Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qurban Qurbanovun təyinatı gecikmiş qərardır” - “Qəbələ”nin futbolçusu


Yoldaşlıq görüşündə “Zirə”yə 0-1 hesabı ilə məğlub olan “Qəbələ”nin futbolçusu İlqar Qurbanov oyundan sonra müsahibə verib


Qafqazinfo” müdafiəçi ilə müsahibəni təqdim edir:

- Uzun müddət oynamadın. Bu gün özünü necə hiss edirdin?

- 2 ay yarım idi ki, yaşıl meydanlardan kənarda qalmışdım. Ağır idi. Baramağım qırıq olsa da, məşqlərdən qalmırdım. Fitnes məşqlər edirdim. Şükürlər olsun ki. bu gün geri döndüm. Futbol üçün darıxmışdım. İndi özümü yaxşı hiss edirəm.

Demək olar ki, zədəm tam sağalıb. Milli komandaların oyunlarına görə yaranmış fasilədən maksimum istifadə etməyə çalışırıq. Bu, mənim üçün əsl fürsət oldu. 45 dəqiqə şans qazandım. Sabah da oyun keçirəcəyik. Oynasam, əla olardı. Fasilədə yaxşı hazırlaşırıq. Yoxlama oyunlarında nəticə vacib deyil. Bizi çempionatda “Neftçi” ilə çətin matç gözləyir. “Neftçi” son zamanlar formaya düşüb. Vacib qarşılaşmadır. Maraqlı görüş keçəcək. Həmişə bizimlə duelləri maraqlı keçir.

- Yığmaya yaxşı formada olsan da, dəvət almırdın. İndi isə Qurban Qurbanov yığmamızın baş məşqçisi təyin edilib. Bu haqda fikirlərin maraqlıdır...

- Bu, çoxdan baş verməli idi. Qurban Qurbanovun təyinatı gecikmiş qərardır. Azərbaycan futboluna xeyirli olsun. Azərbaycanlı oyunçulara da həmçinin. Artıq inanıram ki, haqq ədalət bərqərar edəcək.

- Artıq dəvət gözləyirsən?

- Xeyirlisi. Qurban Qurbanov elə adamdır ki, futbolçunun haqqını verir. Yaxşı oynayan kənarda qalmaz. Əgər dəvət almasam, qərarına şübhə etmərəm. Onun qərarlarına inanıram. İnanmıram ki, hansısa səbəbə görə futbolçunu kənarda saxlasın. O, ədalətli adamdır.

- “Qəbələ” “Zirə” ilə oyunlarda istədiyi kimi çıxış etmir...

- Olur belə şeylər. “Zirə”nin də haqqını yemək olmaz. Yaxşı komandadır. Yaxşı baş məşqçiləri və oyunçuları var.

- “Qarabağ”dan “Qəbələ”yə gəlmisən. Sabiq komandanı əlinin içi kimi tanıyırsan. Səncə, Ağdam komandası ilə “Qəbələ” çempionluq uğrunda mübarizə apara biləcək?

- Mübarizə hazırda “Qəbələ”, “Zirə” və “Qarabağ” arasında gedir. “Sumqayıt”ın da adını unutmaq olmaz. Bu mübarizəyə “Neftçi” də qoşulacaq. Çempionat maraqlıdır. Ötən illərlə müqayisədə “Qarabağ” üçün daha çətin olacaq.

- 3 turdan sonra çempionatda 2 aylıq fasilə yaranacaq. Bu isə çempionatın ritmi üçün çox pisdir...

- Bu, futbolçunun tempini aşağı salır. 12-14 komanda olsaydı, belə şey baş verməzdi. 8 klub çox azdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar