Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nüvə təhlükəsi aradan qalxanadək Şimali Koreyaya qarşı sanksiyalar davam edəcək”

“Biz bu gün hərtərəfli əməkdaşlığa dair saziş imzaladıq və düşünürəm ki, Kim Şimali Koreyaya çatanda prosesə tezliklə başlayacaq”


"Foxnews"un verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Sinqapurda Şimali Koreya lideri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 
 
D. Tramp bildirib ki, Kim Çen Inın ölkəsi üçün yaxşı gələcək yaratmaq şansı var: “Hamı müharibə edə bilər, amma ən cəsarətli şəxslər sülh yarada bilər. Biz yeni tarix üçün hazırlıq gördük. Biz yeni səhifələr yazmağa hazırıq. Keçmiş gələcəyi müəyyən etməməlidir. Bu, dünyanın tarixində ən mühüm anlardan biridir”. 
  
D. Tramp qeyd edib ki, Kim Çen In bu cür danışıqları başlatmaq üçün ondan əvvəlki ABŞ prezidentlərinə etimad göstərmədiyini söyləyib. O, görüş və anlaşmanın Şimali Koreya qədər ABŞ üçün də önəmli olduğunu vurğulayıb.

Bununla belə, D. Tramp Şimali Koreyaya qarşı sanksiyaların davam edəcəyini deyib. Onun sözlərinə görə, nüvəsizləşmə uzun prosesdir: "Şimali Koreyaya qarşı tətbiq edilmiş sanksiyalar nüvə təhlükəsinin aradan qalxdığına əmin olduğumuz zaman ləğv ediləcək. Mən sanksiyaları ləğv edəcəyim anı səbirsizliklə gözləyirəm”.

D. Tramp Şimali Koreyalı həmkarına həqiqətən də güvəndiyini etiraf edib: “Bəli, Kimlə görüşmək böyük məsuliyyət idi. Amma bu, hər birimiz üçün yaxşı oldu. Mən Kimə inanıram. Düşünürəm ki, o bu razılaşdıqlarımızın gerçəkləşməsini istəyir”.

O, 70 ildən artıqdır, davam edən Koreya müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini deyib.

ABŞ prezidenti Sinqapura bu sammitə uğurla ev sahibliyi etdiyi üçün təşəkkürünü çatdırıb.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar