Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pokrovka Məhərrəm"i həbsdən buraxıb vaxt qoydular


Azərbaycanlı iş adamına Ruusiyanı tərk etmək qadağan olunub


Moskva məhkəməsi “Food City” ticarət mərkəzinin ərazisində iri tərəvəz bazasının sahibi, Azərbaycanın Şəmkir rayonunun Çinarlı kəndindən olan Məhərrəm Novruz oğlu Zeynalovun azad edilməsi barədə qərar çıxarıb. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bunu Zeynalovun qohumları bildiriblər.

Xatırladaq ki, “Pokrovka Məhərrəm” kimi tanınan iş adamı martın 30-da Rusiya DİN Moskva Baş İdarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Onun barəsində xüsusilə iri məbləğdə dələduzluq faktı üzrə cinayət işi başlanmışdı.

Daha öncə Zeynalov Moskvanın Qərbi Biryulovo səmtindəki Pokrovka tərəvəz bazasında iri topdansatış ticarətçisi olub. Həmin baza 2013-cü ilin oktyabr ayının kütləvi iğtişaşlarından sonra bağlanmışdı. Zeynalovun biznesini “qanuni oğru” Mirseymur Abdullayev “himayə edirdi”, lakin sonuncunun 2003-cü ildə öldürülməsindən sonra bu “səlahiyyətlər” 2016-cı ildə İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Canıyevə (Rövşən Lənkəranski) keçmişdi.

Pokrovka bazasının bağlanmasından sonra azərbaycanlı iş adamı “Food City” meyvə-tərəvəz bazarına köç etmişdi.

Zeynalovun müxtəlif şəxslərə 13 milyon dollar borcu vardı. Bu borc hələ Pokrovka bazası vaxtından yığılıb qalmışdı. Yalnız Domodedovodakı “Çetıre sezona” (Dörd fəsil) bazasından 9 nəfər Zeynalovla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişdilər.

Eyni zamanda, azad edilməsini gözləyən iş adamı şərt kəsilmiş vaxt ərzində borclarını qaytarmalıdır – həbsxanada olduğu təqdirdə o, bunu edə bilməzdi. 3 il ərzində Zeynalova Rusiyanı tərk etmək qadağan olunub.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar