Xəbər xətti

18 FEVRAL

12:32 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – Siyahı

12:25 Bakının bu yollarında sürət həddi endirildi

12:19 Bu gün axşam Bakıda intensiv yağış yağacaq

12:13 Kürdə suyun səviyyəsi artıb

12:06 İranda sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

11:59 “Günayın Bakıda getmədiyi istirahət mərkəzi yoxdur”

11:53 İranda zəlzələ olub – Dağıntı yoxdur

11:46 “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

11:40 Sumqayıt Dram Teatrının aktyoru vəfat edib

11:29 Tramp FTB-ni günahlandırdı

11:23 Gədəbəydə 20 yaşlı qız dərmandan zəhərlənib

11:18 Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət etdi

11:13 Ermənistan silahlı bölmələri atəşkəsi 122 dəfə pozub

11:06 Putin niyə yoxa çıxıb?

11:00 General Həsən Firuzabadi: “Kərtənkələlər bizə qarşı casusluq edib”

10:55 Salyanda faciəvi qəza: Mikroavtobusla avtokran toqquşdu - Ölənlər var

10:50 Azərbaycanda 2 ayın gəlini evdən qaçdı - Foto

10:44 “Geyimlərimi endirim zamanı alıram”

10:39 Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb

10:33 Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

10:28 “Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev

10:17 Qəzza zolağından İsrailə raket atıldı

10:11 Qazaxıstan XİN qırğız deputatın saxlandığını təsdiqləyib

10:05 Ermənistandan Türkiyəyə yeni barışıq təklifi

10:00 Bu gün bürcünüz nələr vəd edir?

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev

13:25 Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

13:20 Sarkisyan Almaniyaya getdi

13:08 Yanvarda Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

13:03 “Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil”

12:58 Bakıda zəncirvari qəza nəticəsində iki nəfər ölüb

12:53 Ombudsmanla bağlı qanun dəyişdirilir

12:45 Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:40 “Əgər ərəb cihad eləmirsə deməli başı “avtoşluğa” qarışıb...”

12:33 Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

12:26 Kofe intihara meyilliliyə təsir göstərir

12:21 Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

12:16 Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...

12:11 Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər”

12:05 DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

11:58 Qızıl 1 dollara yaxın bahalaşıb

11:53 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

11:46 Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

11:40 Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

11:33 Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

11:26 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

11:21 Lənkəranda motosikletlə yük maşını toqquşub - Xəsarət alan var

11:15 Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

10:59 “Məni milyonçu hesab edirlər” - Vasif

10:53 Tramp: “Rusiya ilə heç bir sövdələşmə olmayıb”

10:47 “Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

10:41 Rusiya bayrağı bütün dünyada qadağan olunsun - Poroşenko

10:36 Neft bahalaşıb

10:30 Dünən polis tərəfindən 36 nəfər saxlanılıb

10:25 Tramp İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək

10:20 Bakıda qısqanc ər arvadını bıçaqlayıb

10:14 Sosial müavinət və təqaüdlərin təyin olunmasında dəyişiklik edildi

10:10 Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

10:05 Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü

10:05 Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

10:00 Atəşkəs 125 dəfə pozulub

0:44 Azərbaycanda ən aşağı maaş harada verilir? –Rəqəmlər

0:33 “Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki...”

0:22 Qaradağlı qətliamından 26 il ötür

0:01 Bugün bürcünüz nələr vəd edir?

16 FEVRAL

23:55 Seda sevənlərini qorxutdu - foto

23:40 “Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb”

23:33 ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb

23:12 “Azərbaycanda uşaqlar arasında şəkərli diabetə tez-tez rast gəlinir”

22:55 “BTR-82A“ zirehli transportyorları Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib

22:50 Yaponiyada vətəndaşlar 70 yaşda da pensiyaya çıxa biləcək

22:33 ABŞ-da kollecdə silahlı insident baş verib



CƏMİYYƏT

...

“935 köçkün ailəsi yeni mənzillərə köçürülüb” - Əli Həsənov

Tarix 10.02.18, 21:04

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan tədbir keçirilib


Tədbirdə Prezident Administrasiyasının və Nazirlər Kabinetinin məsul əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin başçıları, inşaatçılar, fəal məcburi köçkünlər və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov xatırladıb ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı tərəfində 14 il ərzində ölkəmizdə görülən işlər təqdim olunub. Həmçinin 2018-ci ildə qarşıda duran vəzifələrə dair geniş müzakirələr aparılıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ötən il ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünyada baş verən iqtisadi-maliyyə böhranına, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, 2017-ci il ölkəmizdə sabitlik və inkişaf ili oldu. İqtisadiyyatımız son 14 il ərzində 3,2 dəfə artıb. Bu, Prezident İlham Əliyevin iqtisadiyyatımıza yenilik gətirməsi hesabına baş verib. Bu müddətdə Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf edib. O cümlədən sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım olub. Qeyri-neft ixracımız 4,1 dəfə artıb.

“Kənd təsərrüfatı haqqında danışarkən bir məqama xüsusi diqqət yetirmək lazımdır. Fikir verin, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məhz belə bir vaxtda dövlətimizin başçısı Ulu Öndərin təcrübəsindən yararlandı. 1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi, lakin onun gəlirləri ittifaq büdcəsinə gedirdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edirdi. Pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin hesabına o vaxt inkişafa nail olundu. Prezident İlham Əliyev də həmin təcrübədən yararlanmağa qərar verdi. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verir. Dövlətimizin başçısı tərəfindən verilən bu tapşırıqlar nəticəsində nəinki yüksək göstəricilər əldə olunub, artıq insanlar torpağa qayıdıb. Bütün boş torpaqlar əkilib-becərilir”, - deyə Baş nazirin müavini vurğulayıb.

Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən Baş nazirin müavini bildirib ki, məhz bunun sayəsində bu gün sahibkarlar Azərbaycan iqtisadiyyatının inkişafına töhfələrini verirlər. Ölkəmizdə sosial sahəyə çox böyük diqqət göstərilib, bu istiqamətdə bir çox önəmli layihələr icra edilib.

Azərbaycanda neft-qaz sahəsində əldə edilən uğurlardan danışan Baş nazirin müavini bildirib ki, bu nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə hazırlanan neft strategiyası dayanır. Əgər Ulu Öndər tərəfindən uzaqgörənliklə hazırlanan neft strategiyası olmasaydı, “Əsrin müqaviləsi” imzalanmasaydı, bəlkə də bu gün qazanılan nailiyyətlərə tam çatmaq mümkün olmazdı. Prezident İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan neft-qaz strategiyasını daha da inkişaf etdirdi. Bu gün Azərbaycan idxal ölkəsindən, ixrac ölkəsinə çevrilib.

Komitə sədri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin əhəmiyyətində də danışaraq bildirib ki, bu yol Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Azərbaycanı böyük tranzit ölkəyə çevirdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində bəlkə də son illərdə ən önəmli layihədir.

Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş və uzaqgörən siyasət sayəsində bu gün Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. Ötən il Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Davos Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülüb, bu yaxınlarda isə Forumun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında Azərbaycan üçüncü yerə layiq görülüb. “Bax, budur Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticələri”,-deyə komitə sədri vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyondan çox qaçqın və məcburi köçkün problemidir. Əminəm ki, dövlətimizin başçısı bu problemin də həlli yolunu tapacaq. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası həm də dünyaya mesaj oldu. Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, bütün torpaqlarımız işğaldan azad ediləcək, hər qarış torpağımız abadlaşdırılacaq. Əgər Böyük qayıdış Cocuq Mərcanlıdan başladısa, onun davamı artıq Ağdərədə gedir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərdiyini deyən komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi və çox ciddi tapşırıqlar verdi. Bundan sonra “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi” çərçivəsində daha ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yeni binaların tikintisinə start verildi. Onların müxtəlif ərazilərdə yeni mənzillərlə təmini və bu işlərin uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir əyani sübutudur. Təkcə onu qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.

Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin salındığını, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən Ə.Həsənov bildirib ki, digər qəzalı binalarda yaşayan köçkünlərin problemləri də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacaq. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının da, ölkənin Birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir.

Yeni Azərbaycan Partıyasının fevralın 8-də keçirilən VI qurultayından bəhs edən Əli Həsənov deyib ki, qurultayda partiya aprelin 11-də keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini irəli sürüb. Əlbəttə ki, bu, ölkəmizin ictimai siyasi həyatında baş verən əlamətdar hadisədir. “Dövlətimizin başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev bütün tədbirlərdəki nitqlərində qaçqın və məcburi köçkün məsələsinə toxunur, tez-tez onlarla görüşür. YAP-ın VI qurultayında da ilk çıxışın məhz məcburi köçkünlər adından Oqtay Həziyevə verilməsi məcburi köçkünlərə göstərilən diqqətin təzahürüdür”,- deyə komitə sədri qeyd edib.

Sonra iclasda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev, Kəlbəcər rayonundan məcburi köçkün, “Murovdağ” fermer təsərrüfatının rəhbəri Nəsimi Mehtiyev, Şuşa rayonundan məcburi köçkün, “Kirs” firmasının direktoru Kərim Məmmədov çıxış ediblər. Çıxışlarda son 14 il ərzində ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən ətraflı bəhs olunub.

Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov bildirib ki, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası nəticəsində ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi kənd təsərrüfatı sahəsində də xüsusi canlanma müşahidə olunur. Prezident İlham Əliyev kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə müşavirlər keçirir, tapşırıq və tövsiyələrini verir. Ağaəli Əhmədov deyib: “Qeyd edim ki, məcburi köçkünlər də dövlətimizin başçısının bu çağırışına qoşuldular və məskunlaşdıqları ərazilərdə müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına başladılar”.

Tədbirdə komitə sədri Əli Həsənov yeni qəsəbələrin tikintisində iştirak edəcək inşaatçılara işlərin yüksək sürətlə və keyfiyyətlə aparılmasına dair tövsiyələrini verib.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

Lənkəranskiyə yaxın avtoritetlər Şamaxıda – Amansız cəza, atışma…

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru