Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

”Ucuz qiymətə görə ötən il on minlərlə kəndli müflis oldu”

Yanvarın 6-dək pambıq qəbulu məntəqələrinə 207 min 5 ton məhsul təhvil verilib


Bu barədə dövlət agentliyinə Dövlət Statistika Komitəsindən bildiriblər.

 Agentlik xatırladıb ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

“2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,4 dəfə çoxdur”,- agentlik yazıb.

Statistika Komitəsinin məlumatını Meydan TV-yə şərh edən aqrar sector üzrə mütəxəssis Vahid Məhərrəmov yada salıb ki, ölkə başçısı İlham Əliyev 2017- ci ildə hər hektardan əvvəlcə 40 sentner məhsul əldə olunacağını, sonra isə 30 sentnerə çatdırılacağını demişdi:

“Çox təəssüf ki, məhsuldarlıq hər hektardan nə 40 sentner oldu, nə də ki, 30. Deyiləndən 2 dəfə az, yəni 15,1 sentner odu. 2017-ci ildə 136,4 min hektar pambıq sahəsindən 206,4 min ton pambıq əldə olunub. 2016-cı ildə istehsal göstəricisi son 5 ilin ən aşağı göstəricisi olmasına baxmayaraq, 2017-ci ildə ondan daha az pambıq istehsal olundu – hər hektardan 220 kiloqram az. 2012-ci ildə hər hektardan 19,5 sentner, yəni indikindən 4,4 sentner artıq məhsul əldə olunmuşdur”.

Ekspert qeyd edib ki, 2017-ci ildə məhsulun az, alış qiymətinin ucuz olması on minlərlə kəndlilərin müflis olmasına səbəb olub.  O vurğulayıb ki, bu il pambığın becərmə xərci ümumi ölkə üzrə hər hektar üçün 830 manat təşkil edib.

“Bunu nəzərə alsaq, çəkilən xərcin ödənilməsi üçün fermer, kəndli emal müəssisəsinə hər hektardan 1 ton 660 kiloqram məhsul təhvil verilməli idi. Lakin bu qədər məhsul əldə etmək mümkün olmayıb. Orta hesabla hər hektardan 1 ton 510 kiloqram pambıq yığılıb. Çatışmayan fərq 150 kiloqram pambıq və yaxud nağd pul ekvivalentində 75 manat təşkil edib. Beləliklə fermerlər, kəndlilər orta hesabla hər hektardan 75 manat zərərə məruz qalıblar. Bu da ümumi ölkə üzrə 10 milyon manatdan çoxdur. Ona görə bazar iqtisadiyyatı şəraitində pambıqçılıqla məşğul olmaq ağılsızlıqdır”.

Vahid Məhərrəmov deyir ki, DSK-nin məlumatı sovet hökumətinin aqrar siyasətini xatırladır.  O xatırladıb ki, SSRİ zamanı əsas məqsəd gəlir əldə etmək yox, məhsuldarlığın olması idi: “Hökumət ölkəyə pambığın lazım olmadığını bilməlidir. Çünki pambıqdan səmərəli istifadə olunmur, konkret, yüngül sənayesində istehsal yoxdur. Ona görə pambığı Rusiya və Türkiyəyə ixrac edirik və aşağı keyfiyyətli olduğundan dünya bazarındakı qiymətdən ucuz satılır. Bu da rəqabət qabiliyyətli məhsul istehsal edə bilmədiyimizi göstərir. Sadəcə, rəqabətə davamsız məhsuldan emal və satışı ilə məşğul olan məmurlar  gəlir əldə edirlər”.

Ekspert konkret rayonlardan misal gətirib:

Samux, Ucar, Neftçala, İmişli, Hacıqabul və sair rayonlarda hər hektardan məhsuldarliq 10 sentnerdən də aşağı olub. Bu o deməkdir ki, həmin rayonlarda müflis olan kəndlilərin sayı daha çoxdur: “2017-ci ildə Saatlı rayonunda keçirilən müşavirədə çıxış edən İlham Əliyev demişdir ki, “biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik”. Əgər həqiqətən də pambıqçılığın inkişafı üçün dövlət büdcəsindən yüz milyonlarla dollar xərclənirsə, pambıq əkini ilə məşğul olan kəndlilər niyə ziyana məruz qalıblar?! Bu qədər vəsait haraya və nəyə xərclənib? Dövlət büdcəsi hesabına nə alınıb və kimə verilib? Ona görə hökumət dövlət büdcəsindən ayrılan yüz milyonlarla vəsaitin hesabatını verməlidir”.

V.Məhərrəmov hesab edir ki, kəndlilərə dəyən ziyanı isə pambıq ixracından milyonlarla dollar gəlir əldə edən oliqarx məmurlar öz hesablarına kompensasiya etməlidir.

“Qonşularla müqayisədə Azərbaycanda yüksək keyfiyyətli pambığın 1 kiloqramının alış qiyməti çox aşagıdır. Qonşu İranda və Türkiyədə pambığın alış qiyməti Azərbaycandakından 3 dəfə, Qazaxıstanda isə 70 faiz bahadır”.“Azərtac”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar