Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qeyri-qanuni əlil statusu verilməsinin qarşısı alınmalıdır”

Milli Məclisdə ölkədə qeyri-qanuni əlillik status daşıyanlar və bəzi əlillərin sosial müavinət baxımından incidilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub


APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edən millət vəkili Yaqub Mahmudov bildirib ki, ölkədə həddən artıq Qarabağ müharibəsi əlili və digər qruplardan olan əlil statusu daşıyan şəxslər var.
 
Deputat iddia edib ki, bir çox şəxsə bu status qeyri-qanuni verilib və bunun qarşısı alınmalıdır: "Belə çıxır ki, ölkənin yarısı ya əlildir və ya da Qarabağ müharibəsində yaralanıb. Nazir Səlim Müslümova müraciət edirəm ki, bunun qarşısı alınsın. Bu, həm büdcə məsrəfidir, həm də həqiqi əlillərimizlə müqayisədə düzgün münasibət deyil".
 
Bundan başqa, Y. Mahmudov bildirib ki, bəzi həqiqi əlillərin sosial dəstək baxımından incidilməsi faktları var və bu cür halların qarşısı alınmalıdır.

Deputat Aytən Mustafayev də əlillərlə bağlı narahatlıq olduğunu və bu məsələyə ciddi yanaşılmasının vacibliyini bildirib: "Əlillərin müavinətləri artırılmalıdır. Bundan başqa, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır. Əlillərə 50 manat müavinət verilir. Bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bu kimi hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astaradan ailə müraciət edib. Bu ailənin bütün üzvləri lal və kardır. Amma orada oxumağa məktəb yoxdur. Lal və ya kardır deyə işləyə bilməzmi? Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Birinci özümüzdən başlamalıyıq".
 
Deputatlara cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov etiraf edib ki, əksər qurumlarda bu cür şərait yoxdur: "Özümü tərifləmirəm, mən özüm nazir gələnə qədər heç Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə də əlillərin girişi və çıxışı üçün şərait yox idi. Dərhal göstəriş verdim və bu artıq həll olundu. Bütün orqanlara, təşkilatlara da məktub göndərmişik ki, binaların giriş-çıxışında əlillər üçün xüsusi şərait yaradılsın. Bununla bağlı qanunvericiliyə dəyişiklik də hazırlanıb və hazırda baxılması üçün Prezident Administrasiyasına təqdim olunub".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar