Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlahi, Ramiz Rövşənə görə çox sağ ol!”


Yazarlar ondan danışır...


Bu gün görkəmli Azərbaycan şairi Ramiz Rövşənin doğum gündür. Kulis.az bu münasibətlə Ramiz müəllimi təbrik edir, tanınmış qələm adamlarının onun haqqında fikirlərini oxucuların diqqətinə çatdırır.      


- Ramiz Rövşən mənən, ruhən bütöv, dolu, hətta demək olar ki, tükənməzlik təəssüratı yaradan şairdir. Çoxlu üslub özünəməxsusluqlarından biri də məkanında olduğu dilin sözündən (leksik-semantik sistemindən), ifadəsindən, qrammatikasından daha çox səsindən (fonetikasından) istifadə etməsi, fonostilistik həssaslığıdır ki, fikrimcə, bu onun şeirlərinə xüsusi estetik canlılıq, nəfəs, enerji verir. Və şeirin ideya-məzmunu, bir qayda olaraq, bədii (poetik) səsin daxili gurluğunda, sistemli harmoniyasında, mistik ritmikasında təzahür etməklə mükəmməl bir forma-model qazanmış olur ki, nəticə etibarilə, həmin forma-model (bədii səs sistemi) özlüyündə bir obraza (əsərə!) çevrilir.

Kamal Abdulla

- Bir dostumuz vardı, Hacı adında. Ona soruşurduq ki, saat neçədir. Deyirdi, Ramiz Rövşəndən böyük şair yoxdur, sonra da deyirdi ki, beşdir. Ramizlə ünsiyyətimizin, dostluğumuzun əlli ilə yaxın tarixi var. Aradan nə qədər illər keçsə, zaman bizi belədən-elə, elədən-belə nə qədər qovsa da, münasibətimiz yenə qalmaqda, yaşamaqdadır.

Rüstəm Behrudi

- Ramizin elə şeirləri var ki, bütöv bir dövrü özündə əks etdirib və dillər əzbəri olub. Təbii ki, Ramizə oxşamağa çalışan çoxlu şairlər meydana gəldi, onu yamsılamağa çalışdılar, amma bu mümkünsüzdür. Özümüz də gördük ki, Ramiz Rövşəndən sonra elə böyük şeiriyyat yaranmadı. Çünki Ramizə oxşamaq hələ şair olmaq anlamına gəlmir.

Seyran Səxavət

- Ramiz Rövşən həm də qatil şairdir. Niyə? Deyim də. Özünü Ramizə oxşatmaq istəyən nə qədər şair özünü məhv elədi. Bir yerdə oxumuşdum, turistlər Eyfel qülləsindən özlərini aşağı atırlar ki, məşhurlaşsınlar. Onlar başa düşmürlər ki, Eyfel elə yerindəcə durub. Ramiz də onun kimi. Ramizin Eyfelindən özünü aşağı atan nə qədər şairlər oldu, amma Ramiz hələ də qaldı.

Vaqif Yusifli

- 15 dekabr, yəni Ramiz Rövşənin anadan olduğu gün poeziya günü kimi keçirilsin.

Cavanşir Yusifli

- Ramizin havasından çoxlu “şikəst”  şairlər yarandı.

Səlim Babullaoğlu

- Ramiz Rövşənin poeziyası çox dərin, epik mətləbləri nişan verən poeziyadır. Kafka lirikanı təxminən ətrafı sığallamaq adlandırır. Metaforanı inkişaf elətdirsək, Ramiz Rövşən fizikanın, həyatın başını, uşaq qafasını sığallayan tək tumarlamaqla onu bizə həqiqəti deməyə sövq etdirirdi; biz isə uşaqdiliylə söylənmiş sərrast həqiqəti tələffüz üzündən ciddiyə almayan nadan böyüklərdən başqa bir kimsələr deyilik. Onun adi həyat səhnəsi ilə başlayan çoxsaylı şeirləri var ki, artıq ikinci-üçüncü misradaca məğzin başqa olduğu anlaşılır, metafizik mətləbə varılır.

Əsəd Cahangir

- Ramiz Rövşən üsyankar şairdir, amma bəziləri bu üsyankarlığı bədbinlik kimi qiymətləndirir. O, sosializmin şairlərə təlqin etdiyi “mutlu kommunist yarınları”na, boğazdan yuxarı bolşevik təbliğatına qarşı həqiqəti söyləmək üçün belə bir silahdan istifadə edirdi. Bu mənada sovet dövründə bu cür “bədbin” şeirlər yazmaq böyük qəhrəmanlıq idi.

Şərif Ağayar

- Ramiz Rövşən Səməd Vurğundan gələn sosrealist şeirin estetik inkarı kimi Azərbaycan ədəbiyyatının hələ də tam ötüb keçməyən hadisəsi olaraq qalır. Ondan sonra şeirimiz yolunu, izini, istiqamətini xeyli dəyişdi. Ramiz Rövşən sözü özündən ucada saxlayan şairlərlə özünü sözün üstünə yıxan şairlərin əyani fərqini göstərmək üçün təkcə bizə yox, elə sözün özünə də lazımdır.

Şəhriyar del Gerani

- İlahi, Ramiz Rövşənə görə çox sağ ol...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar