Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

«ABŞ və Rusiya yerlərini dəyişməyə başlayıblar» – “Moskva qlobal liderliyə irəliləyir”

Palasio Rusiyanı «dünya gücləri arasında gerçək vasitəçi» adlandırıb...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio hesab edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya beynəlxalq səhnədə mövqelərini dəyişməyə başlayıblar.

Onun fikrincə, Moskva «qlobal liderliyə» doğru irəliləyir, Vaşinqtoq isə əksinə, bu mövqeyini itirir. «Project Syndicate» portalının yazdığı kimi, Palasio Rusiyanı «dünya gücləri arasında gerçək vasitəçi» adlandırıb. Ölkənin belə vəziyyəti Ukrayna, Suriya və Venesuela hadisələri fonunda – həm də Krımın Rusiyaya birləşdirilməsinə görə, Qərb tərəfindən qınanılmasına baxmayaraq – formalaşıb.

Qərbin qınağına baxmayaraq, cari ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın ötənilki təklifindən istifadə edib və Suriyanın yeni konstitusiyasının işlənib hazırlanması məqsədilə xüsusi komitə yaradıb.

Sabiq nazir digər pozitiv addım kimi, Mosva və Kiyev tərəfindən «Ştaynmayer formulu»nun razılaşdırılmasını önə çəkib. Bu formulun razılaşdırılması iki ölkə arasında «münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi dəyərləndirilir».

Palasio hesab edir ki, bu, Rusiyanın qlobal güc kimi yenidən dirçəlməsi istiqamətində prezident Vladimir Putinin çalışmaları yönündə əhəmiyyətli qələbəsidir.

Xanım eks-nazir həm də hesab edir ki, hələ Barak Obama dövründə Birləşmiş Ştatlar «liderliyə hazır olmadığını» nümayiş etdirib. Onun sözlərinə görə, xüsusilə, ölkənin İranla nüvə sazişi bağlamaqdan və Paris iqlim sazişindən imtina etməsi bunun göstəricisi sayıla bilər.

Palasio əlavə edib ki, Vaşinqtonun vəziyyəti üçün həm də prezident Donald Trampın impiçment proseduru əlavə risk təşkil edir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Rusiya ABŞ

Şərh yazın.

loading...

Ən çox oxunanalar