Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Palata “uşaq-muşaqla” haqq-hesab çürüdür” - Bank üzrə ekspert


Əkrəm Həsənov: “46 sığorta agentliyinin və 22 kredit təşkilatlarının lisenziyalarının ləğv olunmasının ciddi təsirləri olmayacaq”


“Palata bank sisteminə daha çox diqqət ayırmaqdansa, “uşaq-muşaqla” haqq-hesab çürüdür”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov MBNP-nin sığorta agentlikləri və kredit təşkilatları ilə bağlı qərarını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə 46 sığorta Agentliyinin və 22 kredit təşkilatlarının lisenziyaları ləğv olunub. MBNP-nin  bu addımları maliyyə-kredit bazarına necə təsir edəcək və bu tədbirlər maliyyə bazarının sağlamlaşdırılması üçün yetərli olacaqmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənova müraciət edib.

Image result for ekrem hesenov

Əkrəm Həsənov: “Problem ondadır ki, maliyyə-kredit sistemində suyu bulandıran əsas oyunçular, yəni, banklar kənarda qalıb”.


46 sığorta Agentliyi və 22 kredit təşkilatlarının lisenziyalarının ləğv olunmasının maliyyə-kredit bazarına təsirinin yox səviyyəsində olduğunu vurğulayan ekspert Əkrəm Həsənova görə, MBNP-nin bu addımı maliyyə bazarının sağlamlaşdırılmasına təsir etməyəcək:

“Ümumən 46 sığorta agentliyinin və 22 kredit təşkilatlarının lisenziyalarının ləğv olunmasının maliyyə bazarına ciddi təsirləri olmayacaq. Çünki lisenziyası ləğv olunanların təşkilatların çoxusu faktiki olaraq, maliyyə bazarında o qədər də aktiv deyildi və ya fəaliyyətini demək olar ki, tam dayandırmışdılar. Bununla belə, bazarın təmizlənməsi müsbət addımdır. Sadəcə problem ondadır ki, maliyyə-kredit sistemində suyu bulandıran əsas oyunçular, yəni, banklar kənarda qalıb. Palata bank sisteminə daha çox diqqət ayırmaqdansa, “uşaq-muşaqla” haqq-hesab çürüdür”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar