Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağdakı rejim 1992-ci ildən bəri danışıqlarda iştirak etməyə cəhd edir”




“Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimı iştirak etməsi barədə sərsəmləməsini ermənilər 1992-ci ildə səsləndirmişdi”


Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, N.Paşinyan bu cür sayıqlamalarla bu vaxta qədər Ermənistan hakimiyyətində olmuş “Qarabağ klanı”nı üstələmək istəyir: “Birincisi, Paşinyan düşmən dövlətin vətəndaşıdır və onun Azərbaycan torpağına gəlməsi cinayətdir. Paşinyan Dağlıq Qarabağa səfər etməklə ilk növbədə Azərbaycanın hava məkanını pozub”.

E.Məmmədovun sözlərinə görə, ermənilər 1992-ci ildən bu fikirdədir ki, Dağlıq Qarabağda yaradılmış qondarma rejim danışıqlarda tərəf kimi iştirak etməlidir: “Lakin Azərbaycan bunu haqlı olaraq qəbul etmir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, burada qondarma rejim yaradılıb. İnşallah, Azərbaycan Ordusunun gücü ilə biz həmin rejimi darmadağın edib cinayətkarları cəzasına çatdıracağıq. Qondarma rejim də heç vaxt danışıqlarda tərəf kimi çıxış etməyəcək. Danışıqları yalnız ErmənistanAzərbaycan apara bilər”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar