Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Madriddə möhtəşəm oyun sərgiləyəcəyik”

Çempionalr Liqasında 1/8 final mərhələsi çərçivəsində PSJ səfərdə "Real"ın qonağı olacaq


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, qarşılaşmadan öncə parislilərin müdafiəçisi Markinyoz fikirlərini açıqlayıb. Təcrübəli futbolçu mərhələ adlamaq üçün mübarizə aparacaqlarını deyib:

"Bunun böyük bir meydan oxuma olacağını düşünürəm. Ən üst səviyyəli bir rəqiblə qarşılaşdığımızda 150 faiz hazır olmaq və bütün enerjimizi meydanda göstərmək məcburiyyətindəyik. Madriddə qələbə qazanmaq üçün qüsursuz bir performans göstərməliyik. Mənim üçün dünyanın ən yaxşı hücumçularına qarşı oynamaq zövq verəcək. Ağlımdakı tək şey yaxşı oyun ortaya qoymaq və azarkeşlərimizin üzünü güldürməkdir. Çempionlar Liqasındakı təcrübələrimiz dəyişib. Ötən mövsüm "Barselona"ya qarşı iki fərqli matç oynadıq. Amma bu iki matçdan çox şey öyrəndik. Bu oyunlar böyüməyimizə və özümüzü inkişaf etdirməyə kömək etdi. Sadəcə mənim yox, bütün komandamızın.

Çempionlar Liqası çox özəl bir yerdi. Liqa 1-də etdiklərimiz Avropada heç bir önəm kəsb etmir. Məsələn İngiltərə Premyer Liqası gərgin mübarizənin getdiyi bir çempionatdı. Amma ingilis klubları ÇL-də çox tez-tez uğur qazanmırlar. Bizim də Liqa 1-in zirvəsində olmağımızın "Real" qarşısında heç bir önəmi yoxdu. Bu cütlük fərqli çempionatlardan iki güclü komandanı üz-üzə gətirəcək.

Madriddə möhtəşəm oyun sərgiləyəcəyik. Mərhələni keçmək istəyiriksə, səhv etməməliyik. Çox çətin oyun olsa da, özümüzə inanmalı, komanda oyunu göstərməliyik. Nələr edəcəyimizi və fəlsəfəmizi bilirik. Sadəcə bunları Madriddə həyata keçirmək qalır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar