Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək”


“Avropa İttifaqının ideyası olsa da, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirən məhz Azərbaycan və Türkiyə olub”


Bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak bildirib.
 
B. Albayrak deyib ki, gələn il TANAP-ın fəaliyyətə başlaması tarixi hadisə olacaq: “2019-cu ildə TANAP TAP-la birləşəcək və Avropa üçün 4-cü strateki qaz mənbəyinə çevriləcək. Azərbaycan və Türkiyənin birliyi Avropa üçün önəmli nümunədir. Gələn il TANAP ilə 16 milyard kubmetr qaz ixrac olunmağa başlayacaq”.
 
Türkiyəli nazir bildirib ki, "Türk Petrolları" (TP) şirkəti xaricdə ilk sərmayəni məhz Azərbaycana qoyub: “TP "Şahdəniz" layihəsində 19 faizlə layihənin ikinci ən böyük sərmayədarıdır. TP bu gün sazişə imza ataraq, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində iştirakını 2049-a qədər uzadacaq. Biz enerjinin sülh və sabitliyə xidmət etməsini arzulayırıq. Bu çərçivədə Türkiyə-Azərbaycan əməkdaşlığı gələcək üçün önəmli bir nümunədir. Türkiyə Azərbaycanın önəmli ortağı olmağa davam edəcək, TP Azərbaycandakı sərmayələrini artıracaq. Bu gün imzalanacaq tarixi sazişin Azərbaycan və tərəfdaşlığı üçün faydalı olmasını arzu edirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar