Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

 Lukaşenkoya xalqın etimadsızlığı: Minskdə etirazlar davam edir...

Brestdə icazəsiz etiraz aksiyasının iştirakçıları ilə milis əməkdaşları arasında toqquşma olub.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, gözyaşardıcı qazdan istifadəyə cavab olaraq polislərə şüşələr atılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da öz növbəsində havaya xəbərdarlıq atəşi açıblar. Hansı silahdan istifadə edildiyi barədə məlumat verilmir.

Bundan əvvəl Belarus Daxili İşlər Nazirliyi Brestdə icazəsiz etiraz aksiyası iştirakçılarına qarşı xüsusi texnikanın tətbiq olunduğunu təsdiqləmişdi. Bu barədə jurnalistlərə qurumun mətbuat katibi Olqa Çemodanova açıqlama vermişdi.

Xəsarət alanlar barədə məlumat yoxdur.

**

Minskdə keçirilən "Həmrəylik Marşı" aksiyasına toplaşan on minlərlə insan Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahına tərəf gedir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, güc strukturları hələ ki insanların hərəkətinə mane olmurlar, lakin şəhərin mərkəzinə cəlb olunmuş milis naryadları hazır vəziyyətdədirlər və əmr gözləyirlər.

***

Hüquq-mühafizə orqanları Minskdə "Həmrəylik Marşı" adlı etiraz aksiyasının iştirakçılarının saxlanılmasına başlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Minsk Baş Polis İdarəsinin mətbuat katibi Natalya Qanuseviç deyib.

***

Belarus müxalifətinin tərəfdarları Minskin mərkəzində- icazəsiz etiraz aksiyasının planlaşdırıldığı ərazidə toplaşıblar.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, etirazçılar Müstəqillik prospektində kiçik qruplarla yığışırlar və bütün prospekt boyunca düzülürlər. Müşahidəçilərin dediklərinə görə, Müstəqillik prospektinin Nemiqadan "Qalereya"ya qədər olan hissəsində min nəfərə yaxın adam var.

Öz növbəsində TASS xəbər verir ki, Dövlət Bayrağı Meydanının və BelEkspo sərgi mərkəzinin yanında yerləşən Prezident İqamətgahının yaxınlığında nəqliyyatın hərəkəti tam bloklanıb.

Qeyd edilir ki, güc strukturlarının əməkdaşları Lukaşenkonun iqamətgahına aparan yol qovşağında tikanlı məftildən sədd çəkiblər. Orada iki zirehli transportyor peyda olub.

İqamətgahın yaxınlığında isə səkkiz zirehli kəşfiyyat və patrul maşını (BRDM) var. Bilavasitə Ali Məhkəmənin binası yaxınlıqda təhlükəsizlik qüvvələrinin- “OMON” və daxili qoşunların maşınları növbə çəkir. Sərgi mərkəzinin yaxınlığındakı ərazi isə daxili qoşunların avtomatlarla silahlanmış əsgərləri tərəfindən mühasirəyə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Özəl universitetlər tədrisi deyil, pulu seçiblər - Təhsildə acınacaqlı vəziyyət

Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Ermənistanın Qarabağdan çıxması an məsələsidir

Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"

Ermənistanda daxili qarşıdurma yarandı – Rus mediası

Hərbiçimiz 27 il sonra Füzulidəki evində - Video

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

loading...

Ən çox oxunanalar