Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsrail İrana qarşı atom silahı işlətməyə hazırdır” – Müsahibə



eadaily.com, 14.02.2018


İsrail şərqşünası, iranşünası, Qüds Yəhudi Universitetinin əməkdaşı Vladimir Mesamedin Suriyada və bölgədəki durum haqda EADaily müxbirinin suallarına cavablarnı Strateq.az oxucularına təqdim edirik.

-Yaxın Şərqdə durum gərginliyi sürdürür. Suriya münaqişəsinə getdikcə daha çox ölkə cəlb olunur – bu həm İsrail, həm Rusiya, həm Türkiyə, həm İran və s.-dir. Son hadisələr bölgə və dünya üçün hansı təhdidləri daşıyır?

-Bu cür səviyyədə kəskinləşmə baş verərkən dünyanın kürəsəl mənzərəsi dəyişilir. İsraildə İranın yayılma təhlükəsini görürlər. İran İslam Respublikası (Suriya üzərindən-tərc.) İsrail sərhədlərinə yaxınlaşıb və bu bizim üçün olduqca dəhşətli durumdur. Biz İran nüvə proqramından danışarkən düşünmürük ki, İran hökmən İsrailə atom bombası atacaq. Bir xeyli digər amillər var, axı İran cəmiyyətinə uzun illər boyu təlqin olunub ki, İsrail İİR-in baş düşmənidir. İranda hər şeyi ruhanilər həll edir. Yetərincə qoca yaşlarında mollalar bu ölkədə hakimiyyət başındadır. Onlar indiki zəmanənin gerçəkliklərini həmişə başa düşmür və buna görə də hansısa ifrat tədbirlərə əl ata bilərlər.

Biz həmişə hesab etmişik ki, İranla bitişik deyilik, İİR uzaqdadır, biz güvəndəyik. Aramızda Suriya, Livan var. Buna görə də İran təhlükəsi (bu, Cənubi Qafqaz üçün də var) yetərincə mücərrəd görünüb. Amma indi Tehran Suriya kampaniyasına fəal qoşulanda və İran qüvvələri praktik olaraq bütün Suriyada yerləşəndə və hətta öz hərbi bazalarını yarada bilərkən İsraildə təhlükənin miqyaslarını başa düşüblər. Biz o cümlədən Rusiyanın yüksəkçinli məmurlarıyla görüşlərdə məsələ qaldırırıq: İranın İsrailin yaxınlığında iştirakını necəsə “aralamaq” olarmı? Axı onlar İsrail sərhədi, Holan təpələrinə qədər 10 km-lik zonadadırlar. Bu yaxınlarda bizdə İran pilotsuzu vurulub və israil buna reaksiya verərək bir neçə hədəfi atəşə tutub. Həmin gün bizdə hamı düşünürdü ki, müharibə başlanır – özü də Suriya deyil, İran istiqamətində.

İran – İsrailə birinci dərəcəli təhlükədir. Lakin bu həm də sünni-şiə qarşıdurmasının əlavə amilidir. Səudiyyə Ərəbistanı İranın atom proqramına qarşı çox sərt şəkildə çıxış edir. Qərbyönlü sünni rejimləri kimi. Onlar hesab edirlər ki, İran bölgəsəl fövqəldövlətə çevrilməyə cəhd edir. 2009-da isə o vaxtkı prezident Mahmud Əhmədinejad ümumiyyətlə bildirib ki, İran dünya fövqəldövlətidir. Və texnologiyaların inkişafı nəzərə alınmaqla onların müəyyən əsasları var. Bütün bunlar mümkün şiə üstünlüyündən narahat olmuş sünniləri qorxudur. İraqı misal götürək. Orada şiələrin liderliyi artıq qeydsiz-şərtsizdir. Səddam Hüseynin dönəmində şiələri təqib edirdilər, indi isə əksinə, sünniləri təqib edirlər.

Bundan savayı, Suriyanı götürək. İranlıların əl tutduğu Bəşər Əsəd hakimiyyətdə qalsa, ölkəni yenə də şiə ideologiyalı ələvi azlıq yönəldəcək, bu isə əhalinin cəmi 8%-idir.

-Bəs İsrail “İran təhlükəsi”ni dayandırmaq üçün nəyə əl ata bilər? Mən maksimal tədbirləri soruşuram, axı İsrailin atom silahı var.

-Bizdə deyilişi qəbul olunduğu kimi, “Qərb qaynaqları”nın məlumatları üzrə, İsrailin atom silahı, istifadəyə hazır, təxminən, 200 atom bombası var. Biz İsraildə  bu məlumatı təsdiqləmirik və inkar da etmirik.

-Deməli, atom silahı işlədilə bilər?

-Bəli. Özü də artıq bir neçə il öncə tətbiq edilə bilərdi. Ancaq biz bunu istəməzdik, axı Yaxın Şərqdən başlayaraq bütün dünyada domino effekti doğurar.

Biz, haqqında ucadan danışılmayan başqa üsullar hazırlamağa və istifadəyə cəhd edirik. Bundan başqa, İsrail indi tək deyil. Bütün qüsurlarilə yanaşı ABŞ prezidenti Donald Trampın hökuməti hər halda İsrailə yetərincə ciddi dəstək verir.

-Lakin İrana qarşı İsraildə əleyhinə gedilməyən maksimal sərt cavab hər bir halda nüvə zərbəsidir?

-Bəli. Amma bu, əlbəttə, fəlakət olacaq.

-Bakı İsriallə kifayət qədər sıx əməkdaşlıq edir, lakin indiyədək ölkənizdə Azərbaycan səfirliyi yoxdur. Şiə əhalisi, İİR-lə ümumi sərhəd nəzərə alınmaqla Azərbaycan İsraillə İran arasında dialoqa şərait yarada bilərmi?

-Bəli, bizdə bundan danışırlar. Ümumiyyətlə İsraildə uğur sayırlar ki, son 25 ildə islam ölkələrinin çoxuyla münasibət qura bilmişik. 1991-də İsrailin münasibət saxladığı cəmi iki islam dövləti var idi. İndi bunlar artıq ondur. Bu, qismən də olsa, artıq irəliləyişdir.

Digər yandan, Azərbaycan dünyanın bütün forumlarında İsrailə qarşı səs verir. Bu, İslam həmrəyliyidir. Amma biz islam dünyasında müttəfiq axtarışını davam etdirir, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə müraciətə səy edir, Azərbaycan vasitəsilə də işləməyə çalışırıq. Bakı Qərblə İran arasında çabalayır, lakin İİR-lə normal münasibətlərdə olmağa məhkumdur, lakin bu, həmişə alınmır. Ancaq Azərbaycan İranın tərkibində olmuş İran substratıdır. Azərbaycanlılar sərhədin hər iki tayında yaşayan xalqdır. Bundan danışmaq olar ki, “İran azərbaycanlıları” və “Azərbaycan azərbaycanlıları”, demək olar, iki əsr ərzində güclü dəyişilib və çox fərqlənirlər, lakin istənilən halda eyni xalqdır.  

Yeri gəlmişkən, əlbəttə, biz Azərbaycan ərazisində İsrail hərbi bazalarının yerləşdirilməsini alqışlayardıq, bura İrana hücum üçün ən əlverişli yerdir. 2009-cu ildə İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri vaxtı bu haqda çox danışılıb. Amma bu, qismət olmadı.

-Gəlin, Cənubi Qafqazdan aralanaq və Mərkəzi Asiyaya üz tutaq. Yaxın Şərq hadisələri bu bölgə üçün təhlükə ifadə edir?

-Əsas təhlükə, əlbəttə, radikal islamın yayılmasıdır. Bu həm də “talibanlaşma”dır və bir müddət qabaq hesab olunurdu ki, artıq onun axırına çıxılıb. Mərkəzi Asiya ölkələrinin hökumətləri islamı yönəltməyə çalışır, amma radikal islamlaşma “aşağıdan” gəlir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar