Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya maraqlıdır ki, Türkiyə ilə kürdlərin arasında düşmənçilik dərinləşsin” - Politoloq


Mübariz Əhmədoğlu: “ABŞ və Türkiyə Obama dövründə kürd məsələsi ilə bağlı vahid plan hazırlamışdılar. Hətta Türkiyə öz ərazisindəki silahlı kürdləri də İraq Kürdüstanına göndərmişdi”


ABŞNATO-nun  Afrindəki kürdlərə dəstək verməsinə görə Türkiyənin ABŞ-la əlaqəsini kəsməsi doğru addım olmaz”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Duqinin Türkiyə-NATO münasibəti ilə fikirlərini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Rusiyalı filosof və Kremlin ideoloqlarından biri olaraq tanınan Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə açıqlamasında  bildirib ki, Türkiyənin artıq NATO-dan ayrılmaq vaxtı çatıb. “Afrin əməliyyatı Türkiyə siyasi tarixində çox uzun davam edən bir dövrün sonu deməkdir. İndi Türkiyənin ABŞ-la strateji ittifaqı pozmaq vaxtı çatıb. Türkiyənin NATO-dan çıxmaq perspektivi qaçılmazdır. Rusiya belə bir qərarı dəstəkləyəcək və Türkiyənin strateji ortağı olacaq”, deyə açıqlamasında qeyd edib. 

Türkiyə prezidenti Ərdoğan isə öz növbəsində bildirib ki, Afrin əməliyyatı ilə bağlı Rusiya ilə razılaşma əldə edilib və Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur: “Afrin əməliyyatı “Fərat qalxanı” əməliyyatı kimi məqsədinə çatandan sonra başa çatacaq. Bəziləri deyir ki, Afrin əməliyyatının müddəti məlum olmalıdır. Bunu deyən ABŞ-dır. Mən də soruşuram ki, ABŞ-ın Əfqanıstanda, İraqda qalma müddəti məlum oldumu? Savaş riyazi məsələ deyil. Nə zaman iş bitərsə, zatən bizim orada qalmaq niyyətimiz yoxdur, çəkiləcəyik. Bunun üçün kimlərdənsə icazə almaq fikrimiz yoxdur ”.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Картинки по запросу mübariz əhmədoğlu

Mübariz Əhmədoğlu: “ABŞ kürdlərə dəstək verməyə məcburdur. Ona görə ki, kürdlər bir faktordur və ABŞ kürdləri əlində saxlmasa, Rusiya onlara  sahib çıxacaq”.


- Mübariz bəy, demək olarmı ki, Afrin əməliyyatından sonra Türkiyənin ABŞ-la strateji müttəfiqliyi davam edəcək? 

- Duqinin Türkiyə barədə o cür fikirlər səsləndirməyə nə ağlı, nə savadı, nə də haqqı çatmır. Türkiyə-NATO münasibətləri çox dərindir və bir hərbi əməliyyatla bitə bilməz. Eləcə də Afrin əməliyyatı və Türkiyənin kürdlərlə münasibəti çox qəlizdir. Hal-hazırda gedən proseslərdə Türkiyənin kürdlərə qarşı apardığı əməliyyatlarda prosesləri  Suriya, Rusiya, İran, ABŞ və Türkiyənin özünün prizmasından eyni dərəcədə əsaslandırmaq mümkündür. Ona görə də Afrin əməliyyatında təkcə NATO günahkar deyil. 

Əslində son zamanlar kürdlərə əsas dəstəyi verən Rusiya oldu. Sadəcə olaraq Rusiya İraqdakı  kürdlərə dəstək verdi. İraq Kürdüstanında Rusiyanın 3 milyard dollarlıq vəsaiti batdı. İndi Rusiya maraqlıdır ki, Türkiyə ilə kürdlərin arasında düşmənçilik dərinləşsin  və gələcəkdə kürd məsələsi Türkiyənin qan verən yarasına çevirilsin. Bu baxımdan hələ bilmək olmaz ki, kürdlərə qarşı mübarizədə Türkiyənin əsas müttəfiqi Rusiyadır, yoxsa ABŞ... 

ABŞ tərəfdən baxanda açıq şəkildə görünür ki, ABŞ kürdlərə dəstək verməyə məcburdur. Ona görə ki, kürdlər bir faktordur və ABŞ kürdləri əlində saxlmasa, Rusiya onlara  sahib çıxacaq. Acığı bu məsələ hədsiz dərəcədə mürəkkəbdir. Əsas odur ki, indiki şəraitdə Türkiyə aktiv fəaliyyətdədir Bu aktivliyin Türkiyə üçün faydalı və ya zərərli olacağını gedişat göstərəcək. Əgər Türkiyədə Suriyadakı kürdləri qırırsa, bu, gələcəkdə ciddi şəkildə toqquşmalara səbəb ola bilər. 

- Türkiyənin NATO-dan çıxması perspektivdə mümkündürmü?

- ABŞNATO-nun  Afrindəki kürdlərə dəstək verməsinə görə, Türkiyənin ABŞ-la və NATO ilə əlaqəsini kəsməsi doğru addım olmaz. Çünki ABŞ-ın kürd siyasətində  bütün məsələlər Türkiyə ilə razılaşdırılmış halda gedib. O cümlədən, Obama hər addımını Ərdoğanla məsləhətləşərək atırdı. 

- Türkiyənin bu aşamadan sonra Suriyada ABŞ-la əlaqəli şəkildə fəaliyyəti mümkün görünürmü?

- Biz Türkiyəni sevirik deyə, həqiqəti tapdalamalı deyilik. ABŞ və Türkiyə  Obama dövründə kürd məsələsi ilə bağlı vahid plan hazırlamışdılar. Hətta Türkiyə öz ərazisindəki silahlı kürdləri də İraq kürdüstanına göndərmişdi. Yəni, orada kürdlərə bir dövlət strukturu verilməli idi. Bu planın da dalınca qaçan Türkiyə oldu. Buna görə də kürd məsələsində Türkiyənin ABŞ-a qarşı dediyi fikirlərin heç də hamısı düzgün deyil. Çünki onlar əlbir olublar və Türkiyənin müəyyən mənada səhvləri var. Digər tərəfdən,  İran da kürdlərin ABŞ-la əlaqəsini görür,  amma buna baxmayaraq, kürdlərlə yenə əlaqə saxlayır.  Regionda mövcud olan kürd faktorundan hər ölkə öz siyasətinə uyğun istifadə edir. 

- Hazırda Yaxın Şərdə şəkillənən situasiyaya görə Türkiyənin İsraillə münasibətləri yeni səhifədən başlaya bilərmi?

- İsrailə gəlincə, deyim ki, kürdlərin ən böyük səhvi İsraillə əlaqə qrması oldu. Türkiyə, o cümlədən İranı da ən çox qorxudan səbəb məhz kürdlərin İsraillə münasibətidir. Düşünmürəm ki, Türkiyə İsraillə əvvəlki səviyyədə mütəffiq olsun. Artıq İsrailin kürd məsələsində müəyyən qədər barmağı var və uzun müddət Türkiyənin daxilində kürd faktoru olacaq. Buna görə də Türkiyənin İsraillə münasibətlərində ciddi irəliləyiş gözlənilmir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar