Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Peşəkar ordu sisteminə keçid üçün öncə qanunvericilik bazası yaradılmalıdır”


“Bundan ötrü birinci növbədə qanunvericilik bazası yaradılmalıdır”


“Dünyanın bir çox, əsasən Qərb ölkələri peşəkar ordu sisteminə malikdir. Qərb ölkələrində, o cümlədən ABŞ, Almaniya, İsveçrə və s. ölkələrdə peşəkarlarla yanaşı, həm də çağırışçılar hərbi xidmət keçirlər”.

Hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bunu “Yeni Müsavat”a peşəkar ordu ilə bağlı açıqlamasında bildirdi. Qeyd etdi ki, bəzi ölkələrdə ordu sırf peşəkarlardan ibarətdir: “Çin xalq ordusu təxminən 2,5 milyon hərbiçidən ibarətdir. Təxminən milyard yarıma qədər vətəndaşı olan bir ölkənin faiz etibarı ilə ordusunun əhalisinə nisbətən az olması onun yüksək peşəkarlığa malik olması ilə bağlıdır. Məsələn, KXDR ordusunun tərkibi 5 milyondan çoxdur. Belə ki, ÇXR ordusuna çağırışçılar çox çətin müsabiqədən keçirlər. Yalnız beş nəfərdən bir nəfər bu sınaqlardan keçib orduya çağırılır. Ordunun peşəkar və çağırışçılardan təşkil olunması həmin ölkənin buna nə qədər hazır olmasından asılıdır”.

Bəs Azərbaycan necə, peşəkar orduya keçə bilərmi? Hərbi ekspert deyir ki, maliyyə resursları və demoqrafik vəziyyət Azərbaycana peşəkar ordu yaratmağa imkan verir: “Amma sual budur ki, biz ümumilikdə buna nə qədər hazırıq? Bunu etməkdən ötrü birinci növbədə qanunvericilik bazası yaradılmalıdır. Bu isə olduqca məsuliyyətli, ağır bir işdir. Müdafiə Nazirliyi və digər güc strukturları mövcud qanunvericiliyə uyğun olan bütün imkanlardan istifadə edərək əvvəlki ordu ştat strukturunu xeyli təkmilləşdirmiş, peşəkarlaşdırmışlar. İndi manqa komandirləri çavuşlar, sürücülər, mexanik-sürücülər, tank komandirləri, tuşlayıcılar və sair hərbiçi ştat vahidlərini tutan şəxslər gizir və müddətdən artıq xidmət edən çavuşlardır. Xüsusi təyinatlılar isə bütünlüklə peşəkar hərbiçilərdir”.

Ancaq T.Eyvazovun fikrincə, ordumuzun tam şəkildə peşəkar ordu sisteminə keçməsi üçün müəyyən vaxt lazımdır: “Biz Avropadan nümunə gətiririk. Amma yaxşı olardı böyük dövlətçilik tarixinə malik, bizə milli, dini, məişət və mədəniyyət baxımından yaxın olan qonşu ölkələrin də təcrübəsinə istinad edək. Bildiyiniz kimi, qardaş Türkiyə Silahlı Qüvvətləri həm çağırışçılardan, həm də peşəkarlardan ibarətdir. İran İslam Respublikasında da bütün sağlam gəncləri orduya çağırırlar. Bu ölkənin Silahlı Qüvvələrinin avanqardı olan SEPAH isə əsasən peşəkarlardan təşkil edilib və son Suriya, İraqda baş verən döyüşlərdə biz onların yüksək professionallığının şahidi olduq. Ordumuzda son baş verən olaylardan məlum oldu ki, biz hələ müddətdən artıq xidmət edən çavuşlar institutunu lazımi səviyyədə formalaşdıra bilməmişik. Təbii ki, bunun bir çox obyektiv və subyektiv səbəbləri var, onlar barədə aidiyyəti instansiyalara fikirlərimizi çatdırmışıq və bu yönümdə işlər aparılmaqdadır”.

Hərbi ekspertin fikrincə, günü sabah elan verib peşəkar ordu sisteminə keçmək mümkün deyil: “Buna vaxt, vəsait, hüquqi baza yaradılmalıdır. Amma tezliklə mövcud qanunvericilik bazası əsasında ön cəbhədə səngərdə olan 18 yaşlı gənclərin ehtiyatdan çağırıb ciddi hazırlıq keçən müddətdən artıq xidmət keçən hərbiçilərlə əvəz edilməsi vacibdir. Təbii ki, bunun üçün çox ciddi hazırlıq işləri görülməlidir. Bu vacib tədbiri yalnız Müdafiə Nazirliyinin öhdəsinə qoymaq olmaz. Aidiyyəti dövlət orqanları bu vacib tədbiri birlikdə həll etməlidirlər. Digər bir məqamda var. Biz gənc dövlətik. Əgər birdən tam peşəkar ordu sisteminə keçsək, bir müddət sonra bunu hansı hərbçi kadrlarla təmin edəcəyik? Hazırda isə çağırışçı gənclər 18 ay xidmət keçib, hərbin sirlərini öyrənir, ön cəbhədə olanlar isə əsil döyüş təcrübəsi qazanırlar. Tərxis olunduqdan bir müddət sonra isə peşəkar hərbi birləşmələr üçün məhz belə gənclərin arasından kadrlar seçmək mümkündür. Təbii ki, bu işə onlarin cəlb edilməsi üçün geniş təbliğat işi aparılmalı, məsələnin maddiyyət tərəfi cəlbedici olmalıdır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar