqramına baxıb-baxmadığını soruşdum. Dedi baxıram. Ona dedim ki, “Zaman” xəbərlər proqramını beş gün sonra diqqətlə izləsin. Verilişdə bir xəbər eşidəcək, onda H.Əliyevi, Naxçıvanın əsgərlərini daha yaxından tanıyacaq. “Zaman” (Vremya) xəbərlər proqramı Sovetlər Birliyinin paytaxtı Moskvadan yayımlanan ölkənin  birinci kanalının verilişi idi.

Bir həftə sonra Gəncədə Surət bəylə görüşdüm, əlimi sıxıb “təbrik edirəm” dedi. Soruşdum: “nə olub?”  “Zaman” xəbərlər proqramında İrəvanın yaxınlığında bir hərbi bazanın partlamasından məlumat getdiyini dedi. İki gün idi ki, ermənilər yanğını  söndürə  bilmirdilər...

Surət bəylə isti münasibətlər yaranmışdı. Hətta Zazalıda ruslara məxsus bir hərbi hissədə də birlikdə olmuşduq. Bir şəhidin ailəsinə birlikdə başsağlığı vermişdik. Beş dəfə bizə köməklik üçün müraciətimi yerinə yetirmişdi. Bu münasibət iki aydan çox çəkmədi. Köməkçim Süleymanın dostu Oqtay Baxşəliyevlə xidməti maşınımla Yevlaxa getmişdik. Yun fabrikində gözətçiyə mənim gəldiyimi Surət bəyə çatdırmasını xahiş etdim. Həmişə məni gözlətmədən qəbul edirdi Surət bəy. Bu dəfə yarım saatdan çox gözlədim. Nəhayət, 6 nəfər silahlı mənə yaxınlaşdı, Surət bəyin yaxın qohumu Kəramət  məni qəbul etməyəcəyini söylədi. Səbəbini soruşdum, içəri keçmək istədim. Silahlılar qarşımı kəsib imkan vermədilər. Arxamda bir şaqqıltı eşitdim. Avtomobilə əyləşəndə Süleymanla, Oqtay mənim kürəyimdən vurulacağımdan qorxduqlarını dedilər. Kərəmət avtomatı kürəyimə tuşlayıb, atəş üçün hazır vəziyyətə gətirmişdi. Aslanlı tayfasından heç kimə kürəyindən güllə  dəyməmişdi. Allah məni saxlamışdı. Nə baş verdiyini heç cür anlaya bilmirdim...

Gəncəyə qayıtdım. Ramiz Cahangirovla görüşüm olacaqdı. Bir əməliyyat həyata keçirəcəkdik. Gecə cənub bölgəsinə Prişibə yola çıxmalı idim. Mənimlə bərabər bir rus polkovniki və podpolkovniki olacaq idi. Məqsəd onların köməyi ilə bir ədəd tank və bir ədəd BTR –i Gəncəyə gətirmək idi. Texnikaları traylerdə gətirəcəkdim. Hər şey hazır idi. Cəlilabaddan Vaqif adlı tanışım bizi QAZ-24 “Volqa” avtomobilində aparacaqdı. Gecə 03:00-da rus zabitləri ilə yola çıxacaqdıq. Mehmanxanaya təzə gəlmişdim, saat 23:30 idi. Bir az istirahət etmək istəyirdim ki, qapı döyüldü. Təxminən on nəfər idilər. Başlarında da Kəramət. Yüksək səslə sabahdan Gəncəni tərk etməmi tələb etdi, sonra qayıtdı ki, bəs, bilmirsən burada adamları necə yandırıb yox edirlər. Onun sözlərini ciddiyə almadım. Mənim vəzifəm var idi. Naxçıvan təhlükədə idi. Mən H.Əliyevin tapşırıqlarını yerinə yetirməli idim. Ölümdən qorxmurdum, dəfələrlə arxamca atəş açıb, minaya salmaq istəmişdilər, hədə-qorxular isə birinci dəfə deyildi.

Volqa  mehmanxananın dayanacağında idi. Saat 03:00-da rus zabitlərini evlərindən götürüb yola çıxdıq. Şəhərin çıxışında trayler bizi müşayət etməyə başladı. Sürücünün yanında mən, arxada ruslar əyləşmişdi. Saatda 60-80 km sürətlə gedirdik. Cəlilabada yaxınlaşırdıq, çiskin yağış yağırdı. Sübh açılmışdı. Ruslar mürgüləyirdilər. Yolumuz uzun olduğu üçün Vaqifi söhbətə tutmuşdum ki, yuxlamasın. Birdən mənim önümdəki təkər yerindən çıxdı. Qarşıdan ara-sıra avtomobillər keçirdi.Volqa sürüklənməyə başladı, arxamızca gələn trayler bizə yaxınlaşırdı. Avtomobil yolun əks tərəfinə sürüklənirdi. Vaqif əyləci sıxmışdı. Xoşbəxtlikdən qarşıda avtomobil yox idi, yoxsa birinci məni vuracaqdı. Rusların qorxudan rəngləri ağarmışdı. Mən də qorxmuşdum, belə namərdcəsinə ölmək istəmirdim. Trayler bizə beş-on metr məsafədə dayandı. Volqaya baxış keçirtdik. Vaqif  maşının yeni təmirdən çıxdığını dedi. Bütün şübhələr təkərin boltlarının boşaldılması üzərində dayandı. Bunun kimin tərəfindən edildiyi mənə artıq məlum idi. Əməliyyatı başa çatdırıb, rusları sağ-salamat geri qaytarmalı idim. Onlarla görəcək işlərimiz çox idi. Sağ-salamat Gəncəyə qayıtdıq. Səhərisi gün Hüseyn  Əlizadəgilə getdim. Saat 20:30-da H.Əliyevlə telefonla danışmalı idim. Hüseyn müəllimdən Respublikadakı vəziyyətlə bağlı soruşanda o, parlamentdə Azərbaycan xalqının mənafeyinə zidd bir qərarın qəbul edildiyini bildirdi. Ölkəmiz prezident seçkilərinə hazırlaşırdı. Seçkilərdə Heydər Əliyev iştirak etməsin deyə namizədlərə yaş məhdudiyyəti qoymuşdular. 70 yaşdan yuxarı namizədin seçkilərdə iştirakının qarşısı alınmışdı. Parlament Azərbaycan xalqının əleyhinə qərar qəbul etmişdi.  Surət Hüseynovun nəyə görə məni qəbul  etməməsini,  qohumu Kəramətin   düşmən münasibətinin  səbəbləri artıq mənə məlum oldu. Surət Hüseynovla bir daha görüşmədim…

Təyin olunmuş vaxtda telefona zəng gəldi. Mən  telefonun dəstəyini qaldıranda Hüseyn müəllim televizorun səsini  kəsdi, Tükəzban xanım diqqətini üzümdə cəmləşdirdi. Salamlaşandan sonra H.Əliyev işlərin gedişi ilə maraqlandı. Hər şeyin qrafik üzrə getdiyini bildirdim. Sabah Naxçıvana gələcəyimi dedim. İki dəfə “gəl, gəl” dedi. Yoxsa sabaha səngərlərdə döyüşən əsgərlərimizin patronlarının bitəcəyini söylədi. Avtomobillər saat 10:00-da aeroportda olsun dedim, sağollaşıb dəstəyi yerinə qoydum.Tükəzban xanım mətbəxə keçmişdi. Süfrəni hazırlamaq istəyirdi. Hüseyn müəllim narahatlığımı hiss etmişdi, nə olub deyə soruşdu. Ona təcili getməliyəm dedim, ucadan Tükəzban xanımla sağollaşıb evdən çıxdım. Eldəniz qarşı tində məni gözləyirdi. “Polkovnikin evinə sür”- dedim. Ürəyimdə “bü gün sarıqulağı öldürəcəyəm” düşüncələri ilə polkovniki eşiyə dəvət etdim. İstəyimi ona bildirdim, dedi səhərə qalsın. Hirslə “bu saat istəyirəm” deyəndə “Yük maşının varmı?”- deyə soruşdu. “Var” dedim. Gecə yarısı görüş yerini təyin etdik. Oradan ayrılıb Elşənin atası Şubay kişinin  evinə getdik. Yatmamışdı. H.Əliyevlə görüşmək  istəyirmisən?- deyə soruşdum. Əlbəttə - dedi. Həyat yoldaşı Kifayət xanım “mən də gedəcəyəm” deyə səsləndi. Şubay kişiyə “yük maşınını hazırla və iki nəfər yanına al, bir saat sonra dediyim ünvana gəl”, deyib evdən çıxdım.

Görüş yerinə 200 m qalmış Eldənizə “avtomobili saxla” dedim. Ətrafı diqqətlə nəzərdən keçirdim, sakitlik idi. Bir azdan Şubay gəldi. “Motoru söndür” dedim. Sakitliyi Zil -131 yük maşınının səsi pozdu. Polkovnik maşından enəndə ona yaxınlaşdım. Yük maşınınız haradadır?- deyə soruşanda işarəmlə Şubay yaxınlaşdı. Saat yarım ərzində  iki  dəfə Şubayın yük maşını dolub, aeroportda boşaldı...

Səhər açılmışdı. 09:00-da Şubay kişi həyat yoldaşı Kifayət xanımla əllərində 2 səbət təyyarəyə mindilər. Səbətlərdə H.Əliyevə Gəncə sovqatı aparırdılar. Mənim sovqatım isə səngərlərdə döyüşən qəhrəman əsgərlərimizə 600000 (altı yüz min)  ədəd 5.45 və 7.62 avtomat patronları idi...  (ovqat.com)

(ardı var)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

"Türkiyənin davranışı bizi çox narahat edir..."

bitmap-img3

Rakurs

“Broker Əbülfəz”in bacısı oğlu məsuliyyətdən necə yayınıb? - Video

bitmap-img3

Seçmələr

MTN-dən pullar kisələrdə daşınıb

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru