Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın yeni Qarabağ planı” ilə rus ordusu Qarabağa girir?


Politoloq: “Hazırda aparılan danışıqlar ermənilərin təklif etdiyi texniki məsələlər ətrafında aparılır. Hesab edirəm ki, bu hakimiyyətin yanlış siyasətidir və masada mövqelərinin itirilməsinə gətirib çıxara bilər”


Azərbaycan bütün danışıqlarda Rusiyanın sühmərəmlı qüvvələrinin işğal olunmuş ərazilərə yerləşdirməsini əleyhinə çıxıb və hesab edirəm ki, işğalın davam etməsinə apara biləcək bu kimi planlar müzakirə predmeti olmamalıdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistan hakimiyyətindəki diplomatın Rusiyanın Qarabağla bağlı açıqladığı yeni planını PİA.AZ-a şərh edərkən qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT müşahidəçilərinin sayının genişləndirilməsi ilə bağlı məsələyə münasibət bildirib. Lavrov qeyd edib ki, bu, münaqişənin nizama salınması ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində müşahidəçilərin sayının artırılmasıdır: “Münaqişə zonasında etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar 2010-cu ildən davam edir. 2016-cı ildə təmas xəttində baş verən məlum insidentlərdən sonra AzərbaycanErmənistanın Vyana görüşü təşkil olundu, həmin ilin iyununda isə AzərbaycanErmənistan prezidentləri Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda görüşdü. Bu görüşlərdə etimadın möhkəmləndirilməsi ilə bağlı konkret addımların atılması haqda razılıq əldə olundu. Həmin razılığa əsasən təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə qədər bu işlər aparılıb. Bu razılığın həyata keçirilməsi istiqamətində ATƏT-in operativ addımlar atacağına ümid edirik”, deyə Rusiyanın Xarici işlər naziri bildirib.

Burada “Rusiya ABŞ-ın Qarabağ planı ilə razılaşır” müəmması yaranır. Çünki ATƏT-in müşahidə missiyasının sayının artırılması və nəticədə münaqişə zonasında “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması planı Vaşinqtona məxsusdur. Bu mexanizmlər ABŞ-da erməni lobbisi tərəfindən gündəmə gətirilib və məqsədi münaqişənin həllinin dondurulması, mövcud status-kvonun saxlanılmasıdır. Ermənistan bu məsələdə əsas maraqlı tərəf kimi çıxış edir. Lavrovun Moskvanın marağına zidd olan məsələni dəstəkləməsi Rusiyanın hansısa əks-planı olduğuna dair ehtimalları artırır.

Ermənistan hakimiyyətindəki adı açıqlanmayan diplomat isə Rusiyanın Qarabağla bağlı yeni planın açıqlayarkən qeyd edib ki, Rusiya ATƏT-lə Donetskə rus sülhməramlılarını yerləşdirməkdə razılaşmaq istəyir. Əvəzində ATƏT sədrinin daimi nümayəndəsinin Qarabağda ofisinin genişləndirilməsinə icazə verə bilər. Görünür, bu razılaşma baş tutmur. Həmçinin diplomat bildirib ki, Rusiya Qarabağdakı müşahidə missiyasını özü yaratmaq niyyətindədir və ATƏT-lə məhz bunun üzərində bazarlıq aparır. Bu, əvvəlcə kiçik bir qrup olacaq, gələcəkdə Rusiya sülhməramlıları ilə əvəzlənəcək.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.



Məhəmməd Əsədullazadə: “Moskva çox yaxşı bilir ki, rəsmi Bakı heç vaxt Rusiya ilə ATƏT arasında bu kimi sövdələşməyə razı olmaz”.


Rusiya Qarabağa sülhmərəmlı qüvvələr adında öz hərbi kontingentini yerləşdirməyə çalışdığını qeyd edən politoloq Məhəmməd Əsədullazadə PİA.AZ-a açıqlamasında əlavə edib ki, bu plan Rusiyanın geosiyası, həmçinin ermənilərin maraqlarına xidmət edir. Ermənistan bunu qabartmaqla bir növ Rusiyanın maraqlarını ortaya qoyur:

Ermənistan cəmiyyəti daima Rusiyanın Qarabağ müharibəsində onları istənilən situasiyada tək qoya biləcəyindən narahatdılar. 2016-ci il aprel müharibəsində Rusiyanın  bir neçə gün neytral qalması buna sübutdur. Hazırda Ukraynada və Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda Rusiya əsas moderatordur. Ukraynanın şərqində Luqansk və Donbas münaqişləri üzrə ATƏT-lə aparılan danışıqlarda Moskva sülhməramlı qüvvələrin təyini və tərkibi mövzusunda geniş danışıqlar aparıb. Belə bir danışıqların Qarabağ münaqişəsi bölgəsində ATƏT-in müşahidə missiyasının artırılması və sonradan buraya Rusiya sülhmərəmlı qüvvələrinin yerləşdirilməsi istiqamətində ermənilərin iddia etdiyi kimi müzakirələr həqiqəti əks etdirmir. 

ATƏT Azərbaycanın razılığı olmadan belə bir razılaşma və danışıqlara gedə bilməz. Düzdür, Rusiya Qarabağa sülhmərəmlı qüvvələr adında öz hərbi kontingentini yerləşdirməyə çalışır. Bu plan Rusiyanın geosiyası, həmçinin ermənilərin işğalçı maraqlarına xidmət edir. Ermənistan bunu qabartmaqla bir növ Rusiyanın maraqlarını ortaya qoyur. 

Məhəmməd Əsədullazadə: “ATƏT Azərbaycanın razılığı olmadan belə bir razılaşma və danışıqlara gedə bilməz”.


Azərbaycan bütün danışıqlarda Rusiyanın sühmərəmlı qüvvələrinin işğal olunmuş ərazilərə yerləşdirməsini əleyhinə çıxıb və hesab edirəm ki, işğalın davam etməsinə apara biləcək bu kimi planlar müzakirə predmeti olmamalıdır. Erməni siyasi dairələri daima ictimai rəyi çaşdırmağa və bununlada danışıqlarda qeuri-müəyyənlik yaratmaq istəyirlər. Moskva da çox yaxşı bilir ki, rəsmi Bakı heç vaxt Rusiya ilə ATƏT arasında bu kimi sövdələşməyə razı olmaz. 

Ermənistan Azərbaycanın hərbi qüdrətindən çox ciddi narahatdır və real döyüş əməliyyatlarını hər vəchlə yayınmağa çalışır. Təssüf ki, iqtidar Minsk qrupunun həmsədrləri ilə aparılan danışıqlarda ciddi siyasi iradə ortaya qoymur. Hazırda aparılan danışıqlar ermənilərin təklif etdiyi texniki məsələlər ətrafında aparılır. Hesab edirəm ki, bu hakimiyyətin yanlış siyasətidir və masada mövqelərinin itirilməsinə gətirib çıxara bilər. Cəbhədə hərbi nailiyyəti təssüf ki, hakimiyyət diplomatik danışıqlarda əldən verir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Ən çox oxunanalar