Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən 5 il əynimə 1 paltar ala bilməmişəm”

Aktyor Fərda Xudaverdiyev müsahibə verib


- Yeniliklərdən danışardınız...

- Hər zaman yeniliyimiz var. Bizim “Asiman İsabala” obrazları 3 illik kontraktladır. Burdan sizin vasitənizlə Şamxal bəyə təşəkkürümü çatdırıram. Əziyyət heç bir zaman itmir. “Asiman İsabala” obrazlarının filmini ilk dəfə 2008-ci ildə çəkmişdik. Amma 2 il sonra bizə maddi baxımdan kömək olan insanın vəziyyəti birdən-birə pisləşdi. Filmimiz montajda ola-ola dedi ki, mənim pulumu geri qaytarın. Məcbur olub, 17800 manatı özüm verdim. Çəkdiyim o əziyyətlərin sonunda, 9-10 ay sonra o obraz yenidən dirildi. Buna görə də “Xəzər TV”-nin rəhbəri Şamxal bəyə təşəkkür edirəm. Şükürlər olsun ki, o əziyyətim yerdə qalmadı. Növbəti ildə bunun davamı olacaq. “Qız qaçırtma” da bizə böyük uğur gətirdi. Bunun da filmi bu il olacaq.
 
- Bütün bu işləri həyata keçirəndə tamaşaçı zövqünü nəzərə alırsınız, yoxsa...

- Mən heç bir zaman tamaşaçı onu istəyir deyə iş görməmişəm. Allahım buna şahiddir. Mənim öz yumorlarım var. Mənim yaradıcılığımı uzun illər izləyənlər bilir ki, mənim zarafatım hansıdır. Bütün rollarımı öncədən düşünürəm, əgər gülməli deyilsə, onu etmirəm. Bunun müqabilində nələrsə alınır. Bu gün məşhur olmaq çox asandır. Sosial şəbəkədə hərənin öz səhifəsi, “youtube” kanalı var. İstənilən halda kimisə yamsılamaq uğur gətirmir. Bu işlə məşğul olan hər kəsə arzu edirəm ki, daha savadlı, heç kimin ağlına gələ bilməyəcək zarafatlar etsinlər. Bunun da davamı yaxşı gələcək.
 
- Azərbaycan tamaşaçısını güldürmək asandır?

- Deməzdim ki, asandır. Sosial şəbəkədə oturan kütləni, xüsusən də yeniyetmələri güldürmək çox rahatlaşıb. Hətta mənə “vine”lər atırlar, şok oluram ki, buna necə gülmək olar?  Hətta həmin videolara gələn baxışlara, şərhlərə baxıb gülürəm. Nəyə gülürsüz? İstəmərəm ki, o cür tamaşaçı məni izləsin. Hər kəsin bacara bilmədiyi zarafatları yazmaq lazımdı. Uşaqlar var ki, çayxanada, "Whatsapp"da bir-birilərinə etdiyi zarafatları kətirib kinoya çıxardıblar. Bunun da fəsadları bir müddət sonra özünü göstərəcək.
 
- “Viner”lərdən söz düşmüşkən, bir çoxları hazırladıqları səhnəcikdə etik normaları gözləmirlər. Buna münasibətiniz?

 - Çox təəssüf ki, onlara nəzarət etmək çox çətindir. Amma müəəyən qadağalar olsa, yaxşı olar. Çünki profil şəxsi olsa da, digər izləyici də o videonu götürüb paylaşır, ictimailəşir. Mən demirəm ki, “viner”lərin sayı azalsın. Mən keyfiyyətin artırılmasının tərəfdarıyam. Onların aralarında 1-2 dənə yaxşıları da var. Tək-tük uşaqlar var ki, gec-gec iş təqdim etsələr də, yaxşı işlər təqdim edirlər.
 
- Bəs Fərdanın özü nəyə gülür?

- Çox təəssüf ki, az gülürəm. “Qardaşlar” serialının çəkilişində çox gülürəm. Ən çox güldüyüm Elməddin və Ənvərdi. Yəni öz aramızda deyib-gülürük. Cem Yılmaza da çox gülürəm.
 
- Belə bir açıqlama vermişdiniz ki, 1 milyon manat pul versələr, qadın qiyafəsində qadın obrazını canlandırmazsınız. Bu fikriniz birmənalı qarşılanmadı...

- Aktyorluq sənətində bu var. Heç bir zaman böyük aktyoram iddiası ilə də çıxış etməmişəm. Sadəcə, bu, xarakterimə yad bir şeydir. Mənə onla güldüklərini zənn edəcəm, yəni vücud olaraq mənim paltarıma güldüklərini düşünəcəm. Kişi qadın paltarı geyinsə, onsuz da gülməli görünəcək. Çünki bir qəlib dəyişdirirsən, əks cinsi göstərirsən. Səndə olmayan imkanları əski parçaları ilə göstərirsən, dodağını da qabağa verirsən, bu, artıq özü gülməlidi. Onun içində nə etsən, güləcəklər. Kim geyinirsə, xeyirli olsun. Peşəkar aktyorlarımız da geyiniblər. Hətta rəhmətlik Yaşar Nurinin özü də mənə dedi ki, heç kim sənə nəsə deyə bilməz. Bu, sənin xarakterindir, istəmirsən.
 
Sənətdə və şəxsi həyatda bir yüksəliş, bir də eniş var. Böyük sənətkarlar o sənətkarlar sayılır ki, enişdən sonra ayağa qalxa bilsinlər. Bu, mənim həyatımda oldu. Ailə qurdum, 5 il heç bir yerə çıxa bilmədim. Sənətimdə böyük bir durğunluq oldu. Dondum, ondan sonra “Top kimi” şouyla, “Xoxan”la yenidən qayıtdım. Böyük bir ruh düşkünlüyü yaşadım, ehtiyac çəkdim, loru dildə desək, itin zülmünü çəkdim. Allaha and olsun, bunu ağlamaq üçün demirəm. Həmin vaxtlar telefonu əlimə götürürdüm, kontaktda 2100 adam, amma kiməsə yığıb deyə bilmirdim ki, mənə kömək edin. Çünki o qədər borc almışdım ki... Borcu da ona görə etmişdim ki, ailəm, uşaqlarım əziyyət çəkməsin. Mən 5 il əynimə 1 paltar ala bilməmişəm. Amma uşaqlarıma brend geyim geyindirirdim, evimə yüksək səviyyədə baxırdım. Heç kim də bilmirdi ki, mənim pulum yoxdu. Anam deyəndə ki, evdə nəsə yoxdu, mən 10-15 manat qoyub çıxırdım. Hansı ki, o pulları da kimdənsə borca alırdım. Bunu ilk dəfədir açıqlayıram. Belə söhbətlərə çox ehtiyacım var. Amma hər dəfə şou adamını efirə şou üçün çağırırlar. Ancaq mən güldürməliyəm...Amma düşünmürlər ki, bu da bir insandır. Başqa tərəfi insanlara daha maraqlıdır. İndi bunları açıqladım, özümdə bir rahatlıq hiss elədim. Ən ucuz siqaret almağa qədər düşmüşdüm. Pulu da köməkçim Vüsala verirdim ki, ucuz siqaret almağımı görməsinlər. İstəmirdim ki, ucuz siqaret çəkdiyimə görə qınanım. Bu sözləri deməkdə məqsədim odur ki, həmin problemləri yaşadığım ərəfədə biri çıxıb mənə külli miqdarda pul versəydi belə, qadın paltarında obraz canlandırmazdım. Kim geyinirsə, ona da qınağım yoxdur. Allahım şahiddir. Sadəcə, mən geyinmərəm.
 
- Borclarınızı bağlayan şəxs pərəstişkarınız idi?

- O vaxt mənim o adam heç nəyim idi. Amma indi can qardaşımdır. Mən evin tək oğluyam, ona dedim ki, biz qəbir evinə qədər qardaşıq. Mən ona Xızır deyirəm. Mənim o anlarımda mənə yetişdi. Qardaşımın adı Allahverdidi. O, məni həmin ərəfələrdə yuxusunda görüb, dedi ki, 3 gündü yuxumdan çıxmırsan, sənin nə problemin var? Məni yuxuda incidirlər ki, Fərdaya yığ, ona kömək elə. Birinci dəfə mənə kömək təklif edəndə istəmədim. Amma dəstəyi yerə qoyandan sonra özümü evdə o qədər qınadım ki, bunu qurban olduğum sənə kömək göndərib. Daha sonra köməyini qəbul etdim. Şükürlər olsun ki, Allahverdinin köməyi ilə o çətin günlərdən çıxdım. Bu sözlərimə görə məni qınayanlar olacaq. Amma bunu o vaxt köməyə ehtiyacım olan vaxtı açıqlamadım, yaxşı vaxtımda deyirəm. Bunu deməkdə məqsədim budur ki, heç bir zaman Allahdan ümidinizi itirməyin. Mənə kömək edən qardaşıma təşəkkür, vicdan borcum var. Ondan aldığımı da artıqlaması ilə qaytarmışam. Hətta axırıncı pulları da götürmürdü. Dedim ki, sən məni yenidən gətirmisən.
 
- Biznes qurmaq fikriniz varmı?

- Aktyorluq mənim ən çox zövq aldığım sahədir. Ətrafımda olan insanlar deyir ki, bir çay evi aç. Mən də bunu edə bilmərəm. Allah elə ruzi yetirsin ki, başqa sahədə də nəsə qura bilək. İnanmıram ki, mən özüm başqa biznes qura bilim. Qursam da maliyyə tərəfi mənlik olar, amma idarəçiliyi başqası aparar.
 
- Aparıcı kimi toylara gedirsiniz?

- Əvvəllər toydan zövq alırdım, amma son dövrlər nədənsə o zövqü ala bilmirəm. Bəzi insanlar var, toyda otururlar, adama yuxarıdan aşağı baxırlar. O baxışları 1-2 dəfə tutdum, sonra özümə dedim ki, mən onlardan çox kasıbam? Niyə mənə elə baxmalısan? Yəni bu cür şeyləri görə-görə Allahıma yalvarırdım ki, mənə bir qapı aç, toya getməyə ehtiyacım olmasın. İndi həyatımdan tam razıyam. Toylara çox nadir hallarda gedirəm. O da elə bir boş gündə olmalıdır ki... Gedəndə də 6 saatlıq toyda insan mənəvi yorulur. O adamların baxışı, oturuşu mənə pis təsir edir. Bu, tək mənə qarşı bir şey deyil. Bir çox sənət adamlarına edirlər. Toylarda o qədər hörmətsizliklərin şahidi olmuşam ki... Şükürlər olsun, o hörmətsizliklər mənə qarşı olmayıb. Olsaydı, ümumiyyətlə toya tövbə edərdim.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar