Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftin qiyməti 100 dollar/barelə yüksələ bilər” - “Alpari”


“Neftin qiyməti 100 dollar/barelə yüksələ bilər, özü də bu, gələn il olacaq”


Bunu “Report”a “Alpari” analitik departamentinin direktoru Aleksandr Razuvayev “Merrill Lynch”dən olan amerikalı ekspertlərin ilin sonuna neftin bir barrelinin qiymətinin 100 dollara çata biləcəyi ilə bağlı proqnozuna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, böyük investisiya bankları tərəfindən ilk optimist qiymətləndirmədir. “Həmkar analitiklərin fikrincə, neft bazarında buma səbəb olacaq əsas amillər Venesuelada istehsalın azaldılması, ABŞ-ın İranla nüvə sazişindən çıxması, hasilatın məhdudlaşdırılması haqqında OPEC+ müqavilələrinin işə düşməsi olacaq. Hələ ötən ilin sonunda 2018-ci il üçün İllik Strategiyada “Brent” markalı neft üçün hədəfi 80 dollar/barel müəyyənləşdirmişdik. Bu göstəricinin bu ilin ilk yarısında əldə olunacağına inanmaqda davam edirik. 2018-2019-cu illərdə məhz buna orientasiya etməyi tövsiyə edirik. Təbii ki, qiymət hədəfimizdən yayına da bilər”, – departament direktoru bildirib.

Eyni zamanda, A.Razuvayev neftin qiymətinin uzun müddət 100 dollar/barel səviyyəsində qalmayacağını və 80 dollar/barel civarında tənzimlənəcəyini düşünür.

Neft bazarındakı ümumi vəziyyət haqqında danışan ekspert qeyd edib ki, OPEK+ çərçivəsində neft hasilatını azaltmaq üzrə razılaşmanın 2018-ci ilin sonuna qədər uzadılması razılaşmaya qoşulmayan ölkələrdə istehsalın artımına gətirib çıxarıb: “İlk növbədə, bu, ABŞ-a aiddir. Orada hasilat sazişin imzalanmasından sonra 18% artıb və nəticədə ABŞ indi Rusiyadan sonra neft istehsalında ikinci yerdədir. İndi Rusiya sutkada 11,35 milyon barel, Səudiyyə Ərəbistanı 9,92 milyon barel neft hasil edir. Pessimist insanlar hələ də amerikalı neftçilərin bazarı çökdürə biləcəyini düşünürlər. Onlar davamlı texnologiyalar üzərində işləyirlər və ABŞ neftinin maya dəyəri daim azalır. Üstəgəl, FED dərəcələrinin yüksəldilməsi neftin qiymətinin aşağı düşməsinnin xeyrinə olan mühüm uzunmüddətli amildir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar