Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnfeksion xəstəlik təhlükəsi yoxdur” – Baytarlıq Xidməti

Quşçuluqla məşğul olan azərbaycanlı sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər


Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.

Onun sözlərinə görə, dövlət xidməti tərəfindən aparılan tədbirlərə əsasən tam əminliklə demək olar ki, Azərbaycanda epizootik vəziyyət stabildir və infeksion xəstəlik təhlükəsi mövcud deyil: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas məqsədi epizootik plana əsasən ölkədə infeksion xəstəliklərə qarşı profilaktika tədbirlərinin keçirilməsidir. Eyni zamanda xidmət müalicə tədbirləri həyata keçirir".

Laboratoriya direktoru əlavə edib ki, bu il dövlət xidməti ölkədə quş qripi infeksiyasının olub-olmaması ilə bağlı bir sıra monitorinqlər keçirib: "2017-ci ildə mövsümi tələblərə uyğun olaraq dörd monitorinq keçirmişik. Monitorinqlər nəticəsində 7 655 ev quşundan qan nümunələri götürülüb. Bundan başqa, vəhşi quşlar üzərində təhlillər aparılıb. Nəticələr göstərib ki, Azərbaycanda quş qripi mövcud deyil. Bu isə o deməkdir ki, quşçuluqla məşğul olan sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər".Trend-

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Ən çox oxunanalar