Xəbər xətti

27 MAY

11:44 İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

11:36 Fransanın xarici işlər naziri Bakıya gəlib - Yenilənib

11:30 Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

11:23 Xəstəxanada yalnız 2 gün qala bildi

11:18 Tramp fikrini dəyişdi: “Görüş yeri və vaxtı dəyişməz qalır”

11:13 İranda zəlzələ olub- 4,1 bal gücündə

11:05 XİN Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanat yaydı

11:00 İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi

10:55 Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

10:48 Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

10:43 Paşinyan oğlunu Qarabağa - ön cəbhəyə yolladı

10:37 Ekspert: “MİDA-ın təcrübəsi və bazarda tənzimləyici orqan kimi funksiyası zəifdir”

10:31 “SOCAR Ukraynada biznesin inkişafını nəzərdən keçirəcək”

10:26 Kolumbiyada prezident seçkiləri keçirilir

10:21 Kürdə biogen maddələrin miqdarı normadan artıq çıxdı

10:15 Prezident: “Təhsil əsas hərəkətverici qüvvədir”

10:10 Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb

10:04 Ermənistan silahlı bölmələri atəşkəsi 86 dəfə pozub

9:48 Bu gün bürcünüz nələr vəd edir?

26 MAY

22:00 Paşinyan kütləvi həbslərə başladı

21:54 Məşhur aktrisa albom çıxarır

21:48 DİM imtahan nəticələrini açıqlayıb

21:35 İlham Əliyevin oğlu məzun oldu

21:27 Axtarışda olan 28 nəfər saxlanılıb

21:13 İlham Əliyev ADA Universitetində

21:07 Ramazanın on birinci gününün duası və təqvimi

20:55 Bayılda avtomobil azyaşlı uşağı vuraraq öldürdü

20:49 Əncirin faydaları

20:38 ABŞ Venesuelada hərbi çevriliş hazırlayır

20:24 Kafedə bıçaqlanan kənd sakini xəstəxanada öldü

20:12 “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

20:01 Sumqayıtda qadın ona vurulan səhv iynədən ölüb

19:55 Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi

19:47 “Deyirlər ki, müğənnilərin hesabına özümü reklam edirəm”

19:41 Ronaldo aktyor olmaq istəyini açıqladı

19:35 İrlandiyada abortun ləğvi üçün referendum keçirilir

19:29 Bakı-Quba yolunda qəza: 4 yaralı

19:23 Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

19:17 Ərdoğan: “Pulunuzu dollara çevirməyin”

19:10 Qısa ətək geymək qadağan olundu

19:03 Nazir sosial müdafiə sistemində şəffaflığı təmin etməyi tapşırdı

18:51 İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

18:42 Putin “DÇ-2018”dəki favoritini açıqladı

18:36 Azərbaycan içki ixracını iki dəfə azaltdı

18:30 AXCP-yə qarşı cinayət işi qaldırıldı

18:23 Aynur Dadaşova yenidən sənətə qayıtdı

18:18 Makrondan İlham Əliyevə təbrik

18:11 Salyan sakinin evindən silah tapıldı

18:06 Moskvada vandal məşhur rəsmə zərər vurub

18:00 Fransada atışma: ölənlər var

17:52 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

17:46 Gürcüstanda müstəqillik günü qeyd olunur

17:41 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

17:35 Yəməndə milli barışıq elan edilir

17:30 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:24 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

17:19 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:13 İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

17:08 “Beşiktaş”dan ilk transfer

17:04 Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

17:00 1 gündə 21 borclu şəxs tutuldu

16:53 Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

16:48 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:42 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:38 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:34 Koreya liderləri yenidən görüşdü

16:30 Qusarda traktor kanala aşdı: 1 ölü

16:26 “Total” şirkəti “Şimal axını-2“ qaz kəməri layihəsində iştirakdan imtina etdi

16:23 Deputat: “Özümü 40 yaşında hiss edirəm”

16:17 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

16:12 Qızqaçırma adam oğurluğudurmu?

16:08 “Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır”

16:05 Tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

16:00 Göygöldə yük maşını aşıb: 2 ölü

15:56 Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

15:52 Almeyda yığmadan kənarlaşdırıldı

15:47 Masallıda 16 yaşlı qız itkin düşüb

15:43 Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib

15:38 Naxçıvanda 5 məhkum əfv olundu

15:35 Azərbaycanlı tələbə özünü öldürdü

15:31 Nazənin onu tənqid edənlərə cavab verdi

15:27 Sabahın hava proqnozu

15:23 Finlandiya prezidentindən təbrik

15:19 ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub

15:15 Zəncirvari qəzada 19 nəfər öldü

15:12 Bakıda simsiz rabitənin əhatəsi genişləndirilir

15:09 Futbolçular və azarkeşlər hakimi döydülər

15:05 Astarada evdən 25 min oğurlanıb

15:00 Azərbaycanlı gənc təhsil haqqını kazinoda uduzdu və intihar etdi

14:54 Bakıda yol qəzası: ölən və yaralanan var

14:48 “Ədəbiyyat adamı” mükafatı təqdim olundu

14:42 Bakıda yenə nömrəsiz maşınlar şütüyür - Foto

14:36 Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

14:30 Mundialın açılış saatı açıqlandı

14:24 “Ona nə qədər xərc çəkdim” - Nazənin ölən qardaşı haqda

14:18 Kimsəyə sirr deyil, deputatdan başqa…

14:12 Masallıda 16 yaşlı qız itkin düşüb

14:06 83 yaşlı qadın intihara cəhd edib

14:00 Bu müəllimlərin maaşı artacaq

13:47 “Ağır şərtlər altında yoxdan dövlət quruldu” - Şahin Məmmədov

13:44 Nazir sərxoş halda qadınlarla tutuldu - Fotolar

13:38 ““Real Madrid“ güclüdür, amma...” - Klopp meydan oxudu

13:32 Bakıda qadınları rüsvayçılıqla şantaj edən şəxs tutuldu

13:26 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

13:20 57 yaşlı aktyor ilk dəfə evləndi

13:14 Bakıya 350 kilo dopinq gətirildi

13:08 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” - Dövlət Komitəsi

13:02 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

12:57 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy - “Dərhal köçürülməli…”

12:51 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

12:45 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

12:39 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:33 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin gündəliyi açıqlandı

12:21 63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı - Video

12:15 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:09 Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

12:03 Ərdoğan Qüdsə “Müsəlman NATO-su” göndərmək istəyir

11:58 Bu dəfə o, təcavüzdə ittiham edilir

11:52 Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb



CƏMİYYƏT

...

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

Tarix 15.05.18, 15:42

Font ölçüsü : - / +
bitmap-img6

“”Donuzun yerində ailəndən birinin olduğunu düşün” deyə, məni hədələdi”


“Bəzən hüquq-mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır… Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir BAŞQA SAHƏDƏ bu cür pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

 Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident açıq mətnlə hüquq-mühafizə orqanlarının əməkdaşlarından iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrə son qoymağı, öz maraqları naminə sahibkarları incitməməyi tapşırıb. Belələrinin sərt şəkildə cəzalandırılacağını bildirib. Ancaq saytımıza olan müraciətlərdən belə məlum olur ki, bəziləri ya bu xəbərdarlıqdan nəticə çıxarmayıb, ya da əməllərinin gizli qalacağını düşünürlər.

Hər halda Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 4, mənzil 29 ünvanında qeydiyyatda olan sahibkar Məmmədov Etibar Əliağa oğlu tərəfindən “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya ünvalanmış məktub belə düşünməyə əsas verir.

“Donuzu başından vurdu və mənə “donuzun yerində ailəndən birinin olduğunu düşün” dedi”



E.Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Xudatda fermer təsərrüfatının sahibidir. O, Xudat Polis Bölməsinin rəisinin təqiblərilə üzləşdiyini, bu səbəbdən təsərrüfatını ataraq, rayonu tərk etmək məcburiyyəti qarşısında qaldığını deyir. E.Məmmədovun surəti Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov və Prezidentin köməkçisi Fuad Ələsgərova da ünvanlanan məktubunda deyilir: “Sizə müraciətim Xudat Rayon Polis Bölməsinin rəisi, po­lis pol­kov­nik-ley­te­nan­tı Hacıyev Fəxrəddin Fərhad oğlunun başıma açdığı oyunlarla bağlıdır. Belə ki, bu il martın 10-da Xudatda mənə məxsus fermada olduğum zaman Fəxrəddin Hacıyev, müavini Mahir (qara pulu yığan), Samir, sürücüsü və digər şəxslər bir neçə maşınla fermaya daxil oldular. Fəxrəddin Hacıyev fermada siçovul olduğunu və onları öldürməyə gəldiklərini dedi. Bundan sonra məndən fermamdakı donuzlardan birini ofisin qabağına gətirməyimi tələb etdi. Mahirdən aldığı silahla donuzu güllə ilə vurdu. Donuz yaralandı, bundan sonra Kalaşnikov silahı ilə yenidən atəş açaraq heyvanı başından vurdu. Sonra istehza ilə üzünü mənə tutaraq, atıcılıq qabiliyyətinin necə olduğunu soruşub, “donuzun yerində ailəndən birinin olduğunu düşün” deyə, məni hədələdi.  Tapançadan açılan giliz məndədi və sözügedən şəxslər barəsində istintaq aparılarkən aidiyyatı orqana təslim edəcəm. Buna dair videogörüntü var (Yazıya əlavə olunub-red.) və aidiyyatı qurumlara təqdim ediləcək”.



“Dostumun atasına dedi ki, oğlun əməliyyatıma mane oldu, Etibarın maşınından silah çıxardacaqdım”

Sahibkar məktubunda Xudat Rayon Polis Bölməsinin rəisinin ona qarşı bu münasibətinin səbəbinə belə aydınlıq gətirib: “Onunla tanışlığımız 1 il bundan əvvəl başqa bir dostumun vasitəsi ilə olub. Sonra həmin şəxslə onun münasibəti pozuldu və mənimlə prinsip aparmağa başladı. Bir gün mən dostum Muradov Murad Rəsul oğluna məxsus (90 MM 907) “WRANGLER” markalı avtomobili idarə edirdim. Fəxrəddin Hacıyev Dövlət Yol Polisi əməkdaşları (90 YP 193 dövlət qeydiyyat nişanlı avtomobildəki) vasitəsilə yolda məni saxlatdı. Heç bir səbəb demədən məni və dostumu polis bölməsinə apardılar. Emin adlı polis bölməsinin əməkdaşı bizim avtomobilə oturdu. Dostum Muradı və məni polis bölməsində yerləşən müvəqqəti saxlama məntəqəsinə saldılar. Muradı 1 saat sonra buraxdılar. Polis rəisi Muradın atasına dedi ki, sənin oğlun gəlməklə mənim əməliyyatıma mane oldu. Mən Etibarın maşınından silah çıxardacaqdım. Oğlun orda olduğu üçün mən həmin maşına silahı yerləşdirə bilmədim.

Nəhayət, 9 saat sonra dostum Murad mənim xahişimlə mənə 1000 manat pul verdi. Həmin pulu şəxsən bölmə rəisinə verdim və əlavə 1000 manat gətirəcəyimə söz verdim. İki gün sonra əlavə 1000 manat gətirib Elçin Hacıbalayevə və bölmənin əməkdaşı Ceyhuna polis rəisi Fəxrəddinə çatdırmaq üçün verdim. Məndən bu pulu bölmədə 30 gün həbs edəcəkləri hədəsiylə istədilər. Məni ailəm və övladlarımla hədələyərək zorla izahata qol çəkdirdilər ki, guya onları təhqir etmişəm. Dedilər  ki, əks halda sən bölmədən çıxmamış evdəkilərdən birinin meyitini alacaqsan. “Mənə hansı balanı çox istəmirsən, birinci onun adını de, ondan başlayım” dedi. Məcbur qalıb izahata qol çəkdim. Bu proseslərdə pul verilən zaman yanımda olan şəxslər var. Şahid kimi göstərilə bilərlər”.

“Məni hədələyərək, 9000 manata aldığım Qarabağ atını götürüb apardılar”
Sahibkar yazır ki, polis rəisi onun bahalı atlarını da aparıb, digər qanunsuz tələblər irəli sürüb. “Yarış atlarım olduğundan məlumatları olduğu üçün, məni hədələyərək 9000 manata aldığım Qarabağ atını götürüb apardılar. Bir müddət sonra yenə 9000 manata aldığım ingilis atını alıb apardılar. O gündən sonra 45 gün müddətində üstəlik məni atlara baxmağa məcbur etdi. Qaşovlamaq, iynəsini vurdurmaq və s. hər bir işi şəxsən özümə etdirirdi…

Bir dəfə isə məndən qurban kəsmək üçün quzu tapmağımı istədi. Mən də işçimin vasitəsiə 4 quzu tapıb aldım. Quzular cəmi 620 manat pul tutdu. Pulun 300 manatını ödəyib dedi ki, 2-si anama çatacağı üçün pulunu özüm verəcəm, qalanını isə öz hesabından ver”.

“Hər axşam təşkil etdiyi eyş-işrət məclislərinə çağırıb, mənə zorla araq içirirdi…”

Etibar Məmmədov bütün bu təzyiqlər nəticəsində xəstəlik tapdığını bildirir: “Müvəqqəti saxlama məntəqəsində olarkən mənə qarşı edilən bu hərəkətlərin nəticəsində çox güclü stres keçirdim. Ürəyimdə ağrılar oldu. Həmin vaxt ürək dərmanı istədim. Dostum Murad dərman gətirdi. Lakin Fəxrəddin Hacıyev mənə dərman verməyi hər kəsə qadağan etdi. Bu da mənim ürəyimdə çox ciddi problemlərə səbəb oldu. Hadisələrdən sonra ürək ağrılarım artdığı üçün həkimə müraciət etdim (Bakı Ürək Mərkəzində yoxlanışlarıma dair müayinə aktlarını ərizəmə daxil edirəm). Ancaq Fəxrəddin Hacıyev məndən əl çəkmədi.

Bir gün şəxsi avtomobilimlə onu və bir neçə dostunu ova aparmağımı tələb etdi. Avtomobilimin arxasına sumkalarla ov silahı, tapança, “Kalaşnikov” markalı avtomat və başqa odlu silahlar yığaraq, dəniz qırağına ördək vurmağa getdik. Ovda olduğumuz zaman vurduğu ördəkləri, öz geyimini, silahını mənə daşıtdırırdı. Polis əməkdaşları və digər ovda olan şəxslərin yanında “bilirsiz də, mənim bir sürü itlərim var, Etibarı da təzə almışam. Amma onlardan ayrı saxlayıram” deyərək, şərəf və ləyaqətimi təhqir etdi. Mənim ürək xəstəsi olduğumu bilsə də, hər axşam təşkil etdiyi eyş-işrət məclislərinə çağırıb mənə zorla araq içirirdi. Mən ürəyimin ağrıdığını və arağın mənə pis təsir etdiyini deyəndə, “aldığım məlumata görə vəhabisən”, deyib içki içməyə məcbur edirdi…

Bunlarla da kifayətlənməyib, yenə də fermada olduğum zaman özünün əlaltısı Samir vasitəsilə mənə qonaqlarının olduğunu və donuz istədiyi xəbərini göndərdi. Sonra dostu Qurban gəlib hər dəfə “Picap” maşını ilə donuzları aparırdı. Bir dəfəsində məndə onunla birlikdə getdim. Həmin donuza da Qurbanın obyektində 5 dənə güllə atdı. Bunları edərkən “səni “banditizm” axtarır və mən də onların qarşısını alıram. Bunlar da onların əvəzidi” deyidi”.

“Mənə məlumat çatdırıb ki, onu gördüyüm yerdə donuzların gününə salacam”

İş adamının yazdığına görə, Fəxrəddin Hacıyevlə bağlı şikayətlər etsə də, nəticəsi olmayıb. Buna görə də polis rəisinin təzyiqlərinə dözməyərək, doğma yurdunu tərk etməli olub: “Hadisələr fevral ayının əvvəllərindən başlayıb. Mart ayının 28-dən bəri öz yurdumdan didərgin düşmüşəm, qorxub qaçıram. Mənə məlumat çatdırıb ki, “onu gördüyüm yerdə donuzların gününə salacam”.

Qeyd edim ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etmişəm. Şikayətim hələ ki, nəticə verməyib. Fəxrəddin məni və dostlarımı hədələyərək gəlib şikayətimdən imtina etməyimi, izahatları dəyişməyi, belə halların olmadığını, məni müvəqqəti saxlama məntəqəsində saxlamadığını, məndən pul almadığını, atılan silahın qaz tapançası olduğunu yazmağımı tələb edir. Qeyd etmək istəyirəm ki, Fəxrəddin Hacıyev CM-nin 180.181-ci və digər maddələrinin tərkib hissəsini yaradan cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 180-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama Azərbaycan Respublikasının CM-nin 181-ci maddəsinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayət məsuliyyətini nəzərdə tutur”.

“Möhtərəm Prezident, xahiş edirəm mənim həyatımı xilas edin!”
Sahibkar həyatının təhlükədə olduğunu bildirərək, ölkə rəhbərliyindən kömək istəyir. O, ölkə Prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, Fəxrəddin Hacıyevin ona qarşı bu hərəkətlərilə bağlı araşdırma aparılmasını təmin etməyi xahiş edir: “Hörmətli Prezident, iş adamlarının himayəçisi kimi, Sizdən Fəxrəddin Hacıyev barəsində CM-nin 180,181-ci maddələri ilə cinayət işinin açılmasına dair göstəriş verməyinizi xahiş edirəm. Bundan sonra mənim və ailəmin başına gələcək hər bir işin cavabdehi F.Hacıyevdir. Fəxrəddin Hacıyevin məni şərləməyə çalışmasından, üzərimə narkotika ataraq həbs etməsindən çəkinirəm. Buna görə ölkə rəhbərliyindən kömək istəyirəm. Bununla bağlı müraciət etdiyim qurumlara və şəxslərə sığınıram. 

Təəssüflə bildirirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi şikayətlərimizi rədd ediblər və bu şikayətlərə dair qərarları bizə təqdim etməyiblər. Şübhə etmirəm ki, hörmətli nazir Ramil Usubovun və Baş prokuror Zakir Qaralovun mənim başıma gətirilənlərdən xəbəri yoxdur. Ona görə də, müraciətimi mətbuat vaistəsilə ictimailəşdirməyi qərara aldım. Bununla səsimi yeganə ümid yerimiz olan Möhtərəm Prezidentimizə, I vitse-prezident Mehriban xanım Əliyevaya çatdırmaq istəyirəm. Xahiş edirəm, mənim həyatımı xilas edin!”

Sahibkar Etibar Məmmədovun dəhşət saçan bu açıqlamaları ilə bağlı Xudat Rayon Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevlə əlaqə saxladıq. O, ümumiyyətlə Etibar Məmmədov adında şəxsi tanımadığını bildirdi. “Mən belə bir adam tanımıram”. Polis rəisinə şikayətçinin videogörüntülər də təqdim etdiyini bildirsək də, o, israrla Etibar Məmmədovu tanımadığını deyərək, telefonu söndürdü.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Naxçıvan istiqamətində gərginliyin artması ermənilərin maraqlarına xidmət edir?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru