rezonans

Xəbər xətti

21 İYUN

0:59 “Xiaomi” yeni velosiped icad etdi

0:47 “Real”dan yayın ilk transferi

0:34 Bu robot artıq debatlarda da insanları məğlub etməyi bacarır - Video

0:21 “Arsenal”da ayrılıq

0:13 Mustafa Cecelidən ikinci uşaq açıqlaması

0:02 Bu gün bürcünüz nələr vəd edir?

20 İYUN

23:59 Türkiyə Ordusu Münbiçdə antiterror əməliyyatını davam etdirir

23:54 Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir

23:48 Paşinyan növbədənkənar seçki düyməsini basdı

23:42 Xalq artisti filarmoniya rəhbərliyindən qovulub, ya özü istefa verib?

23:36 Bakı-Quba yolunda avtomobil qəzası baş verib

23:30 Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər

23:24 Arvadını namaz qıldığı yerdə 21 dəfə bıçaqladı - Video

23:18 Bayramdan sonra ölkədə qızıl-gümüş ucuzlaşdı

23:12 Xarici diplomlar hansı hallarda tanınır? - Video

23:10 Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24 nəfərə çatıb - Yenilənib - Siyahı

23:06 Rozanın geri qaytardığı maşının aqibəti necə oldu?

23:00 Qayınana, qayınata və həyat yoldaşını öldürdü - Uşağını götürüb qaçdı

22:55 Binali Yıldırım: “Əhd etmişik, onları yaşamağa qoymayacağıq”

22:49 Şirvanda 41 yaşlı qadın intihar edib

22:43 Su anbarında batan şəxs xilas edildi

22:37 Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilir

22:31 Anar məhkəmədə keçmiş arvadına uduzdu

22:25 37 yaşlı kişi döyüldü - Lənkəranda

22:19 Gürcüstanın yeni baş naziri Mamuka Baxtadzenin hökuməti təsdiq olunub

22:13 Naxçıvanda şərab zavodu da ermənilərdən geri alınıb - Video

22:07 Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üçün hər şey edəcək

22:01 “Qəbələ”nin baş məşqçisi: “Proqres”lə matçadək vaxtımız azdır”

21:56 Üç uşaq anası bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

21:50 Qazaxıstan Azərbaycana nasos tədarük edəcək

21:44 İndoneziyada bərənin batması nəticəsində itkin düşənlərin sayı 192 nəfərə çatıb

21:38 DÇ-2018: Rusiya və Uruqvay 1/8 finalda!

21:32 Moskvada bomba həyəcanı - 700 nəfər təxliyyə edildi

21:26 Rusiyanın bir nömrəli qanqsteri qolu bağlı gətirildi

21:20 Rusiya ordusunun imkanları NATO-ya üzv ölkələrlə təmas xəttində artırılır

21:14 Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək

21:08 Necati Şaşmaz tanınmaz halda – Foto

21:02 Ukrayna ordusu Donbasda hücuma keçdi

20:57 Ukraynada azərbaycanlı soyğunçu dəstə ifşa olundu

20:51 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb

20:45 Avropa Şurasının Ukraynadakı ofisinin rəhbərinin 3 400 dollarını oğurladılar

20:39 “Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb” - DİN

20:33 Qaradağda qəza - Bakıya giriş bağlandı

20:27 Çavuşoğlu: İran və İraq PKK-ya qarşı hərbi əməliyyatlarda iştirak etmirlər

20:21 Hansı ölkədə nə qədər evdə çalışan işçi var? - Statistika

20:15 Makedoniya parlamenti ad dəyişikliyini təsdiq etdi

20:09 Vaqif Əsədovdan jurnalist binalarının sakinlərinə xəbərdarlıq

20:03 Ronaldo vahid lider oldu – bombardirlərin yarışı

19:58 DİN ətrafı zibilləyən 206 fiziki və hüquqi şəxsi cərimələyib

19:53 Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi

19:47 Türkiyənin 100-dək hərbçisi Azərbaycana gəlib - Video

19:41 8 yaşlı qızın ölümündə təqsirləndirilən həkimlərə qarşı əlavə ittiham irəli sürüldü

19:35 ABŞ-ın kosmik, müdafiə kompleksləri hücuma məruz qalıb

19:29 Putin Rusiya millisinin oyununa baxmadı

19:23 Erməni futbolçu Azərbaycanda oynaya bilər

19:17 Bu il yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlanıb

19:11 İkimərtəbəli ev tamamilə yandı

19:05 Pambıq tarlasındakı kütləvi zəhərlənmədə müəmmalı məqam

18:54 SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir

18:48 Yuliya Timoşenko yenidən Ukrayna prezidentliyinə namizəd olacaq

18:42 Prezident yol tikintisinə 5,4 milyon manat ayırdı

18:36 Yəməndə hava limanı uğrunda döyüşlər - 250 nəfər ölüb

18:30 Azərbaycanda bu şəxslərin pensiyaları yenidən hesablanacaq

18:24 Müdafiə naziri Qaraheybət poliqonunda hər şeyi danışdı

18:18 Gürcüstanın yeni baş naziri seçilib

18:12 “Başqa işə keçəcəyəm…” - Pambıqçıların zəhərlənməsində ittiham olunan rəis

18:06 “Ədalətsizliyi aradan qaldırmaq istəyiriksə…” – Əli Əhmədov

18:00 11 yaşında əmisi tərəfindən zorlanan evli qadın

17:55 Klublarımızın Avropa Liqasında rəqibləri müəyyənləşdi

17:49 Azərbaycanın müdafiə xərcləri artırıldı

17:44 Azərbaycana avtomobil idxalı 3 dəfə artıb

17:39 Tarixin ən məşhur və cazibədar qanuni oğrusu

17:34 Ərdoğan: “Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib”

17:29 Sabah Azərbaycana yay gəlir

17:28 Monson: ABŞ-a inqilab lazımdır

17:23 Belarusda yüksək vəzifəli məmurlar rüşvət alarkən yaxalandı

17:18 Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı -Ağsuda

17:13 Suriyada Rusiya-Çin rəqabəti varmı?

17:06 DİN: Lerikdə yeniyetmnin təcavüzə məruz qalması barədə polisə müraciət daxil olmayıb

17:01 “Nar” qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

16:56 Abdin Fərzəliyevin rayon sakinləri ilə səyyar qəbulu keçirilib - Nərimanovda

16:51 “İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək”

16:46 Klublarımızın Avropa Liqasındakı ilk rəqibləri müəyyənləşdi

16:40 Bu il Azərbaycan elektrik enerjisinin ixracını 2,9 dəfə artırıb

16:35 “Anam qırxdı saçlarımı” - Zümrüd

16:30 Elmar Məmmədyarov Belarusa yola düşür

16:23 “Qarabağ”ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar

16:16 Poroşenkonun gizli “Facebook” profili tapıldı

16:11 Zaxarova Rusiyanın Qarabağ münaqişəsinin həlli üzrə mövqeyini açıqladı

16:05 Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

16:00 Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 36% artıb

15:55 Bakıda dəhşətli hadisə: Gənc ailə məhv oldu

15:50 ABŞ-ın demokratik tənəzzülü: Tramp adminstrasiyası insan haqqlarına qarşı

15:45 Hərbi Prokurorluğunun mətbuat xidmətinə yeni rəhbər təyin olunub

15:40 Ekzüperinin sevgi məktubu hərraca çıxarıldı

15:35 İzləyiciləri Handeni ələ saldı

15:34 Dalya Qribauskayte: Litva bütün hücumlara hazır olmalıdır

15:30 Türk ordusuna raketlə hücum – 2 şəhid, 1 yaralı var

15:23 Yasamalda güclü yanğın - Video

15:18 Minskdə Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək

15:14 Tereza Meyin başını qoparmaq planlaşdırılıbmış

15:09 Hərbi paradda Azərbaycan yeni silah növlərini nümayiş etdirəcək

15:04 Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

14:59 Hindistanda İrandan ölkəyə qaz kəmərinin çəkilməsini real saymırlar

14:54 “Böhranın olmaması üçün ehtiyatların kəskin azalması nəzərə alınmalıdır”

14:49 “Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı

14:44 Rus futbolçu dünya çempionatında rekord müəyyənləşdirdi

14:40 Azərbaycanda 75 əcnəbi qaçqın statusu alıb

14:35 Müğənninin bu halı görənləri heyrətləndirdi

14:30 Nazir xidmət rəisini istefaya göndərdi

14:00 XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

13:56 Avropa Şurası Ermənistan XİN-in bəyanatını cəfəngiyyat adlandırdı

13:52 Lerikdə gənc oğlan çayda boğuldu

13:48 Magistratura imtahanlarında 7279 nəfər iştirak edəcək

13:44 “Real”dan yayın ilk transferi

13:40 Aİ komissarı Ermənistan XİN başçısı ilə görüşüb

13:36 İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb

13:32 “Taliban” Əfqanıstan Təhlükəsizlik Qüvvələrinə hücum etdi – 30 nəfər öldürüldü

13:28 Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”

13:24 “Ərdoğan prezident seçkilərində hökmən qalib gələcək”



SİYASƏT

...

“5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil”

Tarix 11.11.17, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Tofiq Zülfüqarov: “Rusiya üçün fərq eləmir, 5, ya 7 rayon qayıdacaq”


“İstisna etmirəm ki, Moskva görüşündə Dağlıq Qarabağ məsələsi gündəmdə olacaq. Amma müzakirə mövzusu ilə bağlı detallı nə isə demək mümkün deyil”. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Rusiya paytaxtında keçiriləcək görüş barədə “Yeni Müsavat”a danışarkən belə dedi.

Qeyd edək ki, prezidentlərin görüşü noyabrın 13-də baş tutacaq. Türkiyə prezidenti Azərbaycana səfərini başa vurub geri dönərkən ölkəsinin jurnalistlərinə açıqlamasında Putinlə görüşəcəyini və bu görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini söyləmişdi. Onun “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətlidir. Əgər Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək” - sözləri nəhayət ki, Qarabağla bağlı irəliyə doğru addımların atılacağına ümidlər yaradıb.

Xüsusilə də bölgənin iki böyük dövlətin münasibətlərinin normallaşdığı dövrdə Qarabağla bağlı müzakirələrin aparılmasının Azərbaycanın faydasına ola biləcəyi ehtimalı var. Hətta Rusiyanın Azərbaycanın 5 rayonunu azad etmək üçün Ermənistana təzyiq göstərə biləcəyi ehtimalı da səslənir. Bəzi ekspertlər istənilən halda Ərdoğanın Moskvaya əliboş getməyəcəyini, Qarabağla bağlı hansısa vacib detalların müzakirə olunacağını deyir.

T.Zülfüqarov isə hesab edir ki, İrəvan indiki halda cəsarətsizlik nümayiş etdirir: “Hər halda Sərksiyan kompromisdən danışsa da, ehtiyatlanır. O istəyir biz tərəfdən buna qarşı fikirlər səslənsin. Nəyə görə? Çünki o, başa düşür ki, kompromis yolu ilə irəli getsə, gələn ilin aprel ayında parlamentdə baş nazir seçiləndə çoxluq qazanmayacaq və Rusiyanın ayrı bir fiquru ortaya çıxacaq - indiki baş nazir. O da başa düşür ki, oyun bununla nəticələnə bilər. İndi ermənilərin əsas məqsədi bundan ibarətdir: guya ki, onlar kompromisə gedir, amma Azərbaycan buna "yox" deyir. Ona görə də mən hesab edirəm biz indiki mərhələdə deməliyik ki, yox, bu, alınan şey deyil. Yəni oyun bir az mürəkkəb oyundur. “Yox” desən də bir şey alınır, “hə” desən də, təbii ki, heç nə alınmayacaq. Biz 5 dəfə də “hə” desək, ermənilər bir qarış torpağı da azad edən deyil. Ona görə bizim “yox” deməyimiz formal bir şeydir".

Sabiq nazirin sözlərinə görə, məntiq onu deyir ki, indi gündənmdə “Lavrov planı” var: “Aprel ayıda tərəflərə təklif olunub, ancaq tərəflər indiyə qədər ona konkret fikir bildirməyib. Bu baxımdan Türkiyənin təşəbbüsü "Lavrov planı" ətrafında ola bilər. Ancaq görək “Lavrov planı”na görə  5, ya 7 rayon ermənilər tərəfindən azad olunacaqsa, bu, Azərbaycana nə verəcək? Prosesin davamı üçün hansı qarantiyalar mövcuddur?

Çünki 2-3 rayon qaytarmaqla gərək proses dayanmasın, irəli getsin. Ancaq əgər bu, baş versə, ermənilər artıq o səviyyədə siyasi, hərbi təminatları alacaqlar ki, onların prosesin davamına heç bir marağı olmayacaq. Ona görə də bu təklif çox diqqətlə analiz olunmalıdır. Misal üçün sülhməramlıların tərkibi və ya əməliyyatların hansı mexanizmlər çərçivəsində həyata keçiriləcəyi dəqiqləşməlidir. İkinci məsələ ondan ibarətdir ki, sülh prosesində tutaq ki, 5 rayon ilk mərhələdə azad olundu. Bu halda ermənilər hansı siyasi təminat alacaqlar ki, sonra onlar bu prosesdən imtina etməsinlər? Birmənalı elan etsələr ki, biz Ermənistana birləşirik, o halda sülhməramlı qüvvələr harda olacaq?"

T.Zülfüqarov bildirdi ki. Lap münaqişə zonasında BMT bayrağı altında sülhməramlıların yerləşdirilməsi də Azərbaycana yaxşı nə isə vəd etmir: “Deməli, Azərbaycan məsələnin həllində özünün suveren hüququnu kiməsə verəcək. Azərbaycan vaxtilə vasitəçiliyi qəbul edib. Amma bu vasitəçilikdən imtina hüququmuz da var. Həmçinin BMT qətnaməsinə uyğun olaraq işğalçıya hərbi zərbə vurmaq hüququmuzu özümüzdə saxlayırıq. Amma bu proses başlayandan sonra biz bu hüquqdan məhrum oluruq. Yəni təhlükələr bundan ibarətdir”.

Sabiq nazir bir neçə rayonun müharibəsiz azad olunmasının faydası haqda səslənən fikirlərə də münasibət bildirdi: “Təbii ki, hansısa rayonun azad olunması bizimçün vacib məsələdir. Amma eyni zamanda Rusiya və Ermənistan üçün ən vacibi ondan ibarətdir ki, Azərbaycan hərbi əməliyyatların başlamasını istəmir. Yəni onlar üçün bu regionda real təhlükə bundan ibarətdir. İndiki beynəlxalq vəziyyətdə müharibənin alovlanması Rusiyanın xeyrinə deyil. Kreml istəmir ki, bölgədə yeni müharibə başlasın və Rusiya orada iştirak etsin. Ermənistana gəldikdə, təbii ki, o, öz təhlükəsizliyni yalnız Rusiyanın iştirakı ilə təmin edə bilər. Bu baxımdan Rusiya və Ermənistanın maraqları heç də üst-üstə düşmür. Çünki Ermənistan siyasi elitasının marağı ondan ibarətdir ki, heç nə dəyişməsin və işğal olunmuş torpaqlar Ermənistansa birləşdirilsin. Amma bunu təmin etmək üçün onların imkanları yetərincə deyil və Azərbaycanla müqayisədə imkanlar gün-gündən azalır. Bu mənada hərbi və siyasi təminatçı Rusiyadır. Rusiya status-kvonun qalmasında maraqlı deyil. Çünki başa düşür ki, gec və ya tez hərbi əməliyyatlar bərpa olunacaq. Azərbaycanın qarşısını almaq üçün Rusiya daha böyük qüvvələrdən istifadə etməlidir və bu halda müttəfiqlik əlaqələrindən məhrum olacaq”.

Eks-nazir deyir ki, Rusiya belə bir sonluğunu olmasını istəmir: “Ona görə Rusiyanın maraqları ondan ibarətdir ki, hansısa mərhələdə daha sabit vəziyyət yaransın. Ancaq bunun üçün Ermənistan və Azərbaycan bir-birinə nə güzəşt etməyə hazırdır, məsələ budur. Əgər Ermənistandakı siyasi faktoru nəzərə almasaq, bölgədəki əsas oyunçular vəziyyətin daha sabit formasını qalmasında maraqlıdırlar. Burada daha çox Rusiya maraqlıdır. Eyni zamanda Azərbaycan da maraqlıdır ki, işğal olunmuş torpaqların bir hissəsi azad olunsun və proses sıfır vəziyyətindən irəli getsin. Amma 5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil. Türkiyə təbii ki, Azərbaycanın yanındadır. Eyni zamanda Türkiyə başa düşür ki, Rusiya onunla əməkdaşlıq əlaqələrində maraqlıdır. Bu baxımdan Ermənistandan başqa hamı maraqlıdır ki, irəliyə doğru addım atılsın. Rusiya üçün fərq eləmir, 5, ya 7 rayon qayıdacaq. Bunun əleyhinə çıxan Ermənistanın elitasıdır. Rusiya maraqlıdır ki, bölgədə daha sabit sxem yaransın ki, müharibə təhlükəsi uzaqlaşsın. Ruslar başa düşür ki, gec, ya tez Azərbaycan xarici dairələrdən ciddi dəstək alandan sonra torpaqlarını azad etmək üçün hücuma keçə və nəticədə Rusiyanın orbitindən tam şəkildə çıxa bilər”.

T.Zülfüqarov Qarabağ məsələsinin Ankara-Moskva danışıqlarının predmetinə çevrilməsini ciddi məsələ sayır: “Çox yaxşı ki, Türkiyə-Rusiya əməkdaşlığın, gələcək strateji portnyorluğun şərtlərindən biri Dağlıq Qarabağ mövzusudur. Bu mərhələdə müzakirələr hansısa nəticə verəcək, ya verməyəcək demək çətindir. Amma həmişə Türkiyənin səsləndirdiyi şərtlərdən biri Dağlıq Qarabağ olacaq. Azərbaycan-Türkiyə əlaqələrində bu, böyük siyasi addımdır.  Ermənilər buna görə narahatdır”. (musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Azərbaycanda bank sədrinin müavini əmanətçilərin 100 milyonunu oğurlayıb ölkədən qaçdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru