Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İstirahət etməyən insanın beyni və bədəni aqressiv olur”


Yeni il sonrası depressiyadan necə qurtulmalı...


Yeni il sonrası bəzi insanlarda depressiv hallar yaşanır. 

Kimisi ötən ilin necə tez keçməsindən, kimisi illərin mənasız və boş olmasından, kimisi isə bir yaş daha qocalmasından gileylənir. Hələ il başında olan insanlar sanki həmin ili görməyi planlaşdırdığı işləri fikirlərində qurur, böyüdür və buna görə də özlərini hələ ilin başlanğıcından qorxudurlar. Nəticə etibarilə insan depressiya halı ilə üzləşir.

Bundan başqa, işgüzar insanlar bayram günlərindən sonra işə alışmaqda çətinlik çəkir, bəzən həftələrlə adaptasiya problemi yaşayırlar. Səhər tezdən yuxudan oyanmaq, uşaqları dərsə aparmaq, işə getmək və s. bir sıra gündəlik vəzifələri yerinə yetirmək və məişət problemlərinin öhdəsindən gəlmək onlara olduqca ağır görünür. Ancaq bunun əksi olaraq ilin gəlişi ilə pozitiv enerji ilə aya başlayanlar kifayət qədər olur. Təsadüfi deyil ki, yeni mağaza açılışları, idman zallarına yazılmalar da çox yanvar ayında artır. Bundan başqa, öz xarici görünüşündə dəyişiklik etmək istəyənlər də yanvar ayını seçir.

Bəs bayram sonrası depressiyaya qapılmanın səbəbi nədir və ondan necə yayınmaq olar? Psixoloq Vəfa Rəşidova bunun depressiya yox, yeni il sonrası işə başlamamaq istəyi, adaptasiyanın çətin olması prosesi olduğunu dedi: “Elə insanlar var ki, çox işləyirlər. Ancaq buna baxmayaraq, istirahətlərinə də zaman ayırırlar. Elə insanlar da var ki, onlar ancaq işləmək haqda düşünür, istirahətə qətiyyən vaxt ayırmırlar. Belə insanlar da çox vaxt yeni il sonrası  xoşa gəlməyən depressiv hallarla üzləşə bilirlər. Çünki onlar heç vaxt dincəlmir, özlərinə zaman ayırmır. Bu cür insanlar yeni il bayramına görə 3-4 gün istirahət edir və o istirahəti özü üçün komfort hesab edir. Axı bütün ili çalışıb, istirahət etməyib. Buna görə də o 3-4 gün ona o qədər doğma, isti və keyfiyyətli gəlir ki, həmin günlərdən ayrılmaq istəmir. Ancaq özünə zaman ayıran insanlar üçün 3-4 gün bayram tətili və daha sonra işə başlamaq çətin olmur, adaptasiya problemi yaşamır. Çünki onun bədəni, psixologiyası daim iş və istirahət zamanını yaşayır. Amma istirahət etməyən insanın beyni, bədəni istirahətə öyrəşmədiyi üçün aqressiv olur. Ümumiyyətlə, insan beyni, bədəni komforta meylli olduğu üçün biz komfort görəndə ayrılmaq istəmir, ayrıldığımız zaman da aqressivləşə bilirik. Xüsusilə adaptasiya problemi yaşayan insanlar üçün işə başlarkən 1-2 həftə vaxt lazım olur ki, bu problemi aşa bilsinlər. Adaptasiya problemi olan insanlar yalnız Yeni il bayramında deyil, Novruz bayramında da bunu yaşayırlar. Bayram tətilinə çıxıb qayıdan insanlar hətta ağlayırlar. Buradakı ən önəmli məqamlardan biri də insanın işini nə dərəcədə sevib-sevməməsi ilə bağlıdır. İşini sevən insanlar gözləyir ki, nə zaman işləyəcəm və uğurlar qazanacam. Bu cür insanlar üçün 4-5 günlük istirahət hətta uzun gələ bilir. Adam da var ki, bunun tam tərsini yaşayır. Əksər insanlar məcburiyyətdən işlədiyi üçün depressiv hal yaşayır, hətta bunu işdə digər yoldaşlarına da ötürə bilirlər. Mən insanlara demək istəyirəm ki, bədəninizin və ruhunuzun sağlamlığının da qeydinə qalın və işləməklə yanaşı, mütləq istirahətə də zaman ayırın. Elə insan var ki, uzun zaman depressiyada olur, heç özünün də xəbəri olmur. Evdə olarkən daim yatır. Depressiv halda olan insanlar yatmağa meylli olduğu üçün bu, onun bədəninə, düşüncəsinə, beyninə xoş gəlir deyə yenidən təkrarlamaq istəyir. Amma fərqində olmurlar ki, onlar əslində depressiyadadırlar”.

Psixoloq bəzən insanların görəcəyi hər hansı işi öz düşüncəsində böyütdüyünü və özü-özünü qorxutduğunu deyir: “İnsanlar görəcəyi işi beyinlərində böyütdüyü üçün işə gərgin və sanki yoğun başlayır və bu,  həftələrlə davam edə bilir. Sonra yenə işinə adaptasiya olur və o zaman anlayır ki, beyninə yanlış informasiya verib. Biz beynimizə hansı göstərişi veririksə, bizə onu qaytarır. Ona görə də bədəni düzgün tərbiyə etmək lazımdır ki, stress və xoşagəlməz hallardan uzaq olaq. İnsan düşünməlidir ki, cəmiyyətə yararlı olmaq üçün çalışır”.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar