Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Guardian”:“Ekvador Assanjın təhlükəsizliyinə 5 milyon dollardan çox vəsait xərcləyib“


Ekvador hökuməti onun Londondakı səfirliyinə sığınan “Wikileaks” saytının yaradıcısı Culian Assanjın təhlükəsizliyinə 5 milyon dollardan çox vəsait xərcləyib


Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “The Guardian” qəzeti bu barədə məlumatı əlində olan sənədlərə əsasən dərc edib. Həmin vəsait Assanjın Ekvador səfirliyinə sığındığı 5 ildən də artıq bir müddət ərzində ziyarətçilərə, səfirlik əməkdaşlarına və hətta Britaniya polisinin nümayəndələrinə nəzarət etmək üçün tutulan agentlərə və beynəlxalq mühafizə kompaniyasına xərclənib.

“The Guardian” və “Focus Ecuador” nəşrlərinin apardığı təhqiqat nəticəsində məlum olub ki, həmin əməliyyat Ekvadorun sabiq prezidenti Rafael Korreanın və sabiq xarici işlər naziri Rikardo Patinyonun dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, Culian Assanj 2012-ci ildən siyasi sığınacaq xahişi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənir. “Wikileaks” saytının banisi məxfi sənədləri dərc etməkdə ittiham olunduğu ABŞ-a ekstradisiya edilə bilər. Həmçinin o, 2010-cu ildə İsveçdə seksual cinayətdə də ittiham edilir. Böyük Britaniya hökuməti Assanjın həbs olunması üçün order verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar