Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Susmuş qəzəb”

Səhər Əhməd yazır...


Sevginizi və ya qəzəbinizi kontrol (ört-basdır) eləməyə çox da əmək sərf eləməyin. Bütün hisslərin sözlə ifadə olunmaq azadlığı, hətta  hüququ var. Məsələn, sözlə ifadə olunmuş (təbii ki, əxlaq çərçivəsində) qəzəb artıq xərclənmiş enerjidir, sönmüş vulkan kimi  zərərsizləşdirilib. Əksinə, hansısa səbəbdən “içəri atılmış” qəzəb isə potensial nifrətdən, intiqam hissindən başqa bir şey deyil.

Yəqin ki, onlarla adda  “susmuş qəzəb” növləri mövcuddur,  mən bu gün sizə  yalnız ikisindən – təbii ki, özümə daha çox aydın olanından danışacam.

Birincisi (şərti olaraq “çarəsiz susma” adlandıraq), adətən, bərabərhüquqlu olmayan tərəflər arasında baş tutur, yəni asılı tərəfin əsas tərəfdən çəkinib susması. Buna işçinin müdir, uşağın böyük qarşısındakı çarəsizliyini dərsliklərin dili ilə desək, misal gətirmək olar. Dəfələrlə olub, yuxarı sinif şagirdlərinə nəsə irad tutanda onların ya üz-gözlərini narazılıqla qırışdırdığının, ya da dodağının altında nəsə mızıldandığının şahidi olmuşam. Həmişə o uşaqları ayağa qaldırıb mümkün qədər səmimi şəkildə inad eləmişəm ki, haqqımda fikirləşdiklərini üzümə desinlər. Bu, məşqçinin öz şagirdinə boks əlcəyi geyindirib rinqə-özüylə döyüşə çağırmasına bənzəyir: Vur, birinci məni vur, məni vur ki, özünümüdafiəni öyrənəsən...

Belə olmasa, qarşımızda milli mentalitet, nə bilim böyüyə hörmət cəfəngiyatı altında çoxlu sınmış (sındırılmış) gənclər görəcəyik.

İkincisi, (adı “qəsdən susma” olsun) mübahisə edən iki tərəf arasında  haqsız tərəfin yəqin ki, əsrlərdir istifadə etdiyi ən fəndgir üsuldur.

Haqsız tərəf nə desə, mübahisəni uda bilməyəcəyini onsuz da bilir və susmaqla  etika, aristokratiya nümayiş etdirib xal qazanmaqla bərabər, qarşısındakını pis vəziyyətdə qoymaqla da məşğuldur. Onlar, adətən, hansısa üçüncü adama oynayırlar, hansısa kütləyə, hətta ikilikdə olsanız belə, özlərini dram teatrının səhnəsindəki kimi aparacaqlar. Bu, səbir oyunudur, dözmək tələb olunur, hirslənib özünüzdən çıxmağa qətiyyən icazə vermirəm,  özünüzü ələ alın, bu tip mübahisələrdə rəqibi susdurmaq yox, danışdırmaq tələb olunduğundan məsələ daha qəlizdir.

İnanın, burda  təkcə müəllif, yəni tamaşaçı kimi yox, həm də iştirakçı kimi (boynumuza alaq, biz hamımız bu cür vəziyyətlərə dəfələrlə düşmüşük) məni qarşı tərəfi dilləndirməyin yolları çox cəzb edir və fikrimcə, tam qələbəni təmin edən də elə budur. Axı susan tərəfə nəsə sübut eləməyə və ya nədəsə ittiham etməyə çalışmaq qarşında əllərini yanına salıb durmuş birinin başına fasiləsiz yumruq endirmək kimi bir şeydi.

Maraqsızdı, elə deyilmi?! Əks hücum, bəli, bizə məhz bu lazımdı - qarşı tərəfin  meydançamıza daxil olması. Odur ki, rəqib (şahmat taxtasında, güləş döşəkcəsində və yaxud adi mübahisədə olsun, dəxli yoxdur) öz içindəki potensialı ifadə eləməyə başlayanda əsl döyüş alınır.

Bununçün səsini qaldırmadan (burda çox böyük ustalıq tələb olunur) susmuş mələyin ən müdafiəsiz nöqtəsinə (hər haqsızın bir “Axilles dabanı” vardır) bircə sərrast zərbə kifayətdir, cavab atəşi açılacaq, əmin olun. Və sən gülərək ürəyində deyəcəksən, bax bu, əzizim, “danış ki, səni görüm”,  indiyə qədər belə düşündüyünü mən zatən eşidirdim, amma bunu ifadə eləmək sənin özünə xeyirdi, qorxma, öz qəzəbini sözə çevir, onu özünçün də araşdır, adını qoy, daha çox qısqanclıqmı, nifrətmi, sevgidən doğan şıltaqlıqmı (bu da istisna deyil, duruma görə dəyişir, əlimizdə konkret situasiya olmadığından mən müxtəlif situasiyaları nəzərdə tuturam, hərə özününkünü götürsün) yoxsa keçici hirsmi olduğunu müəyyənləşdir. Vurmaq, ya vurulmaq yox, vuruşmaq lazımdı, eynən sevib-sevilmək kimi, hər şey qarşılıqlı olanda öz mahiyyətinə ulaşır.

Onsuz da “Susmaq qızıldır”ın müəllifi olan cəmiyyət həmişə bizim danışmaq azadlığımızı boğmağın tərəfində  olacaq, əxlaq, etika qaydaları, milli mentalitet, kollektivdə hörməti itirmək qorxusu, “demaqoq” adlanmaq, “aqressiv görünmək təhlükəsi - hamısı bizi eyni nöqtəyə itələyir,  tərksilah edib yerimizdə otuzdurur. Nəticədə isə münaqişələr dərinləşir, nifrət böyüyür, çözüm itir.

Pis şeylər də yaxşı şeylər kimi məqamında deyilməlidir, sonra ürəkdə qalıb irinləməkdən başqa bir şeyə yaramayacaq, daldan atılan daş  kimi...

Mümkün qədər sadə dillə izah etməyə çalışacam, kiminsə üzünə deyilmiş hansısa irad arxasınca edilmiş iyrənc qeybətdən min dəfə yaxşıdı. Biz başqalarından başqalarına asanlıqla danışırıq, müzakirə edirik, növbə özümüzə gələndə hər şey düyünlənir. Çünki heç kim heç kimin özü deyil, hamı hamının özgəsidi.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar