Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yoldaşımla efirə çıxmaram” - ATV-nin aparıcısı


Teleaparıcı Ceyhun Səfər Milli.Az-a müsahibə verib


PİA.AZ həmin müsahibəni təqdim edir:

- Ceyhun bəy, uzun illərdir ki, ATV xəbərdə həm redaktor, həm də xəbər aparıcısı vəzifələrində çalışırsınız. Xəbəri yazmaq, xəbəri oxumaq, yoxsa xəbəri bir tamaşaçı kimi izləmək daha rahatdır?

- Xəbəri izləmək imkanım olmur. Heç başqa kanalları da izləyə bilmirəm. Amma xəbəri yazıb, təqdim etmək daha maraqlıdır. Çünki bu mənim peşəmdir.

- Deməli yazmağı daha üstün tutursunuz.

- Bəli, bəlkə də tamaşaçılara qəribə gələr, mən kompüterdən az istifadə edirəm, qələmlə yazmağa üstünlük verirəm.

- Qələmin sehrinə inanırsınız?

- Əlbəttə! Ürəkdəki ən böyük damarlar gəlir barmaqların ucunda ən xırda kapilyarlara qədər hiss etməmizi aktivləşdirir. Qələmlə yazanda birbaşa beynimizlə əlaqəli oluruq biz.

- Mən bilirəm ki, siz bu sahəyə gələndə jurnalistikanı bir çox gənclərə tədris etmisiniz. Bu gün də bunu tədris edirsiniz?

- Xeyr, ara-sıra olub ki, Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin tələbələri ilə görüşə dəvət ediblər, maraqlı görüş baş tutub. Amma tədrislə məşğul deyiləm. Başqa sahədə tədrislə məşğul olmağa hazırlaşıram.

- Hansı sahədir?

- Mən bioloqam, elmi iş müdafiə etmişəm, bu sahənin alimiyəm.

- Ailənizdən nə danışa bilərsiniz?

- Şükür Allaha hər şey yaxşıdır. Mən ailəmi sevirəm, bilirəm ki, ailədə də məni sevən insanlar var. Bir qızım, bir oğlum var. Düzdür, atanı əsəbləşdirən vaxtları da olur. Amma istənilən halda mən onları çox istəyirəm.

- Sizin xəbər aparıcılığınız daha ürəyəyatımlıdır. Səsinizi özünüz mülayimləşdirmisiniz, yoxsa elə belədir?

- Xeyr, bu Allahın verdiyi səsdir. Səmimiyyət səsdən duyulmalıdır. Əgər həyatdakı səsimi mən efirdə dəyişsəm, tamaşaçı heç vaxt səmimiliyimə inanmaz. Mən evdən çölə çıxanda Ceyhun Səfərəm, evə qayıdanda Ceyhun oluram.

- Ceyhun Səfər efirdə nəyi etməz?

- Ailəmlə, daha doğrusu yoldaşımla efirə çıxmaram. Bu qısqanclıqdan irəli gəlmir, sadəcə olaraq onun yanında sıxılaram. Xətrini çox istədiyim bir insanla efirə çıxsam, çox narahat olaram. Həddindən artıq səmimi keçər veriliş, çünki mən artıq ailə səmimiliyimi ortaya qoyaram.

- Mütaliə etməyə vaxtınız çatır?

- Çox az. Çatanda da mən onu ancaq uşağımın dərsliklərinə sərf edirəm. Yaxud da müdafiə etdiyim sahəyə.

- İllər keçəndən sonra tamaşaçı sizi unudacaq, yoxsa xatırlayacaq?

- Yəqin ki, məni unutmazlar. Ona görə unutmazlar ki, mən çalışmışam ekranın o biri tərəfindən məni hiss etsinlər. Fikirləşirəm ki,  səmimi olduğumu onlara 70 faiz çatdıra bilmişəm. Gözləsinlər, qismət. 50 yaşımda daha yaxşı məni tanıyarlar (gülür).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar