Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maaş almasaq da, Milli Məclislə müqaviləmiz var”


Azərbaycanlı deputatların Bakıda keçirilmiş futbol turnirində iştirak edərkən beş sabiq futbolçudan istifadə etməsi hələ də sosial şəbəkədə müzakirə olunmaqdadır


 Azərbaycan millisinin və “Turan”, “Kəpəz”, “Şəmkir”, “Neftçi” kimi klubların qolkiperi olmuş Hüseyn Məhəmmədov Milli Məclisin işçisi olduğunu bildirib:

“Biz bu vətənin əsgərləriyik. Hara çağırılsaq, ora da gedəcəyik. Biz əvvəl də Milli Məclisin komandasında oynamışıq. Oranın İdman şöbəsi var. Həmin şöbənin işçiləri sayılırıq. Maaş almasaq da, Milli Məclislə müqaviləmiz var.

Belə futbol turnirləri olanda iştirak edirik. Ötən il Türkiyədə komandamız II yeri tutanda da biz oynayırdıq. Burada qeyri-adi bir şey yoxdur. Biz vətənə olan borcumuzu yerinə yetiririk. Qarşı tərəfdə də futbolçular vardı. Məsələn, Türkiyə millisində də Saffet Sancaklı adında futbolçu var idi (haşiyə: “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın hücumçusu olmuş Sancaklı Türkiyə Böyük Millət Məclisində MHP-nin deputatıdır – S.T.)”.

Sosial şəbəkədə “Neftçi” və “Şəmkir”in sabiq futbolçusu Mehman Yunusovun deputat Rəşad Mahmudovun forması ilə çıxmasına gəlincə, yeddiqat Azərbaycan çempionumuz buna belə münasibət göstərib:

“O, Latviya ilə ilk oyunda çıxış etməmişdi. Yalnız final matçında oynadı. Onun niyə başqa forma ilə çıxış etdiyini bilmirəm. Öz adımdan deyə bilərəm ki, mənim formamın arxasında öz soyadım yazılmışdı. Bunu mən göstərə də bilərəm”.

Qeyd edək ki, bu turnirdə sabiq futbolçulardan Musa Qurbanov, Hüseyn Məhəmmədov, Əli Abışov, Mehman Yunusov və Vasif Haqvardiyev iştirak edib. Nəticədə komandamız ukraynalı deputatları 2:1 hesabı ilə yenərək turnirin qalibi olub. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar