Xəbər xətti

27 MAY

12:04 Bakıda nəqliyyatın hərəkət sürəti azaldılıb - Hava şəraiti ilə əlaqədar

11:57 Ronaldu ən yaxşı bombardir seçilib

11:44 İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

11:36 Fransanın xarici işlər naziri Bakıya gəlib - Yenilənib

11:30 Gürcüstan 2021-ci ildə NATO-ya daxil olacaq

11:23 Xəstəxanada yalnız 2 gün qala bildi

11:18 Tramp fikrini dəyişdi: “Görüş yeri və vaxtı dəyişməz qalır”

11:13 İranda zəlzələ olub- 4,1 bal gücündə

11:05 XİN Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanat yaydı

11:00 İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirdi

10:55 Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər

10:48 Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

10:43 Paşinyan oğlunu Qarabağa - ön cəbhəyə yolladı

10:37 Ekspert: “MİDA-ın təcrübəsi və bazarda tənzimləyici orqan kimi funksiyası zəifdir”

10:31 “SOCAR Ukraynada biznesin inkişafını nəzərdən keçirəcək”

10:26 Kolumbiyada prezident seçkiləri keçirilir

10:21 Kürdə biogen maddələrin miqdarı normadan artıq çıxdı

10:15 Prezident: “Təhsil əsas hərəkətverici qüvvədir”

10:10 Cənubi Koreya lideri KXDR və ABŞ-ı birbaşa dialoqa çağırıb

10:04 Ermənistan silahlı bölmələri atəşkəsi 86 dəfə pozub

9:48 Bu gün bürcünüz nələr vəd edir?

26 MAY

22:00 Paşinyan kütləvi həbslərə başladı

21:54 Məşhur aktrisa albom çıxarır

21:48 DİM imtahan nəticələrini açıqlayıb

21:35 İlham Əliyevin oğlu məzun oldu

21:27 Axtarışda olan 28 nəfər saxlanılıb

21:13 İlham Əliyev ADA Universitetində

21:07 Ramazanın on birinci gününün duası və təqvimi

20:55 Bayılda avtomobil azyaşlı uşağı vuraraq öldürdü

20:49 Əncirin faydaları

20:38 ABŞ Venesuelada hərbi çevriliş hazırlayır

20:24 Kafedə bıçaqlanan kənd sakini xəstəxanada öldü

20:12 “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

20:01 Sumqayıtda qadın ona vurulan səhv iynədən ölüb

19:55 Azərbaycan ordusu Naxçıvan istiqamətində irəlilədi

19:47 “Deyirlər ki, müğənnilərin hesabına özümü reklam edirəm”

19:41 Ronaldo aktyor olmaq istəyini açıqladı

19:35 İrlandiyada abortun ləğvi üçün referendum keçirilir

19:29 Bakı-Quba yolunda qəza: 4 yaralı

19:23 Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

19:17 Ərdoğan: “Pulunuzu dollara çevirməyin”

19:10 Qısa ətək geymək qadağan olundu

19:03 Nazir sosial müdafiə sistemində şəffaflığı təmin etməyi tapşırdı

18:51 İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

18:42 Putin “DÇ-2018”dəki favoritini açıqladı

18:36 Azərbaycan içki ixracını iki dəfə azaltdı

18:30 AXCP-yə qarşı cinayət işi qaldırıldı

18:23 Aynur Dadaşova yenidən sənətə qayıtdı

18:18 Makrondan İlham Əliyevə təbrik

18:11 Salyan sakinin evindən silah tapıldı

18:06 Moskvada vandal məşhur rəsmə zərər vurub

18:00 Fransada atışma: ölənlər var

17:52 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

17:46 Gürcüstanda müstəqillik günü qeyd olunur

17:41 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

17:35 Yəməndə milli barışıq elan edilir

17:30 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:24 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

17:19 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:13 İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

17:08 “Beşiktaş”dan ilk transfer

17:04 Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

17:00 1 gündə 21 borclu şəxs tutuldu

16:53 Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

16:48 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:42 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:38 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:34 Koreya liderləri yenidən görüşdü

16:30 Qusarda traktor kanala aşdı: 1 ölü

16:26 “Total” şirkəti “Şimal axını-2“ qaz kəməri layihəsində iştirakdan imtina etdi

16:23 Deputat: “Özümü 40 yaşında hiss edirəm”

16:17 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

16:12 Qızqaçırma adam oğurluğudurmu?

16:08 “Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır”

16:05 Tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

16:00 Göygöldə yük maşını aşıb: 2 ölü

15:56 Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

15:52 Almeyda yığmadan kənarlaşdırıldı

15:47 Masallıda 16 yaşlı qız itkin düşüb

15:43 Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib

15:38 Naxçıvanda 5 məhkum əfv olundu

15:35 Azərbaycanlı tələbə özünü öldürdü

15:31 Nazənin onu tənqid edənlərə cavab verdi

15:27 Sabahın hava proqnozu

15:23 Finlandiya prezidentindən təbrik

15:19 ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub

15:15 Zəncirvari qəzada 19 nəfər öldü

15:12 Bakıda simsiz rabitənin əhatəsi genişləndirilir

15:09 Futbolçular və azarkeşlər hakimi döydülər

15:05 Astarada evdən 25 min oğurlanıb

15:00 Azərbaycanlı gənc təhsil haqqını kazinoda uduzdu və intihar etdi

14:54 Bakıda yol qəzası: ölən və yaralanan var

14:48 “Ədəbiyyat adamı” mükafatı təqdim olundu

14:42 Bakıda yenə nömrəsiz maşınlar şütüyür - Foto

14:36 Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

14:30 Mundialın açılış saatı açıqlandı

14:24 “Ona nə qədər xərc çəkdim” - Nazənin ölən qardaşı haqda

14:18 Kimsəyə sirr deyil, deputatdan başqa…

14:12 Masallıda 16 yaşlı qız itkin düşüb

14:06 83 yaşlı qadın intihara cəhd edib

14:00 Bu müəllimlərin maaşı artacaq

13:47 “Ağır şərtlər altında yoxdan dövlət quruldu” - Şahin Məmmədov

13:44 Nazir sərxoş halda qadınlarla tutuldu - Fotolar

13:38 ““Real Madrid“ güclüdür, amma...” - Klopp meydan oxudu

13:32 Bakıda qadınları rüsvayçılıqla şantaj edən şəxs tutuldu

13:26 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

13:20 57 yaşlı aktyor ilk dəfə evləndi

13:14 Bakıya 350 kilo dopinq gətirildi

13:08 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” - Dövlət Komitəsi

13:02 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

12:57 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy - “Dərhal köçürülməli…”

12:51 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

12:45 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

12:39 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:33 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin gündəliyi açıqlandı

12:21 63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı - Video

12:15 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:09 Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

12:03 Ərdoğan Qüdsə “Müsəlman NATO-su” göndərmək istəyir



MÜSAHİBƏ

...

“Atama da, mənə də paxıllıq edirlər” - Aygün Səmədzadə

Tarix 16.05.18, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi, bəstəkar Aygün Səmədzadənin “Qafqazinfo”ya müsahibəsi:


- Aygün xanım, 3 illik fasilədən sonra konsert vermək qərarına gəldiz. 

- Hər il konsert vermirəm. Sonuncu konsertim 2015-ci ildə baş tutub. Ötən il isə “İpək yolu” festivalında açılış konserti etdim. İndi isə iyunun 9-da konsert olacaq. Mahnılarımı sevənlərim üçün yaxşı bir gecədir. İndi sosial şəbəkələr imkan verir ki, özün haqqında müəyyən rəyləri görəsən. İnsanların münasibətini oxuyanda sevinirəm. Bu, çox xoş bir haldır. Hərdən deyirsən ki, çox tərif yaxşı bir şey deyil. Amma mən tərifi sevirəm, tənqidi isə yox. Deyirlər ki, tənqid etmək yaxşıdır. Amma onu da dostcasına etmək lazımdır. Mənə maraqlı gəlir ki, bugünkü insanlar sosial şəbəkədə aqressivdirlər. Onların sənət adamlarına qarşı pis münasibətini görürəm. Görəsən bu nə ilə bağlıdır?! İnsanlar öz preoblemlərinin həllini tapmaq üçün əziyyət çəkir. Bəziləri isə öz problemlərinin həllini başqasına neqativ fikir söyləməkdə görür. Bu, çox pis tendensiyadır. Ən çox da Azərbaycan oxucusunun şərhlərində rast gəlirəm. Hər şeydə bir yaxşı görməkdənsə, insanlarda nöqsan axtarırlar, müzakirə edirlər. Mən həmin tamaşaçının bəstəkarı deyiləm. 

- Bəlkə də insanların incəsənət nümayəndələrinə qarşı aqressiv fikirləri əvvəlki dövlərdə də olub. Sadəcə olaraq indi sosial şəbəkələr daha aktualdır və fikirlərini orada rahat şəkildə yazırlar. 

- Mən fikirləşirəm ki, peşələr arasında ən zərərsizi incəsənətdir. Yəni rəssam oturub əsər yaradır, keyfiyyətsizdirsə, kənara qoyacaq və heç kəsə ziyanı olmayacaq. Və yaxud, ifaçı, şair, bəstəkarı misal çəkə bilərik. Düzdür, ifa ilə beyinləri başqa istiqamətə yönləndirmək, onları zövqsüzləşdirmək olar. Bu, başqa məsələdir. Lakin pis həkim kimi insanın həyatını təhlükəyə atmaqdansa, zəif musiqiçi olmaq daha yaxşıdır. Çünki sən biləcəksən ki, hansısa bir insanın ölümünə səbəb olmayacaqsan. 

Fikirləşirəm ki, o vaxtlar seçim az idi. Televiziyaların, qəzetlərin, efirə buraxılan şəxslərin sayı az idi. Hər bir insan haqqında yazmaq, müzakirə açmaq mümkün deyildi. Əlbəttə xalq arasında onlar haqda rəvayətlər, şayiələr gəzirdi. Bu günədək insan haqqında çox gülməli lətifəni belə xatırlaya bilərik. Amma sosial şəbəkənin müsbət tərəfləri var. Özünü geniş kütləyə tanıda bilərsən. Mənfi tərəfləri də var. Paxıllığın, qısqanclığın açıq şəkildə qarşına çıxdığını görürsən. Bunlar sənət adamlarını ruhdan sala bilir. 

- Azərbaycan musiqisinin hazırkı vəziyyətini necə qiymətləndirirsiz?

- Hamı elə bilir ki, Azərbaycan musiqisi bu gün efirdə səslənəndir. Bu qədər bədbin, pessimist olmamalıyıq. Ciddi musiqi üzərində işləyən bəstəkarlar, ifaçılar var. Azərbaycanın professional musiqisi öz yolunda inkişaf edir. Söhbət bu işləri işıqlandıran efir məkanlardan, saytlardan gedir. Onlar kimi təbliğ edirlər? Bu gün danışırıq ki, musiqimiz zəif inkişaf edir. Bütün bu şəraiti yaradan, şəxsən mənim dinləmədiyim musiqiçiləri efirlərdə görməyimizə səbəb olan mətbuat və televiziyalardır. Bundan əlavə, əsas maddiyatdır. O insanlar nəyin bahasına olursa olsun, efirə yol tapırlar. Sənət arxa plandadır. Vaxt keçir, insanlar o səslərə öyrəşir. Dinləyir, artıq müəyyən bir zövq formalaşır. Onun üçün meyar, səviyyə bu olur. O müğənnini dinləyən mənim mahnılarımı dinləyə bilməz. Onlar mənim mahnılarımı tərifləsə, təəccüblənərəm. Bir məsələ də var ki, insandır. Həyata bir dəfə gəlib, istəyir ki, tanınsın. Bu yolu seçib, böyük kütlə yığır. Əslində öz içlərində bilirlər ki, oxuduqları normal bir şey deyil. İnsana nə qədər müqavimət göstərisən, tənqid edirsənsə, qarşı tərəf daim irəli getmək istəyir. Düşünürəm ki, nə vaxt belə “qeyri-adi” səs görsək, görməzdən gəlməliyik. 1-2 dəfə görməsək, o, sakitləşəcək. Tənqidlər onlara güc verir. 

- Siz o insanlardan danışırsız. Amma həmin ifaçılar efir və mətbuatdan əvvəl sosial şəbəkələrdə gündəmə gəliblər, tanınıblar.

- Düzdür, amma onlar elə-belə meydana gəlməyiblər. Həmin insanların Azərbaycanda kökləri var. 20 il bundan əvvəl oxuyanlar arasında belələri var. İndi həmin insanlar kiməsə irad tutur. O vaxt sosial şəbəkələr yox idi, amma ortada idi. Niyə nəsə deməyə haqqı çatır? Yaxşı səsi olan ifaçılar sənətlərinə arxayındırlar. Düşünürlər ki, hardasa oxuyacaq, yenə onun işini görəcəklər. Sənəti, səsi olmayan daim göz önündə olmaq üçün düşünür. Yollar tapır, efirə çıxır. Açığını deyim ki, sənəti olan insanlarda günah çoxdur. Onlar boşluğu yaradırlar. Hamı tənqid edir. Amma həmin təndiq etdiyi ifaçının toyunda oxuyur. Deməli, sən səmimi deyilsən. Burdan belə danışırsan, o birini görəndə isə tərifləyirsən, şəkil də çəkdirisən. Pul incəsənətə qalib gəlir. Bu, köhnə sözdür, bu şüarı sevirəm.

- Maraqlıdır ki, mahnılarınızı verəcəyiniz müğənniləri necə seçirsiz?

- Özümün ifaçı dairəm var. İstəyirəm ki, dairəmi genişləndirim. Amma heç bir vaxt səsini, zövqünü, davranışını bəyənmədiyim insanlarla işləmərəm. Fikirləşirəm ki, Azərbaycanda elə bir müğənni yoxdur ki, mahnıların bütün hüquqlarını alacaq dərəcədə qonorar təqdim etsin. Belə biri yoxdur, çox narahatam. Birdən gəlib inanılmaz bir qonorar təqdim etsələr belə işləmərəm. Amma heç vaxt “eləmərəm” demirəm. Həyatdır, hər şeyə məcbur ola bilərsən. Heç nədən sığortalanmamışıq. 

- Niyə adətən eyni müğənnilərlə işləyirsiz. Səbəb nədir?

- Pisdir bəyəm? Fikirləşirəm ki, mahnılarımı elə onlar oxusunlar. Düzdür, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan da bəstələrimi ifa edib. Yəni, bu insanlarla çalışmışam, onların sənətini qiymətləndirirəm. Amma mütəmadi olaraq çalışdıqlarım var. Mahnı yazarkən Nurlan Növrəslinin, Eyyub Yaqubovun, Ayaz Qasımovun səsini eşidirəm. Bu, məndən asılı deyil. Bütün dünyada belədir... Hər bir insanın müəyyən bir musiqi mühiti olur. Ola bilsin ki, mahnılarım gündəmdə olmur, amma hər zaman oxunur. İnsanlar sadəcə olaraq müəyyən vaxt üçün mahnı çıxarırlar, reklam edirlər. Təəssüf! 

- Son illər hit olan mahnılarınız azdır. Bunu nə ilə əlaqələndirə bilərsiz?

- Mən qarşıma belə məqsəd qoymamışam ki, mahnı yazım və hit olsun. Bilirəm ki, musiqini bilən, sevən şəxslər həmin mahnılarımı sevir. “Tut ağacı”, “Məktəb illəri” kimi mahnılar yarandı, sevildi. Sonradan yazdıqlarım daha gözəldir. Düşünürəm ki, hər kəs öz mahnılarını sevməlidir. Özümü doğrultmağa ehtiyacım yoxdur. Görürəm ki, İlqar Muradov, Eyyub Yaqubov, Elton Hüseynəliyev kimi ifaçıların mahnıları ən gözəlidir. Özüm musiqi tənqidçisiyəm, ortaya çıxardığım əsərə cavabdehəm. Mahnını zərgər kimi işləyirəm, təqdim edirəm. Bəstənin sonrakı taleyi müğənnidən asılıdır. Müğənni bunu qoyub başqasını oxuyur, baxırsan ki, həmin ifaçı ya özünə hörmət etmir, ya da zövqü dəyişib. Fikirləşirəm ki, mahnı sayəsində özümü kimlərinsə qarşısında təsdiq etməyə ehtiyacım yoxdur. Məndən yaxşı yazırlarsa, gətirib qoysunlar ortaya… Buna yenə sevinərəm. Hər şeyi normal qarşılamaq lazımdır. 

- Hansısa 1 müğənni ilə qalmaqal yaşamaq üçün sizə hansı səbəb lazımdır?

- Qalmaqal dava-dalaş, təhqirdir. Bizdə hər şeyin adını qalmaqal qoyublar. İnciklik başqa, tərbiyəsizcəsinə dava etmək başqa şeydir. Nə mən, nə də mənimlə çalışan müğənnilər bu tərbiyənin sahibi deyilik. İncikliyim olsa, başqa şəkildə həll edərəm. Ya üzbəüz görüşərəm, ya da qanun çərçivəsində işimi həll edərəm. 

- Ailənizdə kəskin peşə fərqləri var. Bacınız həkim, redaktor, qardaşınız iqtisadçı alim, atanız millət vəkilidir. İncəsənətə meyillilik haradan yaranıb? 

- Atamın musiqi təhsili olub, gözəl səsi var və tar ifaçısıdır. Nəslimizdə hamının musiqidən xəbəri var. Bacımla mən Bülbül adına Musiqi Məktəbini bitirmişik. O, anamın yolunu gedib həkim oldu. Anam deyirdi ki, mən həkim oldum, həmişə xəstə görürəm. İstəyirəm ki, övladlarım musiqi əhatəsində olsun. Qardaşım da iqtisadçıdır. Məndə onu görüblər, düzgün istiqamətləndiriblər. Düşünürəm ki, bütün uşaqlar musiqi dərsi almalıdır. Bütün problemlərin kökü məktəbdə onların düzgün musiqi təhsili almamasından irəli gəlir. Kiçik yaşlarından Üzeyir Hacıbəyov, Qara Qarayev, Emin Sabitoğlu və başqalarının əsərlərini eşitməlidirlər. Sabah baxsınlar ki, kim kimdən nəyi oğurlayır. Ramiz Mirişlinin hansı mahnısının o yan-bu yanını dəyişib təzə mahnı kimi təqdim etdiklərini anlasınlar. Əvvələr bu ənənə var idi, dinləyici səviyyəsi də fərqli idi. İnsanlar sonra bu ənənəni unutdular. Pianinonun üstünə kitab, qab qoydular, qonaqlar gələndə paltolarını qoymaq üçün qarderob kimi istifadə etdilər. Ən böyük hörmətsizlik bundan başladı. 

- Yutubda da dinləmişik, əksər bəstələrinizi özünüz də ifa edirsiz. Elə bir mahnı varmı ki, müğənnidən yaxşı ifa etdiyinizi düşünürsüz?

- Mahnı verdiyim 99 faiz müğənnidən daha yaxşı oxuyuram. Onlara deyirəm ki, məndən yaxşı ifa edəcəksənsə, oxu. Yox, mənim kimi olacaqsa, qalsın. Amma elə müğənnilər var ki, onlar kimi ifa etmək iddiam yoxdur. Səs diapazonum balacadır. Hər bir bəstəkar öz mahnısını üzdə olmasa da, ürəyində müğənnidən yaxşı oxuyur. Mahnılarımı müğənnilərə bişirib verirəm. Müğənni səmimidirsə, oxuduğu mahnı da səmimi qarşılanacaq. Eləsi var, nə oxusalar ona inanırlar. Məsələn, Röya. Onun səmimi ifasına hamı inanır. Amma elə ifaçı da var, deyirlər ki, hə, nə olsun?

- Sizin üçün millət vəkilinin qızı olmaq nə deməkdir? Bəzən sizi öz peşənizdən çox atanızın vəzifəsi ilə təqdim edirlər. Bundan narahat olmursuz?

- Əvvəl daha çox narahat olurdum. Məsələyə iki cür yanaşmaq olar. Birincisi, kaş hamının mənim kimi atası olsun. Elə ataların belə qızları olsun. Adlar yan-yana çəkiləndə insana başucalığı gətirsin. İkinci tərəfi ondan ibarətdir ki, belə şəxslər insanların öz sahələrində gördüyü xidmətləri görmürlər. Mahnı bəstələyirəm. Qeyd edirlər ki, “Ziyad Səmədzadənin qızı yazdı”. Daha fikirləşmirlər ki, onun qızı olduğuna görə Allah savad və istedad vermir. Əgər belədirsə, məşhur siyasi xadimlərin, vəzifəli şəxslərin hamısının qızları mahnı yazsın. İnsanın istedadını, qabiliyyətini valideynin vəzifəsi ilə ölçmək düzgün deyil. Mahnı yazsam, hansısa tədbirdə ifa edə bilməsəm, onda deyərlər ki, atasına görə tanınır. İlk mahnım 1996-cı ildə çıxıb. O zaman atam millət vəkili deyildi. Elə “Məktəb illəri”, “Tut ağacı” çıxan vaxtlarda da atam deputat olmamışdı. Niyə görə insanlar bunu unudur, bilmirəm. Belə neativ formalaşdırmaq üçün adları yan-yana qoyurlar. Bu, paxıl insanların işidir. Mənim atama da, mənə də paxıllıq edirlər. Bunu həmişə görmüşəm. Amma heç vaxt əhəmiyyət verməmişik. Təki həmişə atamın adı mənim üstümdə olsun. Biz bir-birimizlə fəxr edək. Mənim istirahət fotomdan xəbər hazırlamaq nəyə lazımdır?! Xəbər hazılamaq olar, amma onu qabartmaqla həmin şəxsi hörmətdən salırsız. 

- İnstaqramda daha şən görünürsüz, amma yolda sizi görsək eyni şeyi deyə bilmərik.

- Hər ikisi mənəm. Paylaşdığım fotoların altında hansısa bir izah yazıram. Rəqs edirəmsə, pis şərhlər yazanlar üçün şərh qeyd edirəm. Məsələn, deyilir ki, qadın çox rəqs etməməlidir. Bunu hardan çıxarıblar? Qadın niyə rəqs etməsin? Xanım əlində zənbil ağır işlər görəndə və onun həyat yoldaşı evdə oturub televizora baxanda heç demirlər ki, zərif məxluqdur, əziyyət vermək olmaz. Amma rəqs edəndə hamı görür. Mən gözəl rəqs görəndə sevinirəm. Məsələn, Pərvin Abıyeva, Günel Zeynalova və başqaları çox gözəl rəqs edirlər. Görürsən ki, şəklin altına ağır sözlər yazırlar. Belə olmaz. 

Bundan əlavə, mən selfi çəkdirməyi çox sevirəm. Nə qədər şən olsam da, musiqini, rəqsi sevsəm də, özüm həddimi aşmaram. Mənə qarşı kimsə həddini aşsa, onda olaram siz gördüyünüz Aygün Səmədzadə! İnsanlar xoş ab-havada olanda başqa cür qəbul edə bilirlər. Əslində mənim yazdığım musiqidə nə onu, nə də bu birini görərsiz. Hamısının qarışığıdır, düşünürəm ki, insan belə olmalıdır. İnsan həmişə eyni ola bilməz. O zaman özüm-özümə maraqsız olaram. 

- Övladlarınız haqda danışaq. Sizin arzuladığınız həyatı yaşayırlarmı?

- İki övladım var. Qızımın iki ixtisası var. Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, eyni zamanda Azərbaycanın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirir. Oğlum isə iqtisadçıdır. Amma mənə yaxın olan sahələrlə məşğuldur. İncəsənətdə varislik qanla keçir. Musiqidə nöqsanımı övladlarım deyə bilər. Elə insanlar var ki, övladı onun peşəsini davam etdirir, hər yana da yüzlərlə tələbəsi olmasına baxmayaraq öz övladını çıxarır. Belə şeylər mənim xoşuma gəlmir. Əgər sən müəllimsənsə, 5 dəfə öz övladınla, 5 dəfə də tələbələrinlə efirə çıxmalısan. Varisliyi gözəl və az bir şəkildə nümayiş etdirmək lazımdır.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Naxçıvan istiqamətində gərginliyin artması ermənilərin maraqlarına xidmət edir?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru