Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

 Fırıldaqçılıq oyunları : NASA xülyaları ilə böyüyən gənclik və innovativ obskurantizm

Pulsuz icra edilən əməliyyatlara görə biz milyonlarla pul xərcləyirik və axırı da qabağımıza qapqara monitor çıxır. Lap elə günümüzün təmsili kimi..

Ziya Mehti yazır...

Bəlkə də, “taxt oyunları” qədər tarixə keçəcək “fırıldaqçılıq oyunları” Azərbaycanda 90-cı illərin meyvəsi olan gənclik üzərində daima oynanılır. Sovetlərin informasiya qıtlığını hiperinformasiya dövrünə daşıyan atalar öz oğullarını da xülyalarda böyütdü. Ona görə də tendensiya olaraq kimlərsə ortaya çıxaraq epataj edir. Bu gah pirlərdə qaloş sərgarı olmaqla, gah da Nasanın işçisi olduğunu deməklə təzahür edir. Kəndlə şəhər arasındakı fırıldaqçılıq pərdəsinə görə fərqlənir. Pərdəni çəkəndə isə arxasında həmişə eyni müqəvvanı görürük.
Bizim içində olduğumuz bu fırıldaqçılıq obskurantizmdən doğub. Yəni kimlərsə bizə həqiqətin kölgəsini göstərib, özünü gizlədir. Cəmiyyətin işçi, zəhmətkeş, kəndli və alt sinifi təşkil edən bütün zümrələri yeniliyə və yeni bir şeyə maraqlı deyil, daha doğrusu, “yenilik” sözü doğru qavranılmır. Təbii ki, bu da cəmiyyəti talayan məmurlara sərf edir və bundan eninə boyuna istifadə edərək saman altından çamadan daşıyırlar. Vətəndaş da “elektronlaşdırma”, ağıllı idarəetmə oyunları ilə aldadılır. Götürək elə, Nəqliyyatın İntellektual İdarəetmə adı ilə yuyulan pulları və hələ də dayanacaqlarda adamın üzünə ağlayan qapqara monitorları. Əvvəl-əvvəl dedilər ki, vətəndaş apparatlara zərər verir, ay nə bilim avtobusların planı buna uyğun deyil və s. Biri də çıxıb demədi ki, qardaş Cənubi Koreyadan şirkət gətirib ilkin mərhələdə 100 milyon ona verəcəyinizi bir neçə yerli gənc proqram təminatçısını bir araya yığıb mobil tətbiq (App) hazırlayın. Bu məsələ nə əcaib bir şeydir ki, illərdir Google Map üzərindən pulsuz icra edilən əməliyyatlara görə biz milyonlarla pul xərcləyirik və axırı da qabağımıza qapqara monitor çıxır. Lap elə günümüzün təmsili kimidir..


Kimin yaxasından yapışaq? Maliyyə Nazirliyinə azdan-çoxdan haqq vermək olar, bu qədər Nəqliyyat üzrə mütəxəssis və bu sahədə aparıcı vəzifələrdə çalışanların hesabatlarına şübhəçi yanaşmaq ixtiyarında deyil, üstəlik işin için Koreya şirkəti varsa, belə çıxır ki, tər-təmiz işdir. Bəs nədir əsl problem, əsas günahkar? Kadr yoxluğumu, korrupsiyaya bulaşmış Nəqliyyat sistemimi, ya vətəndaşa yönələn obskurantizmmi?
Obskurantizmdən danışası olsaq, birincə gərək təhsil sahəsinə baxaq. Eynşteynin sözləri ilə desək, bir ölkənin gələcəyi o ölkədə uşaqların aldığı təhsil ilə bağlıdır. Tədrisimizdə İnnovasiyaya aid nə var?
Kompütersiz informatika dərsləri, “1” və “0”-I lövhədə düzüb sayı sistemi öyrədən müəllimlər, ağıllı lövhədə nağıllar göstərən tədris proqramı, bir sözlə, innovasiya adına heç nə. Fizika dərsliklərinin yavaş-yavaş kresionizmə sürüşdüyü vaxtda, Astronomiya nədir bilməyən 1,56 milyon şagird. Gözdən düşməyən özəl məktəbləri boş verin, onların xalqla əlaqəsi yoxdur və cəmi 12 min şagird özəl məktəblərdə tədris alır. Necə deyərlər, “puluna minnət”.

İndi də uşaqlar Elon Musk, NASA və Mars xülyaları ilə böyüyür. Çünki dünyanın prioteti göylərdədir və hələ ki, qayalıqdan sıçramağa hazırlaşan balaca qartallar üçün göylərin fəthini arzulamaq mütləqdir. Keçmiş nəsillərin Qaqarini, Tereşkovası, Musayevi sadəcə görkəm dəyişdirib, arzu elə həmən arzudur. Arzuları satan düşüncə də elə həmin düşüncədir. Bir azərbaycanlı üçün illərin dəyişdirdiyi təkcə Elon Maskın “tüstüsü” oldu.

Ziya MEHTİ

pia.az

Etiket: Ziya Mehti

loading...