Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”la oyunlarda 14 000 şansımız oldu” - “Atletiko”nun prezidenti


“Mən gur səslə demək istərdim: Simeone oyunçular, klubun direktorları və azarkeşlər üçün toxunulmazdır. Şübhəsiz ki, ona hər şeyi etməsinə icazə verilir”


“Report”un məlumatına görə, bunu İspaniya “Atletiko”sunun prezidenti Enrike Serezo komandanın baş məşqçisi Dieqo Simeonenin ünvanına yönəlmiş tənqidlərə cavab verərkən deyib.

Serezo komandanın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını belə dəyərləndirib: “Bunu hər zaman deyirəm: Biz futbol oynayırıq. Oyun isə necə varsa, elədir. Hərdən udur, hərdən də uduzursan. “Roma” ilə oyunda hesabı 4 dəfə aça bilərdik. “Qarabağ”la matçlarda isə 14000 şansımız oldu. Bu, təkcə “Atletiko”nun oyunçularının yox, bir çox elit klubun üzləşdiyi problemdir. Mən yenə fantastik komandamızın, gözəl baş məşqçimizin və fenomenal fanatımızın olduğu fikrindəyəm. Bunlar mənim üçün kifayətdir”.

Klub prezidenti C qrupunda 4 oyundan 2 xala malik “Atletiko”nun qalan 2 matçda möcüzə etməsinin çətin olacağını deyib. Bununla belə, Serezo bildirib ki, möcüzəyə yalnız komandanın özü inana bilər: “Siz klubun ayağa qalxacağını hamıdan az gözlədikdə onda da heç nə alınmayacaq. Hədəfimiz qalan 2 oyunu udmaq və “Çelsi” ilə “Roma”nın “Qarabağ”la görüşlərdə büdrəyəcəklərinə ümid etməkdir. Avropa Liqasına düşsək belə, titul uğrunda mübarizə aparacağıq. Qazanacağımız istənilən titul çox yaxşı nailiyyət olacaq”.

Qeyd edək ki, “Atletiko” indiyədək İtaliya “Roma”sı və “Qarabağ”la səfər oyunlarından qolsuz heç-heçə ilə ayrılıb. Azərbaycan komandası ilə Madriddəki görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Yalnız “Çelsi” ilə ev oyununda “Atletiko” məğlubiyyətlə üzləşib – 1:2. 4 turdan sonra C qrupuna 8 xalla “Roma” başçılıq edir. “Çelsi”nin 7, “Atletiko”nun 3, “Qarabağ”ın 2 xalı var. Noyabrın 22-də keçiriləcək V tur matçlarında “Qarabağ” “Çelsi”ni, “Atletiko” “Roma”nı sınağa çəkəcək. Son turda – dekabrın 5-də isə “Roma” “Qarabağ”ı, “Çelsi” “Atletiko”nu qəbul edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar