Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyada İlham Əliyevin gəlişinə həmişə şaddırlar”


Bunu Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin aprelin 13-də Moskvada keçirilən görüşündən sonra rusiyalı jurnalist, Rusiya televiziyasının aparıcı siyasi şərhçilərindən biri Vladimir Kondratyev deyib


O qey edib: "Rusiyada Prezident İlham Əliyevin gəlişinə həmişə şaddırlar. O, Rusiyanın böyük dostudur. Moskvada oxuyub, Rusiyanı yaxşı tanıyır, rus dilində gözəl danışır. Atasının rəhbərliyi zamanında olduğu kimi, onun prezidentliyi dövründə də münasibətlərimiz ardıcıl, uğurla və dinamik davam edir. Prezidentlər bunu bugünkü görüşdə aydın şəkildə dedilər. Onlar ötən il və bu ilin birinci rübündə əmtəə dövriyyəsinin kəskin artmasından məmnun qaldıqlarını bildirdilər."

Futbol üzrə dünya çempionatının keçirildiyi günlərdə Rusiyaya 1,5 milyon azarkeşin və bir çox siyasi xadimin gəldiyini qeyd edən jurnalist deyib: “Sevindirici haldır ki, Prezident İlham Əliyev futbol üzrə dünya çempionatının açılışında iştirak edəcək. O, Milli Olimpiya Komitəsinin prezidenti olduğu üçün, zənnimcə, futbolla da maraqlanır”.

Siyasi icmalçının sözlərinə görə, Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir. O deyib: “Çox istərdim ki, Qarabağ münaqişəsinin siyasi yolla həlli, nəhayət, tapılsın. Ola bilsin ki, bu proses Ermənistanın yeni rəhbərliyi dövründə fəallaşacaq”.

Azərbaycana səfərindən söz açan V.Kondratyev deyib: “Bakıya səfərlərimdən birində Prezident Vladimir Putini müşayiət edirdim. Mən azərbaycanlıların Rusiya Prezidentini necə səmimi və mehriban qarşıladıqlarının şahidi oldum. Bakının necə dinamik inkişaf etdiyini də öz gözümlə gördüm. Biz “Brilyant əl” filminin çəkildiyi İçərişəhərdə olduq. İndi tanışlarım Azərbaycandan gələndə deyirlər ki, şəhər tanınmaz dərəcədə gözəlləşib. Rusiyanın cənub qonşusu Avropasayağı, dünya səviyyəsində inkişaf edir. Mən bu inkişafın davamlı olmasını arzu edirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar