Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məni bir akademikin adı ilə söyənlər…” – Mir Şahindən etiraz


“Məni bir akademikin adı ilə söyən adamlar bir şeyi anlamır ki, akademik məni bir dəfə, amma bu adamlar yüz min dəfə söyüb”


Kult.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib. O bildirib ki, bu barədə ilk dəfə danışır:

“Məni bir akademikin adı ilə daha çox söyürlər. Tamaşaçılar cavandır. Əksəriyyəti müstəqillik dövründə dünyaya gəlmiş insanlardır və onlar bəlkə də məni heç tanımırlar. Onlar bizim keçmişimizdən xəbərdar deyil”.

Mir Şahin vurğulayıb ki, o, elə-belə jurnalist deyil:

“Mən 25 il bundan öncə Gəncə hadisələrini, Azərbaycan dövlətinin neçə parçalandığını, bizim vətəndaşlarımızın bir-birini necə qırdığını, Şimal tərəfdən “Sadval” təşkilatının nümayəndələrinin zurna çala-çala bizim sərhədi necə tapdalayıb keçdiyini görmüşəm. Vahid Mustafayevlə mən o kütlənin ayağının altında qalmışıq. Bizi Dərbəndə əsir aparıb Rus Dram Teatrında 8 saat girov saxlayıblar. Mən Qarabağda gedən döyüşlərdə olmuşam. Və mən bu dövlətin nə boyda çətinliklər, əzab-əziyyətlər bahasına formalaşdığının şahidiyəm. Nə vaxtsa mən ölüb gedəcəm. Amma Azərbaycan jurnalistikası tarixində bapbalaca bir cümlə də olsa, adım yaşayacaq. Məni söyənlər o cümləyə hörmət etməyən insanlardır. Allah onların canını salamat eləsin!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar