rezonans

Xəbər xətti

17 İYUN

22:00 57 yaşlı Ucar sakini bıçaqlanaraq öldürülüb

21:54 DÇ-2018-də sensasiya - Almaniya Meksikaya uduzdu - Fotolar

21:48 Əflatun Amaşov Mariya Zaxarovadan yazdı

21:41 Qatili tapana 50 min verəcək

21:35 16 yaşlı oğlan Araz çayında boğularaq öldü

21:29 Tansu Çillərdən Ərdoğana böyük dəstək - mitinqinə gəldi + Video

21:22 Ələt-Astara yolunda qadın sürücü maşını aşırdı

21:15 “Neftçi” Premyer Liqanın bombardirini transfer edib

21:09 Tərtərdə zəhərlənən pambıqçıların vəziyyəti necədir?

21:02 Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət alıb

20:55 Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar verildi

20:48 “Taliban” atəşkəs rejimini uzatmaq təklifini qəbul etməyib

20:41 Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı

20:33 Bu il Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

20:25 Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki

20:19 Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

20:11 Saxlanılmış AXCP fəalları azadlığa buraxıldı

20:02 Almaniya və Meksika yığmalarının start heyəti açıqlanıb

19:53 Şabranda yanğın olub - 1 nəfər zəhərənib

19:46 “Maşın” yenidən başlayacaq

19:39 Rusiyada azarkeş xəstəxanalıq olub

19:32 Nazirlikdən xəbərdarlıq

19:25 DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

19:18 Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

19:10 Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

19:02 DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

18:55 Milyarder sevgilisindən xəyanətə görə ayrılıb

18:47 Almaniyada hava şarı qəzaya uğradı - 6 nəfər xəsarət aldı

18:40 “Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

18:33 Paşinyanın 40 günü - “stəkanda fırtına” siyasəti bitir

18:26 Mehriban Zeynalova: “Psixoloji zorakılıq bütün ailələrdə müəyyən qədər var”

18:19 Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı

18:12 Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

18:05 Ticarət müharibəsinin əsas döyüşçüsü - Tramp, qalib gələ biləcəkmi?

17:58 40-dan çox miqrantın olduğu qayıq batıb

17:50 Qaçqın problemi Merkelin “başını yedi”

17:43 Şabranda təcili yardım maşını yanıb kül oldu

17:35 Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

17:28 Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib

17:21 Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17:15 Bakıda sakinlərin narazılığına səbəb olan tikinti şirkəti cəzalandırıldı

17:07 Yunanıstan və Makedoniya XİN başçıları saziş imzalayıblar

16:59 Sevgili olduqlarını artıq gizlətmirlər

16:54 Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

16:48 DÇ 2018: Kosta Rika – Serbiya - start heyətlər

16:41 ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

16:34 Yay tətili: iki fərqli taksist və poliqlot Zülfüqar

16:27 Meksikada yol qəzası zamanı 7 adam öldü

16:20 Ərdoğan bəslədi, kürəkəni görüntünü paylaşdı - Video

16:13 İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir?

16:06 Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib

15:59 Qarabağ münaqişəsini başlayanlardan biri öldü

15:51 Məsud Özildən sevgilisinə 1 milyonluq hədiyyə

15:44 Binəli Yıldırım “Eurovision”u tənqid edib

15:37 Qlobal məsələ

15:30 İsrail yenə Qəzzanı bombaladı

15:22 Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

15:14 “Əvvəldən plan qurduq ki, maşını mən qazanacam” - Roza

15:07 Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb

15:00 Azərbaycanlının restoranında dava: Ərəblərlə uruqvaylılar dalaşdılar

14:55 “Qəbələ” ilk legioner transferini həyata keçirdi

14:49 Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları

14:43 Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb - Video

14:36 Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

14:29 Türkiyə Antarktikada elmi baza yaratmaq niyyətindədir

14:22 Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

14:15 Nadir Qafarzadə ilk dəfə nikahdankənar övladından danışdı

14:08 Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərlənib

14:00 Bu gün hava necə olacaq?

13:40 Göyçayda minik avtomobili motosikletçini vurub

13:31 Rusiyanın bayramını korlamalıyıq - Ukraynalı nazir

13:23 Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna göndərmək istəyir

13:18 Xankəndi üzərində Ermənistanın “qırıcı”ları uçmayıb - Rəsmi açıqlama

13:15 DÇ-2018: Kosta-Rika Serbiyaya qarşı

13:08 Hüseynin anası Rozanı məhkəməyə verir

13:01 Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

12:56 Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”

12:50 Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi

12:43 “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına toy sürprizi - Video

12:37 Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb

12:30 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:24 Qadın itkin düşdü, cəsədi ilanın qarnından tapıldı

12:17 Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib

12:10 “Adam kimi boşana bilmədik” dedi, tənqid olundu

12:03 Şamaxıda yük və minik maşınları toqquşub – 2 nəfər ölüb, 3 yaralı var

11:58 PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

11:52 Cibgirlər dünya çempionatına baxmağa gedən azərbaycanlını soydular

11:46 Ceyms Coysun həyatı haqqında hər şey - Faktlar

11:40 Araz çayında batan İmişli sakininin cəsədi tapılıb

11:34 DÇ-2018: Braziliya və Almaniya mübarizəyə başlayır

11:28 Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11:22 Yaponiyada güclü zəlzələ olub

11:16 Moskvadakı qəzada yaralananlardan ikisi azərbaycanlıdır

11:10 İmişli sakini Araz çayında çimərkən boğulub

11:04 İŞİD-çi özünü partlatdı: 26 ölü

10:59 49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu

10:54 Şamaxıda yük avtomobili ilə minik avtomobili toqquşub

10:48 Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

10:42 Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı

10:36 “Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” – Messi

10:30 Paşinyan Sarkisyanın oliqarx-quldurlarına qarşı

10:24 Yevlaxda avtomobil naməlum piyadanı vurub

10:18 Ermənistan silahlı qüvvələri atəşkəsi 83 dəfə pozub

10:12 “Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” - Rəsmi Bakı

10:06 Ermənistanda etiraz aksiyası keçirilir

10:00 Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İYUN

21:53 İstanbulda İŞİD əməliyyatı - 30 nəfər saxlanıldı

21:40 Moskvada sürücü avtomobili piyadaların üzərinə sürüb, 8 nəfər xəsarət alıb

21:24 Sürücülər benzinin qiymətinin artırılmasına qarşı etiraza qalxdı

21:10 Əfqanıstanda qanlı bayram: 26 ölü

20:59 Hindistanda yol qəzası: 6 ölü

20:45 “Mən məmur olmaq və dövlətə kömək etmək istəyirdim, amma məni... ”

20:33 Azərbaycan poloçuları Dünya Kubokunun finalında

20:21 Hüseyn Abbas və İlhamədən üzr istədi

20:10 Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi

19:44 İran prezidentinin maraqlı fotosu yayıldı

19:30 DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı

19:17 Bakıda liftdə qalan 11 nəfər xilas edilib

19:08 Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb

19:00 Gizem Karacaya daha bir bəd xəbər



GÜNDƏM

...

“AST Telman”a şok ittiham: “silah baronu” və Abbas Abbasov...

Tarix 13.11.17, 9:04

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan kökənli milyarder iş adamı qatilmi? Əgər bu ittiham təsdiqlənərsə, Telman İsmayılovu heç bir ölkə müdafiə edə bilməyəcək; beynəlxalq axtarışa verilən iş adamı harada gizlənir?..


Moskvanın Basman Rayon Məhkəməsinin “AST” Şirkətlər Qrupunun qurucusu,  daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılovun (“AST Telman”)  həbsinə dair qərar çıxarması əslində gözlənilən idi. 

Çünki bir müddətdir ki, onun barəsində Rusiya KİV-lərində ciddi ittihamların yer aldığı yazılar dərc olunur. Qərar noyabrın 11-də üzə çıxsa da, məlum olub ki, əslində həbs qərarı bir neçə gün əvvəldən var və hətta iş adamının vəkilləri qərardan apelyasiya şikayəti belə veriblər.

T.İsmayılovun vəkili  Marina Rusakova  təsdiq edib  ki, həbs qərarı oktyabrın 30-da verilib: “Qanunsuz qərar 30 oktyabrda qəbul edilib. Bu qərar haqda artıq Moskva Şəhər Məhkəməsinə şikayət verilib. 15 noyabrda apelyasiya məsələsinə baxılacaq”.

Vəkil deyib ki, T. İsmayılov 2 qətldə təqsirləndirilir.  “Yeni Müsavat”  bildirir ki, qətllərdən  biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, “AST Telman”ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.



Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun  davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə “AST Telman”ın qardaşı Rafiq və  killer Mehman Kərimov  həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.

T.İsmayılova ikinci ittiham  “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, “AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov da  2 nəfərin qətl işi üzrə əsas fiqurantdır.



Vəkili  “AST Telman”ın şərləndiyini desə də, qardaşları “satan” təkcə həbsdə olan killer deyil. Məlumdur ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər  və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.

Daha bir sensasion məqam isə T.İsmayılovun qanunsuz silah satışında əli olması ilə bağlıdır. Vəkili bu barədə desə də, əlavə bilgi verməyib. Bu, çox ciddi ittihamdır və yəqin ki, əlavə təffərrüat tezliklə açıqlanacaq. Əgər bu ittiham təsdiqlənərsə, onu “silah baronu” kimi heç bir ölkə müdafiə edə bilməyəcək. İstisna etmək olmaz ki,  ittiham məhz onu istənilən ölkədə həbs etmək üçün ortaya atıla bilər...

Vəkilin  dediyindən belə anlaşılır ki, T.İsmayılov barəsində  qətimkan tədbiri gizli şəraitdə qəbul olunub. Nə vəkili, nə T.İsmayılov məhkəməyə dəvət edilməyiblər, ittiham haqda xəbərləri belə olmayıb.



İndi ən çox maraq  edilən mövzu  T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi”, deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib: “Onu heç kim, heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, deyə, Marina Rusakova bildirib. Vəkilin sözlərinə görə, T İsmayılov özü sözügedən heç bir cinayətdə özünü təqsirli hesab etmir.

“İsmayılov qətllərlə bağlı qərarlara qadir adam deyil. O, biznesdə sülhə meylli insandır”. Moskvanın keçmiş meri Yuri Lujkov T.İsmayılovun  qətllərdə ittihamına münasibət bildirərkən belə deyib.  Xəbəri “Qovorit Moskva” radiosu yayıb. Lujkovun T.İsmayılovun hazırda nə ilə məşğul olmasından xəbərsiz olduğunu deyib.



T.İsmayilov haqda Lujkovdan mövqe öyrənilməsi əlbəttə ki, təsadüfi deyil. 2010-cu ilin payızında Rusiya hakim elitası daxilində baş verən çəkişmələr Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya” Partiyasını yaradanlardan biri Yuri Lujkovun işdən qovulması ilə nəticələndi. Kreml “qırğıları” Lujkova qarşı kompromat müharibəsinə başladılar və sabiq  merin himayə etdiyi iş adamları da hədəfə gəldi. Burada isə T.İsmayılov  ön sırada oldu. Lujkovun istefasından sonra onun T.İsmayılovla münasibətləri haqda geniş materiallar TV-lərə ötürüldü. Lujkov T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizov” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edildi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizov” bazarı bağlandı, T.İsmasyılovun çöküşü başlandı və indi həbsi gündəmdədir. 

Lujkov “AST Telman”ı müdafiə etsə də, uzun illər “AST” Şirkətlər Qrupunda vitse-prezident olmuş Abbas Abbasov hələ də susur. Yada salaq  ki, 2006-cı ildə Azərbaycanda baş nazirin birinci müavini postundan uzaqlaşdırılandan sonra ona T.İsmayılov sahib çıxdı. Moskvaya gedən Abbas Abbasov üçün şirkətdə vitse-prezident postu boşaldıldı. A.Abbasov köhnə dostu ilə şirkətdə fəaliyyətə başladı. AST Şirkətlər Qrupunda  işləməsindən məmnun olan A.Abbasov  Telman İsmayılovun ən qatı müdafiəçilərindən biri kimi tanınırdı. İndi isə A.Abbasov israrla susur. Əcəba, niyə? Bu sual da T.İsmayılovun sonrakı taleyi qədər aktualdır...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

İsrail yenə Qəzzanı bombaladı

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

“LORA” raketləri Azərbaycanın hərbi bazasında

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru