Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məleykə Ramiz Məliki nəvələrini oğurlamaqla hədələyib” - Vəkil


Xalq artisti Ramiz Məlikin Məleykə Əsədovaya qarşı qaldırdığı qarşılıqlı iddianın dəyəri 300 min manatdır


Axşam.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, Ramiz Məlik öz reputasiyası, şərəf və ləyaqətini Məleykə Əsədovanınkından yüksək qiymətləndirib: 

"Əgər Ramiz Məlik Məleykə Əsədovanın uyğunsuz geyiminə irad bildiribsə, o, mənim müvəkkilimi nəinki təhqir edib, həm də onu nəvələri ilə hədələyib".

"Əsədova müvəkkilimi uşaqları oğurlamaq və onlara qarşı qanunsuz hərəkətlər etməklə təhdid edib. O, öz niyyətlərini Ramiz Məlikin həyat yoldaşı ilə telefonda danışarkən bəyan edib. Bizdə onun təhdidlərini sübut etmək üçün söhbətin audioyazısı var", - deyə vəkil bildirib.

Bununla yanaşı, vəkilin sözlərinə görə, Məleykə Əsədova KİV-ə müsahibəsində Ramiz Məlikin şərəf və ləyaqətini alçaldıb: 

"Başqası haqqında şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəmədə iddia qaldıran adam öz ifadələrinə fikir verməlidir. O, hər yerdə deyir ki, Ramiz Məlik gəlib onun qarşısında diz çöküb üzr istəməlidir. Bu, nə deməkdir, təhqir deyil?"

T.Süleymanlı daha sonra əlavə edib: 

"Ramiz Məlik çoxillik təcrübəsi olan hörmətli aktyordur. Bu günlərdə məhkəməyə iddia ərizəsi veriləcək".

Xatırladaq ki, noyabrın 22-də Nəsimi Rayon Məhkəməsində Əsədovanın Məlikə qarşı iddiasına dair ilk məhkəmə iclası keçirilib. Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaqın səbəbi Məleykə Əsədovanın zahiri görkəmi olub.

Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, Xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də, mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Əsədova Məlikdən şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Aktrisa hesab edir ki, həmkarı onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirib və onu oxucuların qarşısında şantaj edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar