Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“S.S”çilər Bakıda sakinlərə hücum edib evlərini dağıtdı - Video

Bakının Nərimanov rayonu, Möhsün Sənani küçəsindəki bir qrup sakinin evləri “Evrostroy-SS” adlı şirkət tərəfindən zorakılıq tətbiq olunmaqla sökülüb


Sakinlərin bəzilərinin ev əşyaları da dağıntılar altına qalıb.

Bakı Apellyasiya Məhkəməsi həmin ərazidə yerləşən üç evin sökülməməsi barədə avqust ayında qərar çıxarsa da şirkət bu qərara məhəl qoymayıb. Söküntü zamanı şirkətin qoluzorluları ilə sakinlər arasında qarşıdurma olub. Ev sahiblərindən birini sürüyərək evindən çıxarıblar və evini dağıdıblar. Yaşlı qadınlar da şirkətin işçiləri tərəfindən təhqir olunub.

Sakinlərin danışdıqlarından məlum olur ki, cəmi bir il əvvəl fəaliyyətə başlayan “Evrostroy-SS” adlı şirkət onların evinin yerində tikdiyi çoxmərtəbəli binadan sakinlərə mənzil vəd edir. Lakin evlərin sökülməsindən sonra sakinlərin yerləşdirilməsinin qeydinə qalan yoxdur. O cümlədən heç kimin tanımadığı, Bakıda növbəti söküntü kampaniyasının meydana çıxardığı bu şirkət müflis olarsa və tikintini başa çatdıra bilməsə, yaxud sadəcə olaraq sakinləri aldadıb aradan çıxarsa onların dağıdılmış evlərinin əvəzini kim verəcək? Axı Nərimanov rayon İcra Hakimiyyəti sakinlərlə şirkət arasında imzalanan müqavilədə təminatçı tərəf kimi çıxış etmir.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar