Çərşənbə, 23 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

““Şahdəniz-2”nin işə salınması Xəzər regionu üçün vacib səhifədir”


““Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işə salınması təkcə Azərbaycan və BP-nin rəhbərlik etdiyi konsorsium üçün yox, həm də bütün Xəzər regionu üçün vacib səhifədir”


Bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu üzrə baş təhlilçisi Eşli Şerman deyib.

E.Şerman qeyd edib ki, bu layihə cədvələ uyğun və büdcə çərçivəsində reallaşdırılan kompleks meqalayihədir:

““Şahdəniz-2”-nin işə salınması “Cənub Qaz Dəhlizi” çərçivəsində Xəzər dənizindən Türkiyə vasitəsilə İtaliyaya tədarük zəncirinin təməl daşıdır. Bundan başqa, qarşıda “Cənub Qaz Dəhlizi”nin vacib mərhələləri var: 2019-cu ildə Transadriatik boru kəmərinin (TAP) tikintisinin başa çatdırılması və 2020-ci ildə “Şahdəniz” yatağından Avropaya 10 milyard kubmetr qazın tədarükünün başlanması”.

Ekspert əlavə edib ki, bu, Azərbaycan neft-qaz sektoru üçün – 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə müqavilənin uzadılmasından 2018-ci ildə BP və “Equinor”la müqavilələrin bağlanmasınadək – müsbət dövrün davamıdır.

pia.az
Etiket:
loading...