Xəbər xətti

21 APREL

0:59 SİM-kartdan qızıl əldə olunacaq - Maraqlı kəşf

0:47 Firmino bu statistikaya görə bəzi müdafiəçiləri qabaqlayır

0:34 “Google” SMS-ə yeni rəqib gətirir

0:23 Yuri Maksimov altıncı ukraynalı ola bilər

0:11 Sərdar və xanımı dedi-qodulara bu paylaşımı ilə son qoydu

0:02 Bu gün bürcünüz nələr vəd edir?

20 APREL

23:59 Nikol Paşinyan: “Serj Sarkisyan istefa verməlidir!”

23:54 El Pais: Baskların ETA qruplaşması qurbanlarından üzr istəyib

23:48 Türk ordusundan ilk: Bu silah ələ keçirildi

23:42 Teymur Rəcəbov və Rauf Məmmədov Vüqar Həşimovun xatirə turnirində

23:36 Şimali və Cənubi Koreya liderləri üçün xüsusi xətt yaradıldı

23:30 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü - Fotolar

23:24 Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib

23:18 53 yaşlı qadın sirkə turşusu içdi

23:12 Ermənilərin Kölndəki “soyqırımı” memorialı söküləcək

23:06 Dinq Liren: “Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır”

23:00 Sarkisyanın başı dərddə - Paşinyan “etirazlara davam” dedi

22:55 Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma

22:49 Türkiyəli ilahiyyatçı: “Qadınlar bununla kişilərə təcavüz edir” – Video

22:43 Məşhur di-cey vəfat etdi

22:37 Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəsarət alıb

22:31 Ölkənin qızıl-gümüş bazarında qiymətlər dəyişdi

22:25 İrəvanda etirazçılar hava limanına gedən yolu bağladı

22:19 Qəza zamanı avtomobilə dəymiş zərər hərrac modeli ilə qiymətləndiriləcək

22:13 Tramp açıqladı: Rusiya ilə gizli anlaşma olmayıb

22:10 Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək

22:07 Gürcüstan-Azərbaycan sərhədində sərhədçi güllələndi

22:01 Əsəd Fransanın verdiyi ordeni qaytardı

21:56 Yaponiyaya getsəniz, çıxanda rüsum ödəməli olacaqsınız

21:50 Avstriyada qatar qəzası - 54 yaralı

21:44 Bakıda müsəlman dünyasının nadir hadisəsi - Vəhdət namazı + Video

21:38 Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış

21:32 İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

21:26 Fələstinə aid tarixi xəritə Misirdən qaçırılarkən ələ keçirildi

21:20 ABŞ məktəbində daha bir atəş açılıb

21:14 Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

21:08 ABŞ Demokrat Partiyası Rusiyaya qarşı iddia qaldırdı

21:02 Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

20:57 Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb

20:51 İngilislər Suriya üçün küçələrə axışdı - Baş nazirə etiraz

20:45 Ata 5-ə qədər saya bilmədiyi üçün uşağa işgəncə verdi

20:39 Binəqədidə “BMW” yandı

20:33 “Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

20:27 Axtarışda olan şəxs Salyanda özünə xəsarət yetirdi

20:21 “Betis” klub rekordunu təkrarladı

20:15 Yaponiyada vulkan 250 il sonra püskürdü

20:09 Qırğızıstan prezidenti baş nazir təyin etdi

20:05 İqtisadiyyat Nazirliyinin bəzi səlahiyyətləri yeni Agentliyə verildi

20:03 Novak: “Bu ay neftin qiyməti 80 dollara qalxa bilər”

19:58 Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq

19:52 Prezident Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

19:46 “Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib” – Ərdoğan

19:40 “Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir” - Səfir

19:34 Bakıda polis bölməsinin ərzisində üç top mərmisi tapılıb

19:30 İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

19:28 Ərdoğan seçki kampaniyasının başladığını elan etdi

19:25 İdxal-ixrac əməliyyatlarına bu qurumlar nəzarət edəcək

19:22 XİN: “Bu, ciddi təəssüf doğurur”

19:19 Dövlət Turizm Agentliyi yaradıldı

19:16 Bakıda 46 qızı zorlayan falçı ilə bağlı araşdırma başladı

19:10 Əfqanıstanda partlayış - 5 ölü, 10 yaralı

19:07 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi

19:04 Azərbaycanda yeni Dövlət Proqramı hazırlanır

18:59 İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı

18:53 İran nüvə sazişindən çıxmaqla hədələdi

18:47 Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

18:41 “Bu, futbol terrorundan betərdi” - Ərdoğan

18:38 Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib - Fotolar

18:35 Prokuror Ziya Məmmədovun qardaşı oğlunun məhkəməsində cəza istəyib

18:32 “Nar”dan autizmli uşaqlara dəstək aksiyası

18:29 Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”

18:23 Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

18:17 Seçkilərdə iştirak edən partiyalara büdcədən 135,2 milyon dollar ayrılacaq

18:11 Bakıda metronun deposundan əl qumbarası tapılıb

18:05 Tramp yüksək neft qiymətlərinə üsyan etdi

18:00 Əri qəhvə hazırlamasa, xanımı ondan boşana bilər

17:55 “ABŞ-ın Türkiyə ilə bağlı mövqeyini şantaj hesab edirik” – Lavrov

17:49 Arsen Venger “Arsenal”ı tərk edir

17:44 Dənizə düşən 17 yaşlı qız xilas edildi

17:39 “Dağlıq Qarabağa getməyə razılıq verməmişəm“ - Hollivud ulduzu

17:34 Sərkisyan tələbələrə qarşı əlavə qüvvə göndərdi

17:29 ABŞ-da ölüm hökmünə məhkum olunmuş ən yaşlı qatil edam edilib

17:24 Sərkisyanı heç kim təbrik etmir – Erməni mediası

17:18 Britaniya hökuməti: Skripal olayından sonra rusiyalı botlar fəallaşıb

17:14 Yunanıstanda mafiyanın xaç atası öldürüldü

17:09 Azərbaycanda yeni xalça emalatxanaları tikilir

17:05 Yıldırm ABŞ-a: “Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox”

17:00 Eldar Mahmudov məhkəməyə verildi

16:55 “Bakcell” əlil uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir

16:50 Dörd ay ərzində Azərbaycanda 2 min zəlzələ qeydə alınıb

16:45 Qəza zamanı avtomobilə dəymiş zərər belə hesablanacaq - Yeni qayda

16:39 Sumqayıtda 18 yaşlı gənc itkin düşüb

16:34 Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib

16:29 İranda başörtüsü qalmaqalı

16:25 “Gördüm “Allah-Allah” deyir, əzab çəkir, boğub öldürdüm”

16:20 Prezident İlham Əliyev yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub

16:15 Tramp: “Qiyməti süni şəkildə qaldırırlar, bu qəbuledilməzdir”

16:10 Əli Həsənov ordenlə təltif olunub

16:06 Prezidebt İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

16:01 Cənubi Afrikada iğtişaşlar - 23 nəfər saxlanıldı

15:55 Geomaqnit qasırğası olub

15:50 At minmək iranlı deputata baha başa gəldi

15:46 Elif Şafakdan yeni kitab

15:41 Mətbuat Şurasının sədri Ombudsmanın fəaliyyətinə iradını bildirib

15:35 Sabah Azərbaycanda yeni baş nazir seçiləcək

15:30 Faciə: Tovuzda aprel qazisi özünü asdı

15:25 “20 ildir kirayədə yaşayıram” - Anar Nəcəfli

15:20 Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın hesabatı dinlənilib

15:13 1sinfə qəbul üzrə 55 minə yaxın sorğu yerləşdirilib

15:07 Trampın müşaviri Rusiya səfiri ilə görüşdü, şərtləri açıqladı

15:00 Bakıda “Formula-1”lə bağlı iki xəstəxana ayrılıb

14:55 Böyük yük maşınları ilə İrəvanda prospektlər bağlandı

14:50 Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

14:44 Azərbaycanda KİV-də sponsor reklamı ilə bağlı qaydalar dəyişir

14:39 Murad Aslının şərtini qəbul etmədiyi üçün ayrılıbmış

14:34 Bayılda ziyan çəkmiş 6 evə görə sakinlərə pul verildi - Rəsmi

14:30 Kamran İmanov: “Jurnalistlərin yazıları oğurlanılır və oğurlanacaq”

14:25 “Facebook” çip istehsalına hazırlaşır

14:20 Gözəl Bayramlı həbsdən buraxılmadı

14:15 Zakir Həsənov NATO komandanı ilə görüşdü



MÜSAHİBƏ

...

“Allahdan tək istəyim övladlarımın atasının canını sağ etməsidir”

Tarix 14.12.17, 15:15

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət öncə qadın zorakılığına qarşı layihə həyata keçirən iş qadını Ruhi Əliyeva müsahibə verib


PİA.AZ musavat.com-a istinadən həmin müsahibəni təqdim edir:

“Əslində, layihə gözəl keçdi. Çox dəyərli insanlar orada idi. İnanmazdım ki, bu layihəyə belə önəm verərlər. Bizim mentalitetə uyğun olmayan məsələlər var. Adətən, qadınlara ailədə olanları kənara daşımağa, kömək istəməyə imkan vermirlər ki, camaatdan ayıbdır. Mənə sosial şəbəkədə yüzlərlə müraciət olub. Hətta biri yazmışdı ki, siz tədbirdə cəsarətlə danışanda, mən ağlayırdım. Düşünürəm ki, dünyada hər bir qadın şiddət görüb. Şiddətin növləri çoxdur. Kimisi fiziki, kimisi cinsi zorakılığa məruz qalıb. Əsas odur ki, qadın güclü, mənlikli, qürurlu olsun. Deyirlər, qadın zərifdir. Biz zərif olsaq, o qədər yükü daşıya bilmərik. Qadın zərif deyil. Öz yaşadıqlarıma, ətrafımdakı qadınların başına gələnlərə baxıram, zərif insan bu yükü daşıya bilməz, çətinliklərin öhdəsindən gəlməyi bacarmaz. Qadınlar özlərini tərbiyələndirməlidir. Neçə il öncə bir cavan gəlin qohumum boşandı. Onu boşadan qayınana və baldız oldu. Evdə bir oyun qurdular ki, yazıq qız ayrıldı. Bu cür vəziyyətlərdə valideyn övladın yanında olmalıdır. Əsasən, atalar deyir ki, biabır oldum, qızımı qəbul edə bilmərəm. Ata düşünmür ki, heç vaxt cavan gəlin ailəsinin dağılmasını istəməz. Son zamanlar fikir verirəm, kişilər cəsarətsizləşib, acizləşib, qadınlar isə daha cəsarətli olub. Oğlanlar xanımlarına, həyat yoldaşlarına sahib çıxmalıdırlar. Onları əzdirməməli, şiddətə məruz qalmağa qoymamalıdırlar. Əsasən rayonlarda qadınlarımız daha çox şiddət görür. Bəzi qadınlar boşanmaqdan qorxur, həyat yoldaşları onlara hədə-qorxu gəlir. İstəyirəm ki, onlar çarəsiz olmadıqlarını bilsinlər.

- Layihə davam edirmi? Hazırda sizə müraciət edən xanımlar çoxdur?

- Əlbəttə, davam edir. Mənə yüzlərlə mesaj gəlir. Oxuyuram, qeydiyyat aparıram. Həmin qadınlarla danışıram. Mən köməyə ehtiyacı olan qızlarımızın neçəsinə kömək etmişəm. Bir dəfə maşınla gedirdim, bərk yağış yağırdı. Bir nəfər yolun kənarında dayanıb, özünü yola atmaq istəyirdi. Maşından düşüb yaxınlaşdım, gördüm gənc qızdır. Onu evimə gətirdim, isti paltar verdim. Başına gələnləri soruşdum. Dedi ki, yaşamağa halı yoxdur, intihar edəcək. Sonra məni qucaqlayıb ağladı, başına gələnləri danışdı. Mən 3 gün onu evimdə saxladım. Sonra bir tək yaşayan xanımın yanına yerləşdirdim, işini dəyişdi. İndi o qız evlidir, iki qızı var, çox xoşbəxtdir. Mən düşünə bilməzdim ki, Azərbaycanda bu qədər şiddət görən xanım olsun. Dəhşətə gəlirəm, gücüm çatdıqca, onlara yardım edəcəyəm. 

- Tədbirdə də bildirdiniz ki, çətin günlər yaşamış, psixoloji zorakılığa məruz qalmısınız. Yaşadıqlarınız sizə nə öyrədib?

- Öncələr çox çılğın idim, hər şeyə tez reaksiya verərdim. Mənə deyirlər ki, necə dözürsən? Necə yaşananları sirr kimi saxlaya bilirsən? Bildirirəm ki, həyat məni belə öyrədib. Səbirli olmasam, həyatda enişli-yoxuşlu yerləri keçə bilməzdim. Allah mənə böyük səbir verib. İki-üç il öncə yaxınlarımla bağlı elə bir hadisə oldu ki, mən səbir göstərib, susdum. O an xoşagəlməz hadisələr yaratsaydım, dönüşü olmayan yola girərdim. Onsuz da qəlb qırılır, qarşındakının qəlbini incitmək lazım deyil. İllər öncə qərar verdim ki, çox şeyə susacağam. Özüm çox incildiyim üçün başqasını incitmirəm. Əvvəllər hər şeyə reaksiya vermişəm. İndi düşünürəm ki, o sözü mən demişəm? Vay, düz etməmişəm, özümü uçuruma aparmışam, ən böyük pisliyi özümə etmişəm. Onda çox sadəlövh olmuşam. Amma heç vaxt eqoist olmamışam. Bilirəm ki, Allah bir gün insanın layiq olduğu mükafatı verir. Mənim də mükafatım övladlarımdır. 

İndi Allahdan tək istədiyim övladlarımın atasının, mənim, doğmalarımızın canını sağ etməsidir. Canımız sağ olsun, uşaqlar rahat boya-başa çatsın, xoş günlərini görək. Var-dövlət istəmirəm. Ancaq can sağlığı və rahatlıq istəyirəm. Övladlarım olandan həyatımı onlara uyğun qurmuşam. Xoşbəxtəm. Çünki uşaqlarım çox xoşbəxtdir. Onlara baxıb, bədbin notlara köklənə bilmərəm. O zaman özümə də, övladlarıma haqsızlıq etmiş olaram.

- Çox şeyə susduğunuzu dediniz. Bəs əsəbinizi necə cilovlayırsınız?

- Əvvəllər qışqırardım, ağlayardım. Çox əsəbiləşəndə sakit dururam, əlimi stola yavaşca vurub, fikirləşirəm. O vaxtlar intihar belə edə bilərdim. İndi fikir vermirəm. Oturub düşünürəm. Sirr saxlamağı gözəl bacarıram. Söz var, illərlə saxlayıram, vaxtı gələndə deyirəm. Hər şeyin zamanı var. Elə söz var, hər şeyi qırıb tullayar. Hazırsansa, qır tulla. Hazır deyilsənsə, sus. Elə şey var ki, sən hazırsan, qarşındakı hazır deyil. Sən o sirri desən, o, həyatını itirər. Əsəbi olanda, çıxıb gəzirəm. İndi çox dəyişmişəm. Bu təmkinliyimə görə də hörmət qazanmışam.

- Qadınlar çətinliyə qalib gəlmək üçün nələr etməlidir?

- Qadınların qəlbini çox sındırırlar. Hər zaman kişiləri qınayırıq ki, qadınların qəlbini qırırlar. Əslində isə qadınlar qadınların qəlbini qırır, bir-birilərinin həyatı ilə oynayırlar. O qadınlar eqoistdir. Allah onları cəzalandırıb. Qadın gözəl düşünməli, sevgi dolu olmalıdır. Qadınlara demək istəyirəm ki, həyata sevgi ilə baxsınlar. Bəzən deyirlər ki, qadının həyatında kişi olmasa, sevgisiz qalsa, xoşbəxt ola bilməz. Bu fikirlə razı deyiləm. Qadın övladlarından elə böyük sevgi alar ki, kişi o sevginin 1 qramını da verə bilməz. Daim şükür etsinlər. Öz ayaqlarının üzərində durmağa çalışsınlar.

- Bəzən deyirlər, ana olan, xüsusilə, qız anası ikinci dəfə ailə qurmaz. Bu fikirlərə münasibətiniz necədir? 

- Övladını düşünməlisən. Həyat kişi üzərində qurulmayıb. Qadınlar deyir ki, boşandımsa, həyat bitdi. Elə deyil. Qadın güclü olduğunu göstərməlidir. Gənc qadın ailə qura bilər. Münasibətim normaldır. Amma onu öz həyatımda tətbiq edə bilmərəm. Mən övlad olaraq, ögey atanı qəbul etmərəm. Bəlkə də, səhvəm. Amma fikrim budur.

- İllər öncə dəblə bağlı layihə etmişdiniz. Yenidən televiziyaya qayıtmaq, qadınları maarifləndirmək, zorakılığın qarşısını almaq üçün telelayihə etmək istəmirsiniz? 

- Çox istəyirəm ki, xanımları maarifləndirən layihələr olsun. Qızlarımız erkən yaşda ailə qurur, öz hüquqlarını bilmirlər, dövlətin verdiyi dəyərlərdən xəbərsizdirlər. Maarifləndirici layihələr olmalıdır ki, gənclərin gözü açılsın. Mən veriliş açanda ATV-də Rauf Dadaşov mənə böyük dəstək oldu. Uşaqları yeni dünyaya gətirmişdim. Mənə o veriliş lazım idi, yoxsa başıma hava gələrdi. Səhər açılan kimi stilist Elnur Həsənov bizə gəlirdi, dalaşa-dalaşa hazırlaşırdım. Sonra verilişə gedirdim, oradan çıxırdım, başım qarışırdı. Saat 6-7-ə güclə evə çatırdım. Övladlarıma vaxt ayırmağa başlayırdım. Amma onlar böyüdükcə mənə daha çox ehtiyac duydular. Adi işə gedəndə, oğlum Həsən deyir ki, nə vaxt qayıdacaqsan? İndi veriliş mənə lazım deyil. Qoy, maarifləndirici verilişləri bizim kimisi yox, bu işi daha yaxşı bilənlər həyata keçirsin. Veriliş olmasa da, mən qadınlara dəstəyəm. Vacib deyil ki, maddi dəstək olaq. Kimisə dinləyərək ona mənəvi dəstək olmaq mümkündür.

- Sizi iş qadını ilə yanaşı “Dəb ikonası” olaraq da təqdim edirlər. Amma sizə verilən bu ad çoxunu qıcıqlandırır. Bəziləri deyir ki, Ruhinin dəbdən anlayışı yoxdur, o necə ikona ola bilər?

- O adı mənə jurnalist Türkan Məmmədli vermişdi. Sağ olsun, media nümayəndələri də Türkanın verdiyi adı qəbul edib, məni bu cür təqdim etdilər. Düzdür, özümü dəb ikonası hesab etmirəm. Amma mətbuat qəbul edib, belə təqdim edibsə, demək ki, ağzıgöyçəklərə söz düşməz.

- Dəb sizin üçün nədir?

- Dəbi izləyirəm. Dəb mənə yaraşandır. Son dəbə uyğun geyinirəm. Geyim seçərkən diqqətliyəm. Dəb qəribə geyimləri üzərində daşımaq deyil. İnsan bədənini, özünü tanıyaraq geyinməlidir. Elə paltarlar var ki, mənə yaraşmır. Dəbdir deyə geyinə bilmərəm. Geyimi daşımaq çox vacibdir. İnsan rahat olmalıdır. Modelyerlər yaradıcı insandır, gecə yatıb yuxusunda buynuz görür, səhər ona uyğun nə isə hazırlayır. Sən o buynuzu taxıb gəzməli deyilsən. Ən zövqlü və eyni zamanda da zövqsüz qadınlar Azərbaycandadır. Xanımları zövqlü olmağa çağırıram.

- Geyim seçərkən nələrə diqqət edirsiniz? Brend olması vacibdir?

- Düzdür, mən bahalı, keyfiyyətli geyim alıram, amma bunu nümayiş üçün etmirəm, sosial şəbəkədə paylaşmıram. İnsanlarda qıcıq yaratmaq istəmirəm. Başqa xarici dövlətlərdə yaşasaydım, bahalı libaslarımı nümayiş etdirərdim. Azərbaycanda isə ona ehtiyac yoxdur. İnsanlar var ki, 100 minlik araba sürür, hamıya nümayiş etdirir. Olmaz. İnsan var ki, avtobusa verməyə pul tapmır. Heç kim deyə bilməz ki, Ruhi evlərini göstərdi, maşınlarından danışdı. Kənardan çəkən olanda da, deyirəm, lazım deyil. Varım özüm üçündür. Kiməsə acıq vermək olmaz. Bu yaxınlarda “Dolce Gabbana”nın son təqdim etdiyi köynəyi geyinib şəkil çəkdirmişdim. O fotonu “İnstagram”da paylaşdım, amma haranın olduğunu yazmamışdım. Bir qız yazıb ki, 2900 manatdır bunun qiyməti. Biri də yazıb, bəlkə saxtadır. O biri yazıb ki, Ruhini tanıyıram, brend geyim alır. Başqası qeyd edib ki, qudurub. Yəni insanlar qıcıq olur, buna hazır deyil. Mən adi mağazalardan da geyinirəm. Şərt deyil ki, brend olsun. Son dəbə uyğun olan geyimləri sevirəm. Dəb hər kəsə yaraşan geyimdir.

- Zinət əşyaları mağazanız var. Çox zaman sizi orada görürük. Hər şeylə özünüz maraqlanırsınız?

- Əlbəttə, özüm maraqlanıram. Müştərilər məni mağazada görəndə təəccüblənirlər. Zinət əşyaları hazırlananda başlarının üstə dayanıram, fikrimi bildirirəm. Bəzən bezirlər. Mağazada da olanda müştərilərlə özüm maraqlanıram. İşimlə bağlı sərgilərə də qatılıram. İşləməkdən gözəl şey yoxdur.

- Bir az da övladlarınız Həsənlə Məhəmməddən danışaq. Bu qədər işin arasında onlara zaman ayıra bilirsiniz?

- Əlbəttə ayırıram. Onlar həyatımın anlamıdır. Onlar olmasaydı, bu qədər xoşbəxt ola bilməzdim. Çalışıram, övladlarımla çox zaman keçirim. Yeməyi belə öz əllərimlə hazırlayıram. 

- Onlara qadağalar qoyursunuz?

- Onlar məndən icazəsiz otağıma girə bilməzlər. yatma-durma saatları da bəllidir. Sözümdən çıxmazlar.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

bitmap-img3

Rakurs

Falçının zorladığı qızlardan dəhşətli açıqlamalar - Video

bitmap-img3

Seçmələr

Əliyevlər ailəsi Azərbaycanın yeni Prezidentinin kabinetində - Fotolar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru