Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Niyə hər yerə başını soxursan?” – Astan Şahverdiyev cəzalandırılacaq


Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevlə bağlı toplanacaq


PİA.AZ xəbər verir ki, bu barədə “Ölkə.Az”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev məlumat verib.

A.Abıyev bildirib ki, Astan Şahverdiyev dediyi fikirlərinə görə bir neçə dəfə qalmaqal yaradıb:

“Hətta, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb. Adama deyərlər, sən öz işindən danış da! Sən bu işin içində deyilsənsə, niyə yalan danışırsan? Axı kim səndən danışmağı xahiş edir? Anlaya bilmirəm ki, Astan Şahverdiyev, niyə hər yerə başını soxursan? Bu cür hadisələr çox olur. Görmədiyin şeylərə görə niyə əminliklə danışırsan? Deputat yalan danışmaz”.

A.Abıyev deyib ki, hazırda Komissiya üzvləri, deputatlar tətildədirlər:

“Sentyabrın 5-10-dan sonra deputatlar işə qayıdanda yəqin ki, bu məsələ ilə bağlı toplanacağıq. Sentyabr ayı gəlsin, mən bu məsələ ilə bağlı Komissiyanın iclasını keçirəcəm”.

Xatırladaq ki, Milli Məclisin deputatı Astan Şahverdiyevin Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı “Ölkə.Az”-a müsahibəsi qalmaqal yaradıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar