Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti avqustun birinci yarısına nəzərdə tutulub”

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi ilə bağlı təklif var, lakin bunu ilk növbədə ev sahibi olan ölkə elan etməlidir


Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, sammit avqustun birinci yarısına nəzərdə tutulub: "Ona qədər işçi görüşləri nəzərdə tutulub. Ən azı, bir işçi görüşü olacaq. Xarici işlər nazirlərinin görüşü isə ola bilər ki, tədbirdən bir gün öncə olsun".

Nazir müavini qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın mətni razılaşdırılıb. Onun sözlərinə görə, hazırda ölkələr sənədin imzalanması üçün ölkədaxili prosedurları keçirlər:

"Biz də ümid edirik ki, sammit zamanı konvensiya imzalana bilər. İkili görüşlərə dair məsələlər də prosesdədir, təmaslar var, görüşlər keçirilir, məsləhətləşmələr aparılır, konkret nə zaman başa çatacağını isə söyləmək çətindir. Bu, konvensiya ilə paralel aparılır. Yəni konvensiyadan asılı deyil, ayrıca danışıqlar formatıdır".(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar