Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Apple” tarixində ən böyük sızıntı – Mənbə kodları oğurlandı


İOS yükləmələri üçün cavabdeh olan “iBoot”un mənbə kodları “Github”da yerləşdirilib. Mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir


“Report” bu barədə dünya mətbuatına istinadən xəbər verir.

“Github”a sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub. Bildirək ki, “iBoot”un mənbə kodları gizli məlumatlardır, “Apple” bu faylları yayımlamır.

“Apple Mac OSX” və İOS əməliyyat sistemləri haqqında kitab müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb.

“Apple” bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.

pia.az
Etiket:
loading...