Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə hərbçiləri bölgə İŞİD-dən təmizlənənədək Başikada qalacaq“


“Əməliyyata Türkiyədən yardım gözləmirik, Mosul 3 ay ərzində terrorçulardan təmizlənəcək”


“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İraqın Ankaradakı səfirİ Tallal Cəmil Saleh əl-Obaidi Türkiyə hərbçilərinin Başikadan çıxması məsələsinə münasibət bildirərkən deyib.

Səfir terrorçu PKK qruplaşmasının İraqın Sincar bölgəsindən təmizlənəcəyini də vurğulayıb.

Türkiyənin müdafiə naziri Fikrı İşık Türkiyə hərbçilərinin İraqın Başika bölgəsində məcburiyyətdən qaldıqlarını söyləyib: "Bölgə terrorçu İŞİD qruplaşmasından təmizlənənədək Türkiyə hərbçiləri orada qalacaq".

Qeyd edək ki, yanvarın 7-8-də İraqda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım hərbçilərinin Başikadakı hərbi bazadan çıxmayacağını bildirmişdi: “Bu, hərbi düşərgənin İraqdakı hökumətdən asılı olmadığı demək deyil. Əlbəttə, oradakı Türkiyə hərbçiləri öz xidmətini davam etdirəcək. Əlverişli şərait yarananda bunları dostcasına danışacağıq”.
Xatırladaq ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarına terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər. İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar