Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onların Qurban Qurbanovdan inciməyə haqqı yoxdur”


Milli komandamızın sabiq qapıçısı, hazırda AFFA-nın kütləvi futbol layihəsinin koordinatoru vəzifəsində çalışan Cahangir Həsənzadə Qol.az-a müsahibə verib


 “Səbail”in Müşahidə Şurasının üzvü də olan veteran qolkiper bir çox məqamlara aydınlıq gətirib.

- Əvvəlcə, “Səbail”dən başlayaq. Komandanın hazırlıq prosesi bir klub rəsmisi kimi sizi qane edirmi?

- Komanda dövrələrarası hazırlıq mərhələsini çox səmərəli keçirdir. İkinci hissəli təlim-məşq toplanışı oldu. Bakıdakı toplanışda futbolçuların fiziki durumlarını səhmana salırdılar. Antalyada isə oyunlar oynayıb, taktiki planları həyata keçiririk. Klub olaraq, baş məşqçiyə şərait yaratmışıq ki, əlindən olan futbolçulardan səmərəli istifadə etsin. Düşünürəm ki, hazırkı şəraitdən məmnundurlar.

- Digər klublarla müqayisədə “Səbail”də legioner transferi az oldu. Bu, büdcə, yoxsa daha çox yerli futbolçulara şans vermək istəyilə bağlıdır?

- Sözsüz ki, klubun öz strategiyası var. Komanda birinci ildir, Premyer Liqada çıxış edir. Hətta büdcəmiz də imkan versəydi, ilk ildə səs-küylü transferlər etmək məntiqdən uzaq olardı. Hələlik klubun onurğa sütünü formalaşdırılır. Birinci il üçün nəticələr qənaətbəxşdir. Biz gələcəyin komandasını qurmaq üçün indidən fundamental məsələlərə yanaşırıq. Maraqlandığımız legionerlər də var. Baş məşqçi istədiyi futbolçunu heyətə qatmaq iqtidarındadır. Biz ona hər cür dəstək olmağa çalışırıq. Amma gurultulu transferləri nəzərdə tutursunuzsa, burada büdcə də rol oynayır. Bizim büdcəmiz iddialı klublardakı qədər deyil. Əlimizdə olan vəsaitin səmərəsini artırmaq niyyətindəyik. Ona görə də güc yerli futbolçuların üzərinə düşür.

- Qeyd etdiniz ki, gələcəyin komandasını formalaşdırmaq istəyirsiniz. Bunun üçün ən önəmli məqamlardan biri də uşaq futbolunun inkişaf etdirilməsidir. Bu istiqamətdə nə kimi işlər görülür?

- Futbolun inkişafı üçün uzun vaxt lazımdır. İstənilən addımı minimum 1 ay və ya 1 il önə atmalısan. Həmin addımın səhv, yaxud düz olduğu bir müddətdən sonra bilinir. Uşaq futbolu da bunun kimidir. Çalışırıq ki, uşaq futboluna diqqət ayıraq. Rəhbərlik olaraq heç bir yaş qrupunun qarşısına konkret məqsədlər qoymuruq. Bizim hədəfimiz akademiya olaraq, birinci komandaya futbolçu yetişdirməkdir. Bu, nə qədər çəkəcək, zaman göstərəcək. Maraqlanmısınızsa, aşağı yaş qruplarında çalışan məşqçilərimiz kifayət qədər yüksək lisenziyalı mütəxəssislərdir. Hamısı A kateqoriyalı məşqçilərdir.

- Mövzunu dəyişək. Sizin oynadığınız dövrdəki ilə indiki Premyer Liqanı necə müqayisə edərdiniz?

- Reallığa qalsa, səviyyə bir az da olsa düşüb. Ola bilsin, hansısa futbol mütəxəssisləri mənə irad tuta bilərlər ki, sən o vaxt oynamısan deyə elə düşünürsən. Mən daha Azərbaycan futboluna yanaşma, onun təbliği tərəfini nəzərdə tuturam. Hardasa 8 il arxaya getsək, görərik ki, o vaxt azarkeşlərin futbola marağı daha çox idi. Komandaların sayı daha çox idi. Futbolla maraqlanan cəmiyyət püxtələşməyə doğru gedirdi. Amma bü gün sanki uçurum, boşluq var. 8 komandanın 50 faizində əsasən əcnəbi futbolçulardır. Yerdə qalan 50 faiz yerli oyunçu isə özlərinə yer tapa, inkişaf edə bilmirlər. Nəticədə hər şey milli komandaya təsir edir. Bu mövsüm 2-3 komanda açıq-aşkar favorit qismindədir. Birincisi “Qarabağ”dır. Həm oyun, həm də turnir cədvəli baxımından hər tərəfli favoritdir. İkincisi “Qəbələ”dir. Turnir baxımından olmasa da, oyun, heyət, transfer, maliyyə cəhətdən önə çıxır. Digər klubları isə sadəcə sıralaya bilərəm. “Sumqayıt”öz dəsti-xətti ilə seçilir. Ümumi götürəndə, çempionatda böyük rəqabət görmürəm.

- Rəqabətsizlik mühiti futbolumuzun gələcəyinə nə dərəcədə təsir edə bilər?

- Gələcəkdə bizim üçün böyük problemlər yarada bilər. Bu, qaçılmaz amillərdir. Bu şeylər ildən-ilə öz əksini tapacaq. Gənc nəslin futbolçu kimi yetişməsinin qarşısını alacaq.

- Ötən ilin sonlarında milli komandaların məşqçilər korpusunda əsaslı dəyişikliklər oldu. Robert Prosineçkini çoxdandır bu vəzifəyə təyinatı gözlənilən Qurban Qurbanov əvəzlədi. Bundan sonra təkcə əsas yox, aşağı yaş qrupları da Qurbanovun ixtiyarına verildi. O da öz növbəsində potensialına güvəndiyi gənc kadrları ətrafına yığdı. Sizcə, bu təyinatlar milli komandaya nə verə bilər?

- Yığma komandalara təyin olunmuş məşqçilər cavan, ambisiyalı, müəyyən qədər savadlı və futbolu bilənlərdir. Burda əsas məqam onların yeniliklərə açıq olmasıdır. Amma bu o demək deyil ki, onların biliklər üst səviyyədədir. Hər bir məşqçi daim öyrənməlidir. Qurban müəllimin bu gün millinin baş məşqçisidirsə, “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində çıxış edibsə belə, düşünmürəm ki, o, artıq öz inkişafına “dayan” işarəsi qoyub. Mütəmadi olaraq, öz üzərində işləyir, yenilikləri öyrənir və gördüyümüz qədər tətbiq edir. Əks halda bizim Çempionlar Liqasında oynamağımız mümkün olmazdı. Dünya praktikası da göstərir ki, artıq gənc mütəxəssislərin vaxtıdır. Çünki onlar ambisiyalı və yeniliklərə açıqdırlar. Bunun mənfi tərəfi də var. Dünya görüşləri və təcrübələri azdır. Amma düşünürəm ki, gənclər təcrübəli mütəxəssislərdən maksimum yararlanmaq qabiliyyətinə malikdirlər.

- Bir neçə gün öncə Qurban Qurbanov milli komandanın heyətini açıqladı. Baş məşqçinin ilk siyahısı birmənalı qarşılanmadı...

- Gəlin, məsələyə başqa tərəfdən baxaq. İstənilən halda, yığma komandaya dəvət alanların sayı 25-30 nəfərlə məhdudlaşmır. Özünə hörmət edən futbolçu milli komandaya can atmalı, bunun üçün əlindən gələni etməlidir. Digər tərəfdən, baş məşqçi bütün ambisiyalı uşaqları yığmaya çağırmaq imkanına malik deyil. Bu, yığma komandadır. Burda heç kimin fərdi yanaşması önə çıxmır. Orda işləyən mütəxəssislər də anlayırlar ki, onlar Azərbaycanın simasıdırlar. Hər bir futbolçunun ora düşməyə can atması bəyəniləsi bir şeydir. Amma reallıq da var ki, baş məşqçi yeni təyin ounub. İlk növbədə özünün istədiyi futbolçuları nəzərdən keçirməlidir. Bu, hələ birinci təlim-məşq toplanışıdır. Bundan sonra da dəyişikliklər olacaq. Heç kəs düşünməsin ki, Qurban Qurbanov illər boyunca ancaq bu futbolçularla davam edəcək. Xeyr, sadəcə olaraq, Qurban müəllim əvvəl çağırılmayan uşaqlara şans verdi. Onları kifayət qədər izləyib. Yaxşı tanıyır deyə həmin futbolçuları çağırıb. Sözsüz ki, onlar da baş məşqçinin rəğbətini qazandıqları üçün bu gün millidədirlər. Çağırılmayanların inciməyə haqqı yoxdur.Həmin futbolçular ən pis halda çempionat oyunlarında meydana çıxıb, özlərini sübut etməyə çalışmalıdırlar. Burda hansısa azarkeş kütləsinin dalınca getmək lazım deyil. Yaxşı məşqçi odur ki, nəticə qazandığı halda şöhrət axtarmır, uduzduğu halda isə bəhanələrin arxasında gizlənmir. Bu cür münasibət bəsləmək lazımdır. Hətta çağırılmayan futbolçular belə yığmaya psixoloji dəstək olmalıdırlar. Baş məşqçinin üzərinə düşən yük çox böyükdür. Gərək, bunu anlayaq və ona köməklik göstərək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar