Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Okeanlarda suyun səviyyəsi yarım metrdən çox qalxacaq, böyük daşqınlar olacaq“




Əsrin sonlarına qədər dünya okeanında suyun səviyyəsi yarım metrdən çox qalxacaq. Bu da sahilyanı şəhərlərin və adaların qlobal daşqınlara məruz qalacağı təhlükəsini yaradır


"RİA Novosti" xəbər verir ki, Boulder şəhərindəki Kolorado Universitetinin amerikalı klimatoloqları bu nəticəyə gəliblər.

Onların "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilən araşdırmalarına görə, aeromüşahidələrə əsaslanaraq qurulan dinamik modullar vasitəsilə alimlər dəniz səviyyəsinin ildə 2,9 millimetrə qədər qalxdığını müəyyənləşdirə bilib.

Son 25 ildə isə bu göstərici orta hesabla ildə 0,084 millimetr olub. Əldə edilmiş nəticələrə əsasən, alimlər belə qənaətə gəliblər ki, 2100-cü ilə qədər dünya okeanında suyun səviyyəsi əsrin əvvəlləri ilə müqayisədə 65 santimetr qalxacaq.

Alimlər hesab edirlər ki, suyun səviyyəsinin qalxması nəticəsində baş verəcək daşqınlar Cənubi Florida, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsinə zərbə vuracaq. Onlar gələcək kataklizmlərin səbəbi kimi qlobal istiləşmə səbəbindən Qrenlandiya və Antarktidada buzlaqların dəhşətli dərəcədə əriməsini göstəriblər/Report.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar