Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Semaşkonun sağalmaz xəstəliyi” - Burada “pulsuz” sözünün özünü belə pulsuz demirlər

Baş həkim Ədalət Dadaşovun özünün belə bu amansız “xəstəlik”dən əziyyət çəkdiyi söylənilir


Səhiyyə sistemi ölkənin milli genofondu ilə bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi bu sistemdə həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə tibb ocaqlarının kadr potensialının gücləndirilməsi, ən müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, mövcud xəstəxanaların, poliklinikaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı istiqamətindəki tədbirlər daha geniş vüsət alıb. Bunu heç kim inkar edə bilməz.

Qeyd edək ki, dövlət büdcəsindən bu sektora ayrılan vəsaitlərin artırılması səhiyyə müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına, vətəndaşları qayğılandıran bir çox məsələlərin həllinə yaxşı imkanlar açıb.

Lakin, müasir binaların, tibbi avadanlıqların da hamısı insanlara xidmət edir. Təəssüf ki, aparılan islahatların, xərclənən vəsaitlərin belə bu tibb ocaqlarında məğlub olduğu bir “xəstəlik” var. Bu mənfur xəstəliyin adı rüşvətxorluq və korrupsiyadır. 

Bu amansız xəstəliyə “yoluxan” tibb ocaqlarından biri, bəlkə də birincisi daha çox Semaşko xəstəxanası kimi tanınan 1 saylı Şəhər Kliniki Mərkəzidir. Xəstəlik Mərkəzin bütün şöbələrini özünə məğlub edib, demək olar ki, bütün tibb personalı “acımasız azara” mübtəla olublar. Hətta baş həkim Ədalət Dadaşovun özünün belə bu amansız xəstəlikdən əziyyət çəkdiyi söylənilir. 

Xəstəxanaya müraciət edənlər buraya dahi şairimiz Nəsiminin adının verilməsini daha doğru hesab edirlər. Çünki, elə ilk qədəmdən, kandardan “soyulma” prosesinə başlanılır. Özü də qansız, bıçaqsız. Burada xəstələri xəstələnməyinə peşiman edirlər ki, bir daha belə səhvə yol verməsin. 
Paytaxtın ən iri və nüfuzlu xəstəxanalarından olan Kliniki Tibbi Mərkəzdə 30 min adama stasionar, 50-60 min adama ambulator yardım göstərilir. Burada 2 minə yaxın əməkdaş çalışır. Mərkəz dövlət tibb müəssisəsi olmaqla, rəsmən heç bir pullu xidmət yoxdur. Ancaq mərkəzdə havayı olan yeganə şey havadır. 

Burada qiymətlər həm də bahalığı ilə fərqlənir. Digər xəstəxanalarda adi bir əməliyyat 400-500 manata başa gəldiyi halda Semaşkoda təkcə cərrahla narkoz həkiminin qiyməti 700 azn olduğu bildirilir. Qeyd edək ki, bu qiymətə tibb bacılarının və digər personalın "çayvoyu" daxil deyil. Eyni vəziyyət bütün sahələrdə hökm sürür. Xadimədən tutmuş həkiminə qədər hər kəs xəstəyə potensial qazanc mənbəyi kimi baxır. 

Əvəzində isə baş həkim Ədalət Dadaşov KİV-lərə xəstələrə pulsuz tibbi xidmət göstərildiyini bildirir. Bu xoşbəxt xəstələrin kimlər olduğu isə kimsəyə məlum deyil. Çünki, burada “pulsuz” sözünün özünü belə pulsuz demirlər. (rubrika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar