Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkəmizə qarşı müəyyən dairələr tərəfindən təzyiqlər üçün düymə basılıb”


Məhəmməd Əsədullazadə yazır


Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli çərçivə sazişinin bağlanması üzrə aparılan danışıqlar baş tutmadı. Avropa İttifaqı artıq, Azərbaycanla hərtərfli saziş imzalamayacaq. İttifaq saziş üçün Azərbaycan tərəfinə yeni şərtlər irəli sürüb.

Görünür, ölkəmizə qarşı müəyyən dairələr tərəfindən təzyiqlər üçün düymə basılıb. Yeni şərtlərə əsasən, Brüssel məhkəmə sisteminin azadlığı, plüralizm və insanhüquqları sahəsində islahatlar və digər şərtlər irəli sürüb. Avropa İttifaqı hesab edir ki, hərtərəfli saziş adlanan müqavilə təkcə, şirkətləri deyil, vətəndaşların da faydalanmasını təmin etməlidir.

Qeyd edim ki, iki ilə yaxındır ki, Brüssellə rəsmi Bakı arasında danışıqlar aparılır. Bu danışıqlarda və razılaşdırılan bəndlərdə həmin şərtlər çıxarılmışdı. Və, payızda hərtərəfli çərçivə sazişinin bağlanılması gözlənilirdi. Azərbaycan Avropanın enerji şaxələndirilməsi siyasətində əsas ölkədir. Qitənin enerji təhlükəsizliyi üçün geoiqtisadi lahiyələrə imza atır. Brüssel və Bakı ortaq mövqe nümayiş etdirib, çərçivə sazişini bağlamalıdır.

Yenidən İttifaqın yadına bu şərtlərin düşməsi təccüblü deyil. Çünki Azərbaycan regionda bir sıra uğurlu lahiyələrə imza atır və regionda dəyişən şərtlər bunları hərəkətə gətirib. Təbii ki, bu şərtlər ölkəmizin hüquqi və demokratik inkişafı üçündür. Yenidən danışıqların bərpası və şərtlərin rəsmi Bakı tərəfindən qəbul edilməsini arzu edirik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar