Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhlükəsizliyimizin, sabitliyimizin qarantı İlham Əliyevdir”

İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın gələcəyi üçün çox vacibdir


 Bunu  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov aprel ayının 11-ə təyin olunan Prezident seçkilərinə münasibət bildirərkən deyib.

Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyev cənablarının Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərdiyi xüsusi diqqətdən də söz açıb:" Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatına Prezident İlham Əliyev cənabları daim xüsusi diqqət bəsləyib. Möhtərəm Prezidentimiz çıxışlarında da daim deyir ki, veteranlar, şəhid ailələri dövlət orqanlarının diqqət və qayğısı ilə əhatə olunmalıdır. Biz bu diqqət, qayğını həmişə görmüşük. Bu gün dünya odun-alovun, terrorun, müharibələrin məngənəsində didilir. Azərbaycanda isə ictimai-siyasi sabitlikdir. Ölkədə iqtisadi yüksəliş ildən-ilə davam edir. İnsanlar asanlıqla işləyə, yaşaya, yarada bilirlər. Azərbaycan artıq regionun super dövlətinə çevrilib. Regionumuzda heç bir siyasi-iqtisadi layihə Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilə bilmir. Əlbəttə ki, bütün bu uğurlara məhz Prezidentimiz İlham Əliyev cənablarının yorulmadan apardığı qətiyyətli, prinsipial, əsaslı və müdrik siyasəti nəticəsində nail olunub".
 
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının iki aydan sonra Respublikada baş tutacaq Prezident seçkilərində aktiv iştirak edəcəyini vurğulayan polkovnik C. Xəlilov İlham Əliyevi dəstəkləyəcəklərini deyib.
 
"Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan respublikasının Prezidentliyinə İlham Əliyev cənablarının namizədliyini irəli sürəcək. Bilirik ki, həm ölkəmizin daxilində, həm də ki, xaricdə ölkəmizdəki siyasi sabitliyi pozmaq istəyən, iqtisadi cəhətdən ölkəmizi özlərindən asılı vəziyyətə salmaq istəyən məkrli qüvvələr var. Biz veteranlar imkan verməyəcəyik bu stabillik pozulsun. İlham Əliyev cənabları beynəlxalq səviyyədə qəbul edilən, hörmət bəslənən, intellektual, dünyanın siyasi fəlsəfəsini bütünlüklə dərk edən və dəqiq qərarları ilə həmişə bir addım öndə olmağı bacaran liderdir. İlham Əliyev idarəetmə sisteminə çoxlu yeniliklər gətirib, bunlar da cəmiyyətin inkişafı üçün çox vacib məsələlərdir. Dünyada gedən proseslərə özünəxas yanaşması onu həmişə digər siyasi xadimlərdən ciddi olaraq fərqləndirə bilib. Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə fəxr edirik. Təhlükəsizliyimizin, stabilliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Prezident olması Azərbaycanın gələcəyi üçün çox vacibdir"-deyə, polkovnik C. Xəlilov qeyd edib.(Qlobal.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar