Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Aqrolizinq”in şöbə müdiri Zərdabda torpaqları yağmalayıb

Zərdabın Dəliquşçu kənd sakinləri tərəfindən göndərilən məktubda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri olan Eldəniz Həsənov və əmisi oğlu Vüsal Həsənov qanunsuz əməllərə yol veriblər

Prezident İlham Əliyevə və kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edən kəndlilərin sözlərinə görə, E.Həsənov nazirlikdə şöbə müdiri, V.Həsənov “Aqrolizinq”də şöbə müdiridirlər.


 
Həsənovlar erası…

V.Həsənovun həyat yoldaşı Aytən Əzizbəyli də həmin nazirlikdə vəzifədə işləyir. A. Əzizbəylinin dayısı Mikayıl Nuriyev isə nazirliyin maliyyə şöbəsinin müdiridir.

E.Həsənovun qardaşı Hamiz Həsənov isə orta təhsilli olsa da, Zərdab “Aqrolizinq” İdarəsinin müdiridir.

Müraciətdə deyilir ki, qohumlar Kənd Təsərrüfatı Nazirliyində böyük bir korrupsiya şəbəkəsi yaradıb, talançılıqla məşğul olurlar.
“20-dən çox ailəyə məxsus qanuni, sənədli əkin və fərdi mənzil tikintisi üçün olan torpaq sahələrini saxtakarlıqla özəlləşdiriblər.

Mən Qarabağ müharibəsi veteran, Zərdab rayonu Dəliquşçu kənd sakini Abdullayev Hafis Balaca oğluna məxsus 12 sot torpaq sahəmi Eldəniz Həsənovun göstərişi ilə əlimdən qanunsuz olaraq alınıb, qardaşı Namiz Həsənovun adına sənədləşdiriblər.

Həmin torpaq sahəsini 2004-cü il tarixdə Dəliquşçu bələdiyyəsindən dövlət rüsumunu ödəyərək qanunu qaydada almışdım. Orda böyük bağ salmışdım ki, imkan olan kimi oğlum üçün ev tikdirərəm.

Ancaq Kənd Təsərrüfatının şöbə müdiri Eldəniz Həsənov kəndə gələn zaman həmin torpağa gözü düşdüyü üçün əlimdən qanunsuz olaraq aldırıb qardaşının adına sənədləşdirib”,deyə məktubda vurğulanıb.

“Atam haqsızlığa dözə bilməyib vəfat etdi”

Məktubda kənd sakini Mehrəliyev Araz Qardaşxan oğlu da başına gələnləri yazıb: “Atam Qardaşxan Mehrəliyev 2001-ci il tarixdə Dəliquşçu bələdiyyəsindən heyvandarlığın inkişafı məqsədi ilə 10 hektar torpaq sahəsini 15 illik müqavilə əsasında icarəyə götürmüşdü.

Həmin torpaq sahəsində 18 nəfərdən ibarət ailəmiz zəhmətlə əkib-becərib, heyvandarlıqla məşğul olub dolanırdıq.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov və Aqrolizinq ASC-nin əməkdaşı Vüsal Həsənovun göstərişi ilə həmin torpaq sahəsi 2014-cü il tarixdə əlimizdən qanunsuz olaraq alınaraq Namiz Həsənovun adına sənədləşdirilib.

Baxmayaraq ki, həmin icarə müqaviləsində qeyd edilən şərtlərə əməl etmişik, hər il icarə pulunu vaxtlı-vaxtında ödəmişik.
Atam Qardaşxan Mehrəliyev bu haqsızlığa dözə bilməyib vəfat etdi. İndi həmin 10 hektar torpaq sahəsində Eldəniz Həsənov və Vüsal Həsənov özlərinin ferma təsərrüfatı üçün taxıl və yonca əkdirirlər.
Bu korrupsioner şəbəkənin Dəliquşçu kəndində on min başdan çox iri və xırda buynuzlu heyvan saxlanılan böyük fermaları var”.

 Torpaqlar qardaşın adına rəsmiləşir

Məktubda deyilir: “Mən Zərdab rayon sakini Mirəliyev Cəlal Sırac oğlu 2006-cı il tarixdə Zərdab rayonunun Qoşa oba kəndindən fərdi mənzil tikintisi üçün 7 sot torpaq sahəsini bələdiyyə sədri Xələf Hacıyevdən almışdım.

Orada bağ saldım və mənzil inşa etdirməyə başladım.Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov qanunu torpağımı saxtakarlıqla qanunsuz olaraq əlimdən aldırıb oğlu Əli Həsənovun adına sənədləşdirdi.
Həmin 7 sot torpaq sahəmin yanında əlavə olaraq 1 hektar torpaq sahəsinidə digər oğlu Farizin adına sənədləşdirib böyük bir bağ salmışdır.
Həmin 1 hektar torpağı hasarlayıb 4-5 yerdən qapı qoydirmuşdur ki, kənardan baxan elə bilsin ki, bu torpaq sahəsi bir neçə nəfərə məxsusdur.
Ancaq bu 1 hektar fərdi mənzil tikintisi üçün alınmış torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənova məxsusdur. Mənim ailəmə qarşı edilən bu haqsızlığa görə əsəb xəstəliyi tapdım, iki dəfə infarkt keçirdim.

Mən Zərdab rayonu Dəliquşçu kənd sakini Meralıyeva Məhluqə Niftalı qızı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun qanunsuz əməllərinin araşdırılıb tədbirlər görülməsini Prezident cənab İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm.

Eldəniz Həsənov bizim ailəyə məxsus torpağa qanunsuz olaraq sahiblənib qardaşının adına sənədləşdirib.



O kimdir ki, Dəliquşçu və ətraf kəndlərin sakinlərinin torpaqlarını qanunsuzluqla əllərindən alıb özününküləşdirib. Nə üçün bu faktlar araşdırılmır ?

Biz bu müraciəti böyük ümüdlə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova edirik.

Eldəniz Həsənovun qardaşı Hamiz Həsənovun ali təhsili yoxdur ancaq qardaşının və əmisi oğlunun himayəsi ilə Zərdab Aqrolizinq İdarəsinin müdiri vəzifəsinə təyin olunub.

Həmin aqrolizinqə məxsus texnikaların çoxu isə qardaşı Namiz Həsənova veriblər ki. oda Eldəniz Həsənova və Vüsal Həsənova mxsus fermer təsərrüfatında işlədilir.

Kənddə taxıl biçdirilməsi üçün teknika qıtlığı olsada Həsənovların fermer təsərrüfatlarında Aqrolizinqə məxsus texnikalar gecə-gündüz işləyir.
Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun Bakı şəhərində çoxlusayda mənzilləri, mülkləri, ticarət obyektləri. Bahalı avtomobilləri var.(AzEuroNews.com)

İmza; Zərdab rayonu Dəliquşçu kənd sakinləri:
Abdullayev Hafis Balaca oğlun
Mehraliyev Araz Qardaşxan oğlu
Mehralıyeva Məhluqə Niftalı qızı



pia.az
Etiket:

Fotolar

loading...