Xəbər xətti

25 APREL

0:44 Sarkisyanın istefasına Rusiyadan nə reaksiya var? –BBC-nin şərhi

0:33 Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

0:22 “Türkiyə qarşıdakı 10 il boyunca Ərdoğanın hakimiyyəti altında qalacaq”

0:01 Bugün bürcünüz nələr vəd edir?

24 APREL

23:55 "1915-ci ildə zərər çəkmələrindən kədərlənirik"

23:40 "Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü..."

23:33 Bitkoin 9 min dollar həddini keçdi

23:10 Naxçıvan mədəniyyət naziri təyin edilib

23:05 İran şahının mumiyası tapılıb

22:55 Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər

22:20 Azərbaycanlı turistlər Türkiyəni Gürcüstana və İrana dəyişiblər

22:05 Naxçıvan Turizm Departamentinin direktoru təyin edilib

21:55 “Şimali Koreya lideri olduqca səmimi və qürurlu insandır“

21:40 “Nə qədər varam, ölkədə meydan hərəkatına heç bir əsas olmayacaq” –Lukaşenko

21:20 Azərbaycanın əməkdar artisti vəfat etdi

21:12 Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb

20:40 Goranboyda ilanlar evlərə hücum edib

20:33 Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi

20:13 İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib –Açıqlama

20:05 Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir

19:50 Fransanın futbol əfsanəsi Anri Mişel öldü

19:40 Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək

19:35 General oğlunun cinayət işini aparmış müstəntiq məhkəməyə gəlməyib

19:20 AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

19:17 Rusiya azərbaycanlını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

19:12 Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

19:05 “Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik“

18:50 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:34 Sürücülərin nəzərinə: Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:30 Jirinovskidən əcaib təklif:"Moskvadan Yerevana metro xətti çəkilsin..."

18:25 Naxçıvanda gömrükçülər 108 kq heroin aşkar edib

18:17 Karapetyanla görüşdə o, baş nazir olmaq məsələsini qaldıracaq

18:12 Kadırov: “Qərb bilir ki, Rusiyaya hücum etsə...“

18:05 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 İsrail və İran savaş astanasında

17:58 Əbülfəz Elçibəyin 80 illik yübileyinə hazırlıq işləri aparılır

17:55 “Qadınlar hər zaman mənə paxıllıq ediblər” - Aygün

17:49 Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər

17:45 FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

17:40 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 Əfqan Muxtarlının şikayəti təmin edilmədi

17:30 Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

17:25 Saatlı sakini bıçaqlanıb

17:20 Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

17:18 İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

17:15 “Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…”

17:09 Ərlərini və sevgililərini döyən məşhur qadınlar

17:05 Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

17:03 “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

16:58 Lukaşenko İrəvana səsləndi: Tələsməyin!

16:53 “BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

16:48 Prezident: “Türkiyədəki seçkilərlə bağlı çox müəmmalı ssenari ortaya atılıb”

16:43 “Qarabağ” bu göstəricidə dünya ikincisidi...

16:37 Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? - Video

16:26 Nazim İbrahimov: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır...”

16:21 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:15 Serj Sarkisyanın anası öldü

16:10 AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

16:05 Ərdoğan ermənilərə başsağlığı verib

16:00 Flora Kərimova Röya haqda sərt sözlər dedi

15:55 Məhkəmədə vəkil cinayət işinin materiallarını yedi

15:51 Bakı Metropoliteninin vəzifəli şəxsi vətəndaşları təhqir etdi

15:47 “iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

15:42 Həsən Turabov niyə ölmək istəyirdi?

15:37 “Yaxşı oxumasaydım, hamıyla dost olardım” - Elton

15:33 “Formula 1” yarışı üçün yüklər Bakıya gətirilib

15:29 Ərdoğan: “Suriyanın şimalında lazım olanı edəcəyik”

15:24 Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15:20 “Azercell“in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

15:16 Ramiz Mehdiyev: “Nazim İbrahimov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi”

15:12 Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

15:07 “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

15:03 Qadının başına it düşdü, beyni silkələndi - Video

14:59 “Vicdanım rahat durmurdu” - Natavan

14:54 Cəlilabadda kütləvi dava olub

14:50 O falçının anama dedikləri düz çıxdı

14:44 Keçmiş komitə sədri kollektivlə vidalaşdı

14:39 ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

14:35 Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

14:35 Kim keçmiş sevgilisini söymək istəsə...

14:31 Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

14:27 Cavanşir Yusifli: “Anara hələ bu xoşbəxtlik üz verməyib”

14:23 Emmanuel Makron İlham Əliyevi təbrik edib

14:18 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı

14:14 İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

13:53 Türkiyə hərbçilərinin uniforması dəyişir

13:48 Saatlıda 4 yaşlı qız gölməçəyə düşərək boğulub

13:44 Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

13:39 Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

13:34 Əflatun Amaşovdan Ombudsmanın hesabatına etiraz

13:30 Sabah hava necə olacaq?

13:26 Elmira Süleymanova hesabat verdi

13:22 Ermənistanda icra başçısını güllələdilər

13:20 Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?

13:18 Rusiya iqtisadiyyatı harbi vəziyyət rejiminə keçir

13:14 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:10 Həsən Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı

13:05 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:00 Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib

12:06 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:58 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:54 Milli Məclisin komitəsində dəyişiklik – Yeni sədr seçiləcək

11:49 İki vəkilin fəaliyyətinə 1 illik qadağa

11:45 Amansız Qarabağ döyüşçüsü jurnalistə təslim oldu

11:41 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:37 Gürcüstanda azərbaycanlı ailənin evinə maskalı basqın olub

11:33 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

11:28 “Roma” İngiltərəyə 22 futbolçu ilə getdi

11:24 Öz qazdığı quyuya düşən

11:19 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

11:15 Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...

11:11 İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi

11:07 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:03 Yol təmiri zamanı 145 sovet əsgərinin skeleti tapıldı

10:59 Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

10:55 Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

10:51 Vahid Əhmədov ürəyindən əməliyyat olundu

10:47 “O böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində…”

10:43 BMT Baş katibindən Qarabağla bağlı bəyanat

10:38 Paşinyan: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”



İQTİSADİYYAT

...

“2018-də qeyri-neft sektorunda sürətli inkişaf davam edəcək”

Tarix 13.01.18, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadçı-ekspertlər dövlət başçısının cari illə bağlı açıqladığı planları şərh etdilər; bu illə bağlı pozitiv proqnozlar verilir


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edib və önəmli mesajlar səsləndirib. 

Ötən ilin iqtisadi yekunlarını müsbət dəyərləndirən dövlət başçısı bir çox anonslar da verib. İlham Əliyev bildirib ki, bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq - Mingəçevir, İmişli və Şəki şəhərində.

Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Dövlət başçısı bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılması ilə bağlı göstəriş verdiyini də qeyd edib: “Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 ”ASAN xidmət" mərkəzimiz olacaq".

Bundan başqa, prezident bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsinin də əksini tapdığını deyib: “Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq. Bu həm turizm, həm də yükdaşımalar üçün böyük əhəmiyyəti olacaq. Turizmin inkişafı üçün daha bir layihə dövlət investisiya proqramına salınıb. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək. Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var”.



Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov isə “Yeni Müsavat”a açıqlamasında Prezidenti İlham Əliyevin ölkənin iqtisadi inkişafı ilə bağlı çıxışını dəyərləndirib. Qeyd edib  ki, prezident sonuncu iclasdakı çıxışında yola salınmış ildə ölkə iqtisadiyyatında bütövlükdə pozitiv nəticələrin, qeyri-neft sektorunun ayrı-ayrı sahələrində isə daha müsbət göstəricilərin əldə edildiyini bildirdi: “İqtisadi tənəzzüllə müşayiət olunan 2016-cı ildəki geriləmələrin son bir ildə aradan qaldırılması ilk növbədə real sektorun inkişafına dair hökumətin qəbul etdiyi qərarların icrası nəticəsində mümkün ola bildi. 2017-ci ildə ölkə iqtisadiyyatı bütövlükdə pozitiv nəticələrlə yekunlaşmaqla yanaşı qeyri-neft sektorunda 2,5 faiz, o cümlədən, qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artım əldə olundu, ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz arta bildi, ticarət balansının müsbət saldosu 6,2 milyard dollara çatdı, valyuta ehtiyatları isə əlavə olaraq 4,5 milyard dollar artdı. Ümumi iqtisadi durumun yaxşılaşmasında neft amilinin də rolunu qeyd etmək lazımdır. Yola saldığımız ildə neftin qiymətləri yüksələrək əsasən sabit qalıb. Bundan başqa, Azərbaycan iqtisadi gerilikləri aradan qaldıraraq ölkə iqtisadiyyatının rəqabətqabiliyyətlilik göstəricisi üzrə iki pillə irəliləyib, əldə etdiyi uğurları beynəlxalq səviyyədə təsdiq etdi”.

Sabiq nazir vurğuladı ki, 2017-ci ilin ən mühüm iqtisadi hadisəsi “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması və Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirmiş Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu: “Bu iki layihənin reallaşdırılmasından daxil olan vəsaitlər ölkə iqtisadiyyatının bundan sonrakı dönəmlərdə daha sürətlə inkişaf etdirilməsinə yaxşı zəmin yaradacaq. Yola saldığımız 2017-ci ildə ölkə iqtisadiyyatının və onun maliyyə durumunun sabitləşməsi hökumətə Cənub Qaz Dəhlizi layihəsini uğurla icra edilməyə, Şimal - Cənub Nəqliyyat Dəhlizi üzrə işlərin tam başa çatdırılmağa, Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verilməyə, ölkə daxilində 1300 kilometrə qədər avtomobil yolları salınmağa, 133 yeni məktəb tikməyə, 14 məktəbi əsaslı təmir etməyə, 500-ə yaxın məktəbdə isə cari təmir işlərinin başa çatdırılmağa, 30 tibb müəssisəsinin tikib əsaslı təmir edilməyə, 2300 məcburi köçkün ailəsinə yeni mənzillər tikilib vermək üçün imkan yaratdı”.

F.Yusifovun sözlərinə görə, 2018-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində işlər davam etdiriləcək: “Cari ildə Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması, Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı, Sumqayıt Kimya Sənaye Parkında üç müəssisənin istifadəyə verilməsi, on yeni xalça fabrikinin açılışı, iki min kilometrə qədər avtomobil yolların çəkilməsi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlərin başa çatması nəticəsində Azərbaycan üzərindən böyük yükdaşımalar həyata keçiriləcək ki, bu da öz növbəsində dəmir yolunun sürətini artmağı tələb edir. 

Ona görə, də cari ildə bu istiqamətdə mövcud olan dəmir yollarının daha da yaxşı vəziyyətə gətirilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görüləcək. Turizmin inkişafı üçün Ləki-Qəbələ dəmir yolunun tikintisi, Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək görüləcək işlərin sırasına daxildir. Cari ildə Azərbaycan iqtisadiyyatına yeni investisiyaların cəlb edilməsi, yerli məhsulların xarici bazarlarda daha geniş şəkildə təqdim olunması, qeyri-neft sektorundan ixracın həcminin daha da artırılması istiqamətində işlər daha intensiv xarakter alacaq. İşsizliyin aradan qaldırılması, özünüməşğulluq proqramının uğurla icra edilməsi, ən azından 20 min köçkünün yeni mənzillərlə təmin olunması, 137 modul tipli məktəbin tikintisi, Bakı şəhərində isə 12 məktəbin əsaslı təmiri, altı şəhərdə yeni mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsi və s. kimi sosial tədbirlərin reallaşdırılması da bu ildə baş verəcək. Bu il Mingəçevir, İmişli və Şəki şəhərində ”ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq və bununla da “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və daha beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə start veriləcək". (musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


İQTİSADİYYAT

design-img

Vernisaj

Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru